Ədalət Partiyası Prezidenti ad günü münasibətilə təbrik edib

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:
Hörmətli cənab Prezident, ad gününüz münasibətilə Ədalət Partiyası adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Siz Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda inamla çalışırsınız.

Xüsusilə qeyd etmək istərdim ki, Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etmiş, tarixi ədaləti təmin etmişdir. İşğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramı xalqımızda böyük ruh yüksəkliyi yaradır və gələcəyə inamı möhkəmləndirir. Bundan əlavə, Sizin irəli sürdüyünüz sülh təşəbbüsləri sayəsində 2025-ci ildə ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda əldə edilmiş razılaşma Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın təməlini qoymuşdur.

Ədalət Partiyası olaraq Sizin apardığınız dövlətçilik siyasətini dəstəkləyir, ölkəmizin hüquqi-demokratik inkişafı, sosial ədalətin təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndiririk. Xüsusilə, Sizin təşəbbüsünüzlə formalaşan iqtidar-müxalifət dialoqu mühiti siyasi plüralizmin inkişafına və milli həmrəyliyin möhkəmlənməsinə töhfə verir. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük uğurlara imza atacaq, xalqımız firavan və təhlükəsiz həyat sürəcək.

Yazıya 15 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.