“SedetArt” rəsm qalereyasında xeyriyyə sərgisi keçirildi (fotolar)

WhatsApp Image 2020-01-26 at 19.32.2426 yanvar 2020-ci il tarixində Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycanda fəaliyyət göstərən “SedetArt” rəsm kursunda şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi. Xeyriyyəçilik məqsədilə keçirilən sərgidə ziyalılar, müxtəlif iş adamları və sənətsevərlər iştirak edirdi.

Sərgi UASB-nin başqanı, şair Ümid Yaşar İşıqhanın təbrik məktubu ilə açıq elan edildi:

Sayın

Nevai Metin Memmedoğlu!

Uluslararası Aktivist Sanatçılar Birliği

Azerbaycan Temsilcisi!

Sevgi, barış ve kardeşlik renklerini sanat yolu ile yaygınlaştırmayı hedefleyen UASB Derneğimizin dünyada bulunan 34 ülke arasında farklı ve başarılı çalışmaları ile örnek olan Temsilciliğimizi başarıyla sürdüren siz Sayın Nevai Metin Memmedoğlu’na teşekkürlerimizi ve tebriklerimizi sunuyoruz.

Yalnızca Azerbaycan’da değil,Türkiye’de ve birçok ülkede tanınan Ünlü Ressam Nevai Metin Memmedoğlu’nun yönetiminde üç yıldır faaliyet gösteren Sedet Art Galery- kültür sanat merkezinde çok önemli sergiler açıldığı gibi, kurslara katılan,duygu ve düşüncelerini naif bir şekilde tuvale yansıtan geleceğin ünlü ressamı olacaklarına yürekten inandığımız genç ressamlarımızın eğitimi de devam etmiştir.80213

Bu eğitim sırasında gerek çalışmaları ile gerekse arkadaşları arasında örnek dayanışma içine girerek sanatın yüce ruhunu hayata katan genç ressamlarımız ; Süphan Nuri,Hüseynova Aişe,Seyidova Nermin,Sadıglı Aysel,Atakişili Feride,Süleymanov Yusif,Osmanlı Zahra,Osmanlı Fidan,Yusibova Hamide,Abbaszade Solmaz ve Abdullayev Eli,’nin ,Yönetim Kurulumuzun 26.12.2019 tarih ve 86 sayılı kararları ile sertifika ile ödüllendirilmelerine karar verilmiştir.

Genç ressamlarımızı tekrar tebrik eder, şimdiden sonraki hayatlarında üstün başarılar temenni ediyorum.Yakın bir zamanda dünyaya açılmalarını,Azerbaycan’ın dost ve kardeş yüreğini tablolarıyla çoğaltmalarını diler, İki devlet bir millet heyecanıyla hepinize Sevgi ve saygılarımı sunuyorum.

Dr.Ümit Yaşar Işıkhan,   Uluslararası Aktivist Sanatçılar Birliği Genel Başkanı”

Bundan sonra  sənət və söz adamlaına çıxışlar verildi, şagirdlər kursun sertifikatlarına layiq görüldü.

WhatsApp Image 2020-01-27 at 14.53.29 (1)

 

“SedetArt” resm qalereyasının rəhbəri, UASB-nin Azərbaycan Rəsm Komitəsi başqanı, rəssam Nevai Metin öz sevincini saytımızla belə bölüşdü:

“Biz artıq üç ildir ki, fəaliyyət göstəririrk. Bu günkü sərgimizdə şagirdlərin əsərləri nümayiş etdiriləcək və öyrəncilərimizə sertifikatlar təqdim olunacaq.

