Afaq Azərin yeni romanı – “Sükutun səsi” çapdan çıxıb

Gənc yazıçı Afaq Azərin yeni romanı – “Sükutun səsi” çapdan çıxıb (“Elm və Təhsil” nəşriyyatı, 2025 – 350 səh.). Psixoloji yönümlü əsər baş qəhrəman Poladın faciəvi taleyi və Sehrinin bu taleyin arxasındakı həqiqəti üzə çıxarmaq cəhdləri üzərində qurulub. Roman insan duyğularının sükutla bağlı dərin qatlarını bədii şəkildə təqdim edir.

Kitabın redaktoru Rəşid Faxralı, maliyyə dəstəkçisi isə Kamal Şaban oğlu Faxralıdır.

Xatırladaq ki, Afaq Azər Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. O, 2015-ci ildən yazıçılıqla məşğuldur. “Sükutun səsi” müəllifin ikinci kitabıdır. Afaq Azərin ilk romanı “Mənim tənha gözəlim” 2024-cü ildə nəşr olunub.

Yazıya 20 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.