Şair, jurnalist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb

aybAzərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair, jurnalist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

“aybKitab” layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.

Qeyd edək ki, cari ilin sentyabr ayının 28-də Azərbaycan RespublikasınınMədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Bakı Əl Oyunları İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında şair-publisist Rəşad Məcidin “Səbəbi sənsən” adlı yeni şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilmişdi.

Yazıya 495 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.