Ulu Öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə və Hüseyn Cavid irsinə məhəbbəti sonsuz idi…

Heydər əliyevHər bir millətin, xalqın tarixini öz ömür yolunda yaşadan şəxsiyyətlər, simalar var. Bunlar hökmdarlar da ola bilər, siyasətçilər də, tarixçilər də ola bilər, yazıçılar da. Fit­rətən, doğuluşdan kökünə bağlı olan bu şəxsiyyətlər milli-mənəvi irsin, mental də­yər­lərin, genetik yaddaşın gələcək nəsillərə ötürülməsi kimi ağır bir missiyanın yü­kü­nü daşıyırlar. Özündən sonra layiqli miras -  hər hansı bir abidə, sənət incisi ilə ad­­­la­rı­nı zaman və məkan müstəvisindən asılı olmayaraq tarixə həkk edən bu şəxslər mən­sub ol­­duqları millilikdən çıxıb bəşərilik qazanır. Zaman bizdən uzaqlaşdıqca ta­rix onları  bi­zə daha da yaxınlaşdırır. Lakin az hökmdar, rəhbər tapılar ki, öz xalqını se­­­­­vərək, ey­ni zamanda sevilərək ona rəhbərlik etsin. Tanınmış siyasətçi, şəxsi mə­na­fe­yini xalqın mə­nafeyinə qurban verən, tarixən formalaşmış və minilliklərdən bəri qo­runub sax­la­nan mənəvi irslə silahlanan Heydər Əliyev belə şəxsiyyətlərdəndir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat amalının, qa­yə­­sinin bir dayaq nöqtəsi vardı: azərbaycançılıq. O hər addımında, hər əməlində Azər­bay­canı düşünür, nədən danışır danışsın, ona müstəqil Azərbaycanın mirası kimi ya­na­şır­dı. Dünya azərbaycanlılarının I qurultayında o öz qayəsini belə ifadə etmişdir: “Azər­­­­­­baycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ide­­ya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Müstəqil Azər­­­baycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz mil­li mənsubiy­yə­ti­nə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azər­baycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini ya­şat­ma­lı­yıq”. Azər­bay­can­çılıq onun anlamında həyatın bütün sahələrinə şamil idi: təhsil, elm, səhiyyə, iqtisa­diy­yat, incəsənət və s. Heydər Əliyev bunların hər birində Azərbayca­nın port­retini görür, Azərbaycanın şəklini çəkir, Azərbaycanın musiqisini eşidirdi. “Mə­də­­niy­­­yə­ti­mi­zin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Mu­­­­­­si­qi­miz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalq sə­nə­timiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəh­rə­lə­nib. Mədəniyyətimiz, milli-mənəvi  dəyərlərimiz  beynəlxalq  aləmdə tanınıb”.

Azərbaycançılıq onun yazmağa başladığı və gələcək nəsillərə ərməğan qoydu­ğu bir epopeyadır. Xalqın məişətindən tutmuş elminə, maaarifinə, səhiyyəsinə, incə­sə­nə­ti­­nə sədaqət bu romanın ideyasını təşkil edir. Azərbaycançılıq fəlsəfəsi ulu ön­də­rin si­ya­­si fəaliyyətini, milli dövlətçilik ideologiyasını, dil, ədəbiyyat, tarixi keçmiş, mil­li-mə­­nəvi dəyərlər isə onun mənbələrini təşkil edir.

Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi Heydər Əliyevin adı ilə bağlıdır. O, mədəniyyətin bütün səhələrini sevir, bədii ədəbiyyata xü­su­­­si sevgisini gizlətmirdi: “Ədəbiyyata olan məhəbbətimi sübut etməyə elə bir eh­ti­­yac yoxur. Bunu Azərbaycanda yaxşı bilirlər. Bu, mənim vəzifəmə görə de­yil­dir, mə­nim təbiətimdir, içimdən gələn hissiyyatımdır. Məndə həmişə hələ uşaq, gənc yaş­la­rım­dan şeirə, ədəbiyyata, incəsənətə, mədəniyyətə çox böyük həvəs olub­­dur, həmişə ma­raqlanmışam. İndi dövlət işi ilə məşğul olanda da mən bunun nə qədər əhəmiyyətli ol­duğunu bilirəm, dərk edirəm. Ona görə də əlimdən gələni edi­rəm”.