Mənimlə bərabər burada əmək sərf edən müəllimlərə – Tofiqə xanıma və Təranə xanıma da öz minnətdarlığımı bildirirəm ki, şagirdlər üzərində diqqət və qayğılarını əsirgəmirlər. Bu üç ildə müəllim kimi, rəssam kimi kiminsə yadında qalmışıqsa, gələcəyimiz olan gənclərə müsbət nəsə aşılamışıqsa, bu, bizim uğurumuz deməkdir. Qazandığımız ən böyük uğur isə yetirmələrimizin sorağının ali məktəblərdən, müxtəlif sərgilərdən gəlməsidir. Şagirdimiz Rəna hal-hazırda Rəssamlıq Akademiyasının ikinci kursunda oxuyur. Rəna çox istedadlı rəssamdır. Bir məsələni demək istəyirəm, incəsənətdə böyük bacarıq və qabiliyyətinin olmasına baxmayaraq, o, universitetdən kəsildi. Səbəb isə ixtisasından kənar fənn üçün cəmi bir-neçə balının çatışmaması idi. Bu, mənim qəti surətdə qınadığım bir məsələdir. İxtisas fənnindən ən yüksək mərtəbəyə layiq olan məzunu başqa fənlərə görə arzusundan uzaqlaşdırmaq, ümidini qırmaq doğru deyil. Məncə təhsilimzdə bu məsələlərə diqqət ayrılmalıdır. Şükürlər olsun ki, Rəna yolundan qalmadı, növbəti ilə daha da səylə hazırlaşdı və qəbul oldu. Sizə bir xatirfə söyləyim: 1982-ci ildə mən Azərbaycan Pedaqoji İnstitutunun bədii-qrafika fakültəsinə sənədlərimi verdim. Ədəbiyyat imtahanına girdik, konspektlərimiz var, amma köçürməyə imkan yoxdu, nəzarətçilər başımızın üstündən aralanmırlar. Bu vaxt birinci katib Heydər Əliyev və institutun rektoru Afat Qurbanov girdilər içəri. Əliyev soruşdu: bu uşaqlar hansı sənətə hazırlaşırlar? Rektor dedi,  yoldaş Heydər Əliyev, bunlar rəssamlığa sənət verənlərdir. Əliyev təbəssümlə dedi: Siz bunları çox da incitməyin, bunlar şəkil çəkməyi bacarırlar deyə, elə bilirlər hər şeyi bilirlər. Ona görə də dərindən imtahana çəkməyin. Elə olsa hamısını gərək kəsib-tökəsiniz. Dedi və getdi. Bundan sonra nəzarətçi arxada oturdu, biz bütün konspektlərimizi çıxararaq ədəbiyyatdan imtahan verdik. Bu, H.Əliyevin sənətə və sənətçilərə verdiyi böyük dəyər idi. O bilirdi ki, əsil sənətkar olmaq üçün başqa elmlərə yüksək dərəcədə yiyələnmək vacib deyil.  Məncə bu sistem yenə də qüvvədə olmalıdır. Sənət adamlarını başqa fənlərlə yükləyərək, peşəsindən uzaqlaşdırmaq olmaz.

Bilirsiniz ki, rəssamlıq maddiyyat tələb edən sənətdir, fırça, boya, kətan hamısı pul ilə alınmalıdır. Bunları düşündüyümüz üçün, bugünkü sərgimizdə satılan rəsmlərdən əldə ediləcək gəlirin az bir hissəsini uşaqların xərcinə ödəyəcəyik, qalanı isə uşaq evlərinə yardım üçün göndəriləcək.”

Müxtəlif iş adamları, valideynlər  və şagirdlər r tərəfindən “SedetArt” rəsm kursuna yönlənən fikirləri də sizinlə bölüşürük:

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev:шшш

“Qalereyanın yaradıcısı Nevai Metin Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbəm olub. Azərbaycan mədəni məkanında belə fikir var ki, rəssamlar rəssamlıq akademiyasında və incəsənət universitetində yetişirlər. Ancaq Nevai Metin müstəqillik illərindən bu yana sübut etdi ki, başqa sahələrdə də rəssamlar yetişə bilər və var. Nevai Metinin son vaxtlar bu qədər qalereyaların və studiyaların qarşılığında yeni bir studiya yaratması təqdirəlayiq bir hadisədir. Düşünürəm ki, “SedetArt” rəsm qalereyasının bu üç illik fəaliyyəti səmərəli olub. Elə ilk gündən mən bura dayaq, məsləhətçisi olmuşam. Bu gün dünyada sənət üslublarının kəskin mübarizəsi gedir. Dünyanı mücərrəd sənətin tendensiyaları üstələməkdədir. Artıq tədqiqatçılar da sübut edirlər ki, indiki dövrdə özlərini mücərrədçi adlandıranlar istedadzıslıqlarını ört-basdır eləmək üçün bu üsuldan istifadə edənlərdir. Bu baxımdan, bu kursun uğuru çox vacib məsələ olan real sənətin öyrədilməsi yönündədir. Əslində realizm nəhayətsiz bir bədii-estetik məkandır. Bu məkandan faydalanmaq üçün isə əsl sənətkar olmaq vacibdir. Buradakı şagirdlərin əsərləri onu göstərir ki, kursda istedadlılar çoxdur və gələcəkləri uğurludur. Bu gün münasibəti ilə “SedetArt”ın bütün kollektivini təbrik edirəm”.

Musayeva Təranə, kursun müəllimi:

“Burada uzun müddətdir ki çalışıram. Kursumuza dörd yaşından başlayaraq hər bir yaşın nümayəndəsi gəlir. Bizim şagirdlərin əksətiyyəti Ə.Əzimzadə adına Təsviri incəsənət iniversitetinə və İncəsənət Akademitasına hazırlaşanlardır. Bundan başqa uşaqların dünyagörüşünün dəyişilməsinə, irəliləməsinə də yaş təcrübəmizə söykənərək təsir göstərməyə çalışırıq. Ümumiyyətlə, buraad elə bir ura var ki, rənglər insanı həyata, sevgiyə, yaşamağa və yaşatmağa sövq edir. Mən özüm hər gün buraya böyük bir sevinclə, xoşbəxtliklə gəlirəm. Biz burada uşaqların çox kiçik yaşlarından hansı sahəyə daha çox meylli olduğunu da müəyyən eidrik. Eləsi var ki, rəssamlığa sadəcə ötəri maraq göstərir, lakin elə şagird də var ki onun içərisindəki rənglərə olan sevgini, potensialı hiss edirik. Uşaqlara szgiləri, rəngləri sevdirmək həyatı sevdirməyin ilk addımıdır. Bizdə ildə iki dəfə belə sərgi keçirilir. Bu sərgilər uşaqları həvəsləndirməklə yanaşı, özünəinamı da gücləndirir. Mən xoşbəxtəm ki, bu şərəfli yoldayam.”

