Ədalət Partiyasının qərargahında yazıçı-publisist Nurəddin Ədiloğlu Ədalət Partiyasının sədri Mütəllim Rəhimliyə iki kitabını hədiyyə edib. Müəllif Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində igidlik göstərmiş, əslən Tovuz rayonunun Çeşməli kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Aydın oğlu Həsənovun döyüş yolundan bəhs edən “XXI əsrin qəhrəmanı”, eləcə də şanlı Zəfər tariximizə həsr olunmuş “Sözün müharibə rəngi” adlı bədii-publisistik kitablarını təqdim edib.
Görüş zamanı partiya sədri M. Rəhimli müəllifin hədiyyə etdiyi hər iki kitabın bu günümüz, eləcə də gələcək nəsillər üçün mühüm və dəyərli bir qaynaq olduğunu vurğulayıb. O qeyd edib ki, bu kimi sənədli-publisistik əsərlər gənc nəslin ölkəmizin keşməkeşli tarixini dərindən öyrənməsində, onlarda Vətənə sevgi və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.
Yazıya 31 dəfə baxılıb









