Bu gün tanınmış tərcüməçi və şair, Mahmud Kaşqari adına Beynəlxalq Fondun qurucu başqanı, AYB İdarə Hetətinin üzvü, Qazaxıstan Respublikasının ədəbiyyat üzrə beynəlxalq “Alaş” mükafatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatları laureatı Elxan Zal Ədalət Partiyasının qonağı olub.
Elxan Zal Ədalət partiyasının sədri seçilməsi münasibətilə Mütəllim Rəhimlini təbrik edib, siyasi fəaliyyətində uğurlar arzulayıb. Görüşdə cəmiyyətin strukturunun qorunub saxlanılmasında yaradıcı şəxslərin rolu ilə bağlı fikir mübadiləsi aparılıb. Ədəbiyyat siyasətinin cəmiyyətin gələcək inkişafında mühüm əhəmiyyəti qeyd edilib. Ədəbiyyat sahəsindəki yeniliklər, müasir poeziya trendləri və tərcümə işlərinin önəmi vurğulanıb. Müasir dəyişən dünyadakı çağırışlara ölkəmizdə adekvat siyasi cavabların verildiyi kimi ədəbiyyatın da analoji münasibət verməsinin vacibliyi bildirilib.
Yazıya 19 dəfə baxılıb