 

Muradova Günay, valideyn:

“Oğlum Yusif artıq üç ildir ki, “SedetArt” rəsm kursuna gəlir. Əvvəllər evdə rəsmlər çəkirdi, ötəri istək olduğunu sanırdım, elə də diqqət ayırmırdım. Sonralar onda rəsmə meylin günü-gündən daha da artığını hiss etdim. Burada açılan qalereyanı da təsadüfən gördüm və oğlumu bura gətirdim. Uşaqdakı irəliləyiş bu qərarımın doğruluğunu sübut edirdi. Çünki burada uşaqların təkcə rəsmə yox, həm də həyata baxışlarına diqqət ayrılır. Hər bir şagirdə individual yanaşma, onların təlim-tərbiyəsinə nəzarət sevindirici haldır. Burada uşağa təkcə müəllim yox, həm də valideyn qayğısı göstərilir. Şadam ki, uşağım buradadır, arxayın əllərdədir. “SedetArt” rəsm qalereyasının rəhbərliyinə, müəllim kollektivinə öz dərin minnətdarlığımı bildirir, üçillik yubileylərinin otuz, qırx illk yubileyə çevrilməsini arzulayıram”.

Əfəndiyeva Liliana, kursun şagirdi, 8 yaş:

Bura mənim çox xoşuma gəlir. Buradakı böyük rəsmləri daha çox bəyənirəm. Ən çox sevdiyim rəsm isə Nəvai müəllimin çəkdiyi nağıl rəsmidir (“Cənnətə gedən yol”adlı tablonu nəzərdə tutur. İradə A.). Oradakı rənglər çox gözəldir. Mən də ən çox təbiət rəsmi çəkməyi sevirəm. Müəllimlərim mənim rəsmlərimi bəyənir. Bu, məni çox sevindirir”.

Liliananın həvəslə bizə təqdim etdiyi rəsmlərdə uşaq dünyasından qopu gələn təbiətə və canlılara olan sevginin rəngləri aydın və könüloxşayan idi.

Seyidova Xuraman, kursun şagirdi:

Mən Gəncədə yaşayırdım və orada həvəskar rəssamlıqla məşğul idim. Türkiyə səfirliyiynin xətti ilə rəsmlərimdən ibarət sərgim də keçirilmişdi. Amma özümü rəssam olmağa tam hazır görmürdüm. Oğlum burada ali məktuba qəbul oldu və mən də Bakıya köçdüm. Elə ilk günlərdən rəssamlıqla bağlı rəsm kursları ilə maraqlandım, sərgilərə meyl etdim. Bura ilə tanış olandan sonra mən də burada öyrənmək, rəssamlıqla bağlı bilgimi artırmaq istədim. Altı aya yaxındır ki, buradayam. Buranın müəllim və şagird kollektivinin bir-birinə olan qayğısı, sevgisi, diqqəti artıq müəyyən yaşa çatmış mənim kimi bir öyrənci üçün çox vacibdir. Sevirəm bu sənəti. Öyrənmək və sonra isə öyrətmək ən böyük arzumdu. “

 

Vəlibəyova Rəna,  Rəssamlıq Akademiyasının ikinci kurs tələbəsi, “SedetArt” rəsm kursunun məzunu:

“Mən bu kursun məzunu olduğum üçün çox xoşbəxtəm. Burada öyrəndiklərim mənim sənət və həyat yollarıma mayak oldu sanki. Dəyərli və sevimli müəllimim Nəvai Metinin təxəllüsünü götürmüşəm. Çalışacağam ki, Rəna Metin olaraq Nevai Metin sənətinin ucalığına layiq rəssam olum”.

WhatsApp Image 2020-01-27 at 14.53.30

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.29

 

 

 

 

 

 

 

 

.WhatsApp Image 2020-01-27 at 14.53.25 (1)

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.29 (1)

 

 

 

 

 

 

 

.

.

WhatsApp Image 2020-01-27 at 14.53.25

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 01.18.35 (1)

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 01.18.35

 

 

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.21 (1)

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.21

 

 

 

.

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.22 (1)

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.22

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.23

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.24 (1)

 

 

 

 

 

 

 

 

.

1

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-26 at 19.32.24

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.27 (1)

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.26 (1)

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 14.53.25

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 01.18.35 (1)

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 17.06.53

 

 

 

 

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 17.09.28

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 17.09.28 (1)

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 17.09.13

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 17.08.55

 

 

 

 

 

 

.

WhatsApp Image 2020-01-27 at 17.04.58

 

İradə Aytel, UASB-nin mətbuat katibi

Yazıya 692 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.