Heydər Əliyev pedaqoji ideyaların əsas vəzifəsini onun humanist mahiyyətində gö­­rür­dü. Hələ postsovet məkanında sovet həyat tərzinin nəcib və gözəl cizgilərinin, in­san ar­zularının və əməllərinin tərənnümünü yazıçıların həyatın ab-havasını duy­ma­la­rı ilə bağ­layırdı. Cəmiyyətin yüksəlişi, iqtisadiyyatın inkişafına yönəlmiş fəaliyyəti, sülh və təhlükəsizlik uğrunda mübarizənin hərtərəfli bədii təsviri Heydər Əliyevə görə, ədə­biyyatın şərəfli vəzifəsidir. O bilirdi ki, xalqın mədəni səviyyəsini daha da inkişaf et­­­dirmək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqlı yetişdirmək üçün bə­­­­dii sözün, bədii ədəbiyyatın əvəzedilməz təsiri var. Bu anlamda ulu öndər xalq pe­da­­qogikasına, folklor ya­radıcılığına, klassik irsə, müasir ədəbi prosesə, ümumiy­yət­­lə, bə­dii ədəbiyyata bö­yük önəm verirdi. Müstəqilliyimizin xalqımıza bəxş etdiyi sərvət­lər­­­dən  biri  kimi  o, ədə­biyyatımızın zənginliyini vurğulayırdı.

Heydər Əliyev həmçinin bədii ədəbiyyatın imkanlarını ədəbiyyatşünas kimi təh­lil edir və onlara güvənirdi. Onun fikrincə, ədəbiyyat, mədəniyyət xalqin milli sər­vəti, xə­­­­­zinəsidir. Bizim ədəbiyyatımızın xalqımıza bəxş etdiyi ən böyük xidmət on­dan iba­rət­­dir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, mil­­lə­ti­miz­­­də daim milli hissiyyatları oyatmağa alışmışlar. Milli özünüdərk, milli oya­nış, dir­çə­­liş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.

Bədii ədəbiyyat və onu yaradan sənətkar məfhumu Heydər Əliyevin nəzərində  qiy­­məti və dəyəri olmayan anlayışlar idi. O, bunlara tarixi-fəlsəfi  prizmadan yanaşır, sə­­­­­nətkar şəxsiyyətinin qiyməti və dəyərini yaratdığı əsərlərində təbliğ etdiyi bəşəri ide­­­­­ya­larda, milli dəyərlərdə, əxlaqi-mənəvi keyfiyyətlərdə görürdü. 1975-ci ildə Azər­­­bay­can sovet ədəbiyyatı günlərində çıxışında o demişdi: “Tarixin bir-birinə qo­vuş­­dur­duğu əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Ni­za­­mi dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu mis­­ra­la­rını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xətainin məhəbbət və iz­ti­rabtərən­nüm edən poemalarını, Vidadinin və Vaqifin xalq yaradıcılığı çeş­mə­sin­­dən qidalanan öl­məz şeirlərini bizə gətirib çatdırmışdır. Hökmdarlar, saray əyan­­ları, zülmkarlar unu­dulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və hu­ma­nist şairlərinin təra­vət­dən düşməyən misraları isə bu gün də öz hikməti və in­san­pərvərlik ruhu ilə dünyanı hey­ran qoyur”.

