Bakı Reabilitasiya Mərkəzində Müəllimlər Günü münasibətilə görüş keçirilib

05 oktyabr 2026-cı il tarixində Bakı Reabilitasiya Mərkəzində Müəllimlər Günü münasibətilə oxucularla görüş keçirilib.

Səmimi və yaddaqalan atmosferdə keçən görüşdə şairlər Qabil Nabi və Zirəddin Quliyev, müğənnilər İsmayıl Rəcəbov və Müşfiq Vəlizadə iştirak ediblər.

Tədbir zamanı müəllimlik peşəsinin cəmiyyətdəki mühüm rolu və müəllimlərin həyatımızda qoyduğu mənəvi iz barədə fikirlər səsləndirilib, müəllimlərə xoş arzular ifadə olunub. Müxtəlif mövzularda şeirlər söylənilib, mahnılar ifa edilib.

Görüşdə Bakı Reabilitasiya Mərkəzində müalicə alan xəstələrin və tibb kollektivinin sualları cavablandırılıb, iştirakçılarla səmimi fikir mübadiləsi aparılıb. Tədbirin sonunda oxuculara şairlərin imzası ilə kitablar təqdim olunub.

Mərkəzdə müalicə alanların böyük marağına səbəb olan görüş onların asudə vaxtının mənalı təşkili, mənəvi-estetik zövqünün zənginləşdirilməsi baxımından da əhəmiyyətli olub.

Tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Bakı Reabilitasiya Mərkəzinin baş həkimi Vüsalə xanıma, təşkilatçı Leyla xanıma və təşəbbüsçü Aida xanıma minnətdarlığımızı bildiririk.

Yazıya 3 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.