“Dünya şair, yazıçı və rəssamlarının rezidensiyası” – Özbəkistan (fotolar)

55793585_2110537895695559_1906138479176187904_oÖzbəkistanda “Dünya şair yazıçı və rəssamlarının rezidensiyası” adlı tədbirdə Azərbaycanı Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) məsləhət şurasının üzvü Elşən Əzim təmsil etdi.

20-30 mart aralığında Özbəkistan Respublikasında dünyanın bir çox ölkələrindən olan şair, yazıçı və rəssamların bir araya gədiyi yaradıcı əməkdaşlıq tədbirləri düzənlənib. Özbəkistanın tanınmış şair-tərcüməçisi Azam Obidovun təşəbbüsü ilə gerçəkləşən layihəyə ABŞ, Bolqariya, Türkiyə, Hindistan, Qırğızıstan və Azərbaycandan olan sənət adamları qatılıb. Layihədə ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) məsləhət şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist Elşən Əzim təmsil edib. Özbəkistanda nəşr olunan “Kitab dünyası” qəzetinin dəvəti, Dünya Gənc Türk Yazarlar Birliyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Bbirliyinin dəstəyi ilə qardaş ölkəyə yollanan Elşən Əzim layihənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə iştirakçılar Ozbəkistanın Namanqan, Səmərqənd, Xiva və Daşkənd vilayətlərinə səfər edərək yerli sənət adamlarının evlərində,təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, qəzet redaksiyalarında qonaq olublar, tarixi abidələri ziyarət ediblər. Özbək xalqının yüksək qonaqpərvərliyi iştirakçılarda xoş duyğular yaradıb. Maraqlı şeir məclisləriylə, ədəbi-bədii müzakirələrlə sehrlənən görüşlərdə özbək yazarlarının bədii mətnləri müxtəlif dillərə tərcümə olunub. Elşən Əzim Özbəkistanla bağlı təəssürat dolu geniş bir yazı ilə mətbiatda çıxış edəcəyini də anons edib.

55564180_2110538305695518_5508312230183043072_o

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*

55543719_2110539492362066_4027714012568354816_o

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

*

 

55793585_2110537895695559_1906138479176187904_o

    Yazıya (276) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.