Ulu öndər şeiri, bədii ədəbiyyati ürəkdən sevir, sözün təsir gücünü gözəl bi­lir­di. “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni in­san­­la­rın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qə­dər güc­­lü tə­­sir göstərən başqa bir vasitə yoxdur” – deyirdi. Xalqın bədii söz xəzinəsi, ya­­­radılan hər bir əsər onun üçün hikmət dolu tərbiyə məktəbi idi. Bəlkə buna görədir ki, Dədə Qorqud müdrikliyi, Nizami humanizmi, Füzuli sevgisi, Nəsimi fəlsəfiliyi, Xə­tai hikməti, Vaqif nikbinliyi, Mirzə Cəlil gülüşü, Sabir lakonikliyi, Ca­vid dü­şün­cə­si, Vurğun bədiiliyi, Vahabzadə yanğısı, Məmməd Araz dünyası onun ru­­hunda, nəfə­sin­­də yaşayırdı. “Heydər Əliyev qüdrətli türk millətinin ilk ən aqil, ka­mil, müdrik sər­kər­dələrindən olan Bilgə Xaqanın dövlətçiliyi, milləti, xalqı bütövlükdə saxlamağın yol­­ları haqqındakı öyüd-nəsihətlərini mötəbər örnək kimi qəbul etmiş, dövlətçilik fəa­liy­­yətini bu istiqamətdə davam etdirmişdi”.

Məhz Heydər Əliyevin xidmətləri sayəsində ədəbiyyat sözün həqiqi mənasında yük­­­səliş və intibah dövrü keçirdi. Bunu ümummilli liderin hakimiyyətdə olduğu vaxt­lar­­da gördüyü işlər deyil, müxtəlif görüşlərdə, yubiley gecələrində söylədiyi fikirlər, ayrı-ayrı sənət­kar­lara göstərdiyi diqqət və qayğı sübut edir. Klassiklərinin yubiley­lə­ri­nin beynəlxalq sə­viy­yədə qeyd olunması, ədəbi əsərlərin, külliyyatların toplanması və nəşri, fəxri ad­lar və mükafatların verilməsi, ev muzeylərinin yaradılması, heykəllər qo­yul­ması doğ­ma dilin saflığına məhəbbət, ucalığına pərəstiş hissi ilə yanaşı, gör­kəm­li döv­lət xadiminin bə­dii ədəbiyyata ehtiram və məhəbbətindən irəli gəlirdi. Bədii ədə­biy­­yatı yaradan­la­rın taleyi, gün-güzəranına qayğı və diqqət onun əməli fəaliy­yə­ti­nin ay­rılmaz hissəsi idi. Ulu öndər yaxşı bilirdi ki, dünyada əbədiyaşar yeganə qüvvə söz­dür, sözü uca tu­tan­­ları zaman da öz məhvərindən keçirə-keçirə yaşadır.

Heydər Əliyev tez-tez yazıçı və şairlərlə görüşür,bugörüşlərdə ədəbi əsərlərin ya­­ranma istiqamətinin düzgün müəyyənləşdirilməsinə, həyat həqiqətlərinin real təs­vi­ri­nin canlandırılmasına dair tövsiyələrini əsirgəmir, gah ədəbiyyat tarixçisi, gah da ədə­­­­­­­­bi tənqidçi mövqeyindən mülahizələrini bildirirdi. Heydər Əliyevə görə, yazıçı, şair dövrün nəbzini tutmağı bacarmalı, aktual möv­­­­­zuları gündəmə gətirməli, ideya və bə­dii cəhətdən onları yüksək səviyyədə həll et­məyi bacarmalıdır. Çünki cəmiyyətin in­ki­­şafının bütün mərhələlərində ədəbiyyatın və mədəniyyətin əsas vəzifəsi tər­bi­yə­lən­dir­­mək olmuşdur.

