Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçiriləcək

inbound8946635191572479703“Azğın” psixoloji xəstəlikdən və sevgisizlikdən əziyyət çəkən, uşaqlıq travmaları bütün həyatını alt-üst edən bir dəlinin romanıdır.

Əsərdə rabitəsizlik kimi görünən məqamlar, bəzi obrazların və əhvalatların xaotikliyi qüsur deyil, bütün bunlar qəhrəmanın psixoloji durumunu anlamaq üçün oxucuya ip ucu ola bilər.

Romandakı bütün obrazlar, hadisələr, əhvalatlar qəhrəmanın xəstə təxəyyülünün məhsuludur.

Hadisələr müxtəlif zamanlarda baş verdiyi üçün onları anlamaq oxucudan diqqət və hövsələ tələb edir.

P.S. Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi 14 dekabr, saat 15.00-dan 17.00-dək kitabevim.az-ın 28 may mağazasında keçiriləcək.

Yazıya 436 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.