Məzahir İsgəndər – Bəy,Sənə rəhmət!

16174546_268875676862718_7644805476314714163_n(Milli Azadlıq və İstiqlaliyyət fədaisi
Ə.Elçibəyə…)

Ey olan xoş sabaha Gün ilə Dan,niyə getdin?
Gözə nur,qəlbə işıq,şərə zindan,niyə getdin?
Niyə getdin də edib canı-candan,niyə getdin?
Boyana nuruna da, ola ki nurlana cənnət,
Bəy,Sənə rəhmət!
Sənə rəhmət!
Sənə rəhmət!!!

Tanıdıb əzmin ilə millətə milliyyətini,
Ver dedin canını ki,al götür hürriyyətini,
Bir baxıb,Tanrı görüb bəlkə də,ülviyyətini,
Alıb öz yanına həm,dedi ol göylərə ziynət,
Bəy,Sənə rəhmət!
Sənə rəhmət!
Sənə rəhmət!!!

Sənə Qorqudmu deyim,ya ki Oğuz xanmı
deyim?
Türkə şöhrət,ya ki şan,ya ki damar,qanmı
deyim?
Ya ki YOL,bir təzə din,Sahibi Zamanmı deyim?
Getsə cismin də əgər,bizə ruhundu əmanət,
Bəy,Sənə rəhmət!
Sənə rəhmət!
Sənə rəhmət!!!

Kimsəyik,kimsənəyik?..Eylədin izhar bizə Sən,
Anladıq,anlamadıq…Gəlmədin bir yol üzə Sən,
Sənə kim öldü deyər? Ki təzədən Sən təzəsən,
El üçün,millət üçün çəkə kim Sən təki zəhmət?
Bəy,Sənə rəhmət!
Sənə rəhmət!
Sənə rəhmət!!

And ola adına ki,gözlədiyin GÜN gələcək,
Sarılıb,TAM BİR olub,həm Bakı,Təbriz güləcək,
Can verib,həsrət ölüb,el qəmi gözdən siləcək,
Olacaq tüm yağı xar,verəcək xalq Sənə qiymət,
Bəy,Sənə rəhmət!
Sənə rəhmət!
Sənə rəhmət!!!

Yazıya 575 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.