Dövrün nəbzini tutmağı bacaran, aktual möv­­­­­zuları gündəmə gə­ti­rən­lər­dən biri böyük demokrat Cəlil Məmmədquluzadə və biri də romantik şair, dramaturq Hüseyn Cavid idi. “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş da­­­hi bir insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mə­də­niy­yə­ti­­ni çox zən­gin­ləş­dirmiş bir şəxsiyyətdir” – deyən Heydər Əliyev Cəlil Məm­­məd­­qu­lu­­­zadənin ya­­­rat­dı­­ğı əsərləri Azərbaycan xalqının milli sərvəti, mənə­viy­yat mənbəyi hesab edirdi. Çün­­­ki Cəlil Məmmədquluzadənin redaktorluq etdi­yi “Molla Nəsrəddin” jur­na­lı xalqla, xal­­­qın həyatı ilə, onun arzu və əməlləri ilə bağ­­lan­­mışdı. Mirzə Cəlil xalqı­mı­zın daim xoş­­­bəxt yaşamasına çalışmışdır. Onun həyatdan alınmış felyeton­la­rı, he­kayə və şeirləri ayrı-ayrı şəxslərin tale və gələ­cə­yi haq­qın­da deyil, bütöv bir xal­qın taleyini, onun gə­lə­cə­­yinin ümumiləşdirilmiş bir formasıdır. Cəlil Məmmədqu­lu­za­də de­yən­də “Molla Nəs­­­­rəddin” jurnalı və “Molla Nəsrəddin” jurnalı deyəndə Cəlil Məmməd­qu­lu­za­­də ya­da düşür.

Ulu öndər Heydər Əliyevi valeh edən əsərlərdən biri də Mirzə Cəlilin “Ölü­­lər” əsəri olmuşdur. Heydər Əliyev Cəlil Məmmədquluzadənin bu əsərinə (“Ölü­­­­lər” əsə­rinə) hətta dünya ədəbiyyatında və ya bəşər tarixində buna bənzər bə­ra­bər bir əsərin olmadığını əminliklə bildirir: “Ölü­­lər” əsəri haqqında mən tam cəsarətlə deyə bi­lə­rəm ki, dünya ədəbiyyatında buna bərabər, buna bənzər ikinci əsər tapmaq müm­­kün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük fi­lo­sof, psixoloq olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yara­dı­cılığını və özünəməxsus fikir istedadını əks etdirir”. Ümummilli lider əlavə edə­rək deyir: “Cə­lil Məmmədquluzadə dahi insandır… Hesab edirəm ki, bəşər tari­xin­də “Ölü­lər” kimi bir mövzuda əsər yaranmayıbdır… bu cür psixoloji bir mövzu, bunun kəşf edilməsi doğrudan da Cəlil Məmmədquluzadənin nə qədər dahi adam ol­du­ğu­nu göstərir”.

Ümummili liderin qeyd etdiyi kimi, Cəlil Məmmədquluzadə yaradıcılığında mil­li və bəşəri  ideyalar daha çox üstünlük təşkil edir. Ulu öndər Heydər Əliyev Cəlil Məm­­mədquluzadədə bu kimi milli xüsusiyyətləri, ümumbəşəri dəyərləri və milli ide­a­lo­­giyanı belə səciyyələndirir: “Cəlil Məmmədqu­lu­za­də­nin yaradıcılığında Azər­­baycanın bütün milli xüsusiyyət­lə­ri­ni, eyni za­man­da ümumbəşəri dəyərləri əks et­dirən fikirlər bizim milli idealogi­ya­nın əsasıdır və həmin idealogiyanın ya­ran­ma­sı üçün böyük bir vasitədir, böyük bir sərvətdir”.

Təbii ki, bu kimi milli xüsusiyyətlər, ümumbəşəri dəyərlər və milli ide­a­lo­­giya Hüseyn Cavidin şəxsi həyatı və yaradıcılığında öz əksini tapır. Hüseyn Cavidin ədə­bi-ictimai-siyasi irsini səciyyələndirən ulu öndər demişdir: “Hüseyn Cavid XX əsrdə Azər­bay­­can ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində mi­sil­­siz xidmətlər gös­tər­miş­dir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mə­dəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığıəsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərs­lik kitabıdır. Hüseyn Cavidin bütün ya­radıcılığı, bütün fəaliyyəti Azər­bay­­can xal­qı­nın mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq et­mək­dən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azad­lığa, müs­tə­­qilliyəçağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinəhəd­­dindən artıq xidmət edən bir insan olmuşdur.

