Vəsilə Baydarın “İydə qoxusu” kitabı çap olunub

Uzun illər pedaqoji fəaliyyət göstərmiş Vəsilə Baydarın (Qəhrəmanova Vəsilə Qəhrəman qızı) şeirlər və poemalardan ibarət “İydə qoxusu” kitabı (“Elm və təhsil” nəşriyyatı. 322 səh) çap olunub. Kitabın önsözü Musa Ələkbərli tərəfindən yazılıb, redaktoru İradə Aytel, rəssamı isə Ramiz Xəlillidir.

Vəsilə Baydarın əsərləri sevgidən, həsrətdən, qürurdan və sevincdən doğan dərin hissləri əks etdirir. Şairin sözlərinə görə, “İydə qoxusu” duyğuların saf pıçıltısı, atalı-analı illərin xatirəsi və Vətən həsrətinin poetik ifadəsidir. Əsərlər zaman-zaman mətbuatda yayımlansa da, toplu şəkildə ilk dəfə oxuculara təqdim olunur.

Qeyd edək ki, Vəsilə Baydar 1959-cu il aprelin 3-də Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 1982-2024-cü illərdə Şəmkir rayon Q. Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

“İydə qoxusu” geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Yazıya 22 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.