“HEYDƏR ƏLİYEV (Əliyev Heydər Əlirza oğlu) Biblioqrafiya” kitabı işıq üzü görüb

umummilli-liederAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerşəkləşdirilən layihə çərçivəsində Müasir Azərbaycan Respublikasının qurucusu və memarı, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “HEYDƏR ƏLİYEV (Əliyev Heydər Əlirza oğlu) Biblioqrafiya” kitabı
Bakı şəhərində 680 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Layihənin rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva, Mətanət İbrahimova, Aytən Hüseynova, elmi redaktor Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim etdiyi növbəti fundamental biblioqrafiya görkəmli ictimai-siyasi dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə həsr olunmuşdur. Bu göstəricidə Ulu öndərin öz əsərləri və onun haqqında yazılmış materiallar əhatə edilmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin titanik fəaliyyətinin çox genişəhatəli olduğu nəzərə alınaraq bu biblioqrafiyada yalnız Ulu öndərin kitab halında çap olunan əsərləri, kitablarda, elmi məcmuələrdə və elmi jurnallarda dərc olunan materiallar öz əksini tapmışdır. Biblioqrafiya elmi-tədqiqatçılar, kitabxanaçıbiblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

“MİR CƏLAL (Paşayev Mir Cəlal Əli oğlu) Biblioqrafiya” kitabı işıq üzü görüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerşəkləşdirilən layihə çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “MİR CƏLAL (Paşayev Mir Cəlal Əli oğlu)Biblioqrafiya” kitabı Bakı şəhərində 496 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Layihənin rəhbəri Azərbaycan Respublikasının Mədəniyyət naziri, fəlsəfə üzrə fəlsəfə doktoru Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva, Mətanət İbrahimova, elmi redaktor və buraxılışa məsul Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, məsləhətçi Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, , redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.mir-celal
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri”seriyasından tərtib etdiyi “Mir Cəlal” biblioqrafiyası Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı-alim, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmişdir. Biblioqrafiyada görkəmli yazıçının həyat və yaradıcılığına aid zəngin material, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Yazıya 539 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.