1956-cı il mart ayının 6-da Hüseyn Cavidə bəraət verilmişdir. Onun cənazəsinin qalıqları ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 26 oktyabr 1982-ci ildə Bakıya, noyabrın 2-də Naxçıvana gətirilərək, noyabrın 3-də dəfn edilmişdir. 1996-cı il­də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Cavidlər ailə­sinə Naxçıvanda böyük məqbərə-sərdabə ucaldılmışdır. Cavidlər ailəsinin dörd üzvü (Hüseyn Cavid, Müşkinaz Cavid, Ərtoğrol Cavid və Turan Cavid) orada uyu­maq­­dadır.

Uzun illərdən bəridir ki, Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edi­lir. Orta məktəbin təkmilləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tut­ma­­sı da ma­arif­­pərvər şairin yaradıcılığına verilən yüksək qiymətdir. Ümummilli lider Heydər Əliyev Hüseyn Cavid və Cavid irsi ilə bağlı belə deyirdi: “Hüseyn Cavid bi­zim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xal­qımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qə­dər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.

Ədəbiyyatın keçdiyi keşməkeşli yolun özünəməxsusluqlarını gözəl bilən Heydər Əliyevin bədii təfəkkür sahibləri, zaman və həyat, reallıq və xalq taleyi, ta­ri­xi­lik və müa­­sirliklə bağlı ədəbi düşüncələri, qiymətli fikir və mülahizələri azərbay­can­­çılıq ide­o­logiyasının formalaşmasında qiymətli mənbələrdəndir.

Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəh­din­də olmaq hardasa tarixə, za­ma­­na, gələcəyə qiymət vermək iddiası qədər çətin­dir. Onun yorulmaz fəaliyyətinin Azər­­­baycan elminin müxtəlif sahələri ilə bağlı əlaqə­lə­ri­nin coğ­­rafiyası və tarixi çox ge­­­­­nişdir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyə­lən­dir­mək elə də asan deyil. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəh­­bər de­yil, həm də mil­yon­lar­la insanı böyük ideallar ətrafında səfərbər edən bir döv­lət qu­ru­cusu, tarix me­ma­rı­dır. Onun bütün həyatı, fəaliyyəti, məqsəd və arzu­ları bu idealın dövlət quru­cu­lu­ğu, ta­rix yaradıcılığı idealının ətrafında cəmlənmişdir. Heydər Əliyev Azərbaycan el­mi­nin ha­­misi və böyük mütəfəkkir idi. Heydər Əliyevin var­lığı xalqa, onun mədə­niy­yə­tinə xid­mətdən yoğrulmuşdur. Ulu öndərin incəsənətə, mə­də­niyyətə, teatra, ədə­biy­­­ya­ta gös­­tərdiyi xidmətlər unudulmazdır. O, sənətdə, ədə­biy­yatda həmişə tərəqqi və irə­li­lə­yiş yolunu seçməyi vacib saymışdır.

Yekun olaraq qeyd edək ki, ümummilli lider Heydər Əliyevin layiqli davam­çısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə repressiya qurbanı Hüseyn Cavidin 135 illik yebileyinin keçirilməsi haqqında imzaladığı sərəncam və 2019-cu ildə görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olma­sı­nın 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam bir daha qədim Naxçıvan torpağının yetirmələrinin yaradıcılığına olan sevgi və məhəbbətin tə­rən­nü­mü­dür.

Bütün bu deyilənlərdən aydın olur ki, tariximiz var olduqca Cəlil Məmmədqu­lu­za­­də, Hüseyn Cavid irsi ilə bərabər müstəqil Azərbaycan dövlətinin memarı və qu­ru­cu­­­su olan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin irsi də yaşayacaq və var ola­caq­dır.

IMG_1821Kamal Camalov,
Pedaqogika üzrə elmlər doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.

Yazıya 607 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.