Yeni nəşr olunan Təbriz kitabı

20200910_211801“Bizim tarix anlayışımız nağıl və əfsanə anlayışı olaraq onun için tarixidə nağıl kimi düşünərək daha çox əfsanəvi şahlar və qəhrəmanlar axtarırıq tarixdən. Ama məncə tarixi nağıl və əfsanə kimi düşünmək təlikəlidir. çün ki insan toplumlarını gərçəklərdən qafil edərək tarixsəl idealizmə sürüklər və bu duruma düşən bir toplum gedəcəyi yoldan şaşaraq itər. Bu tür tarix uyuşdurucu maddə kimidir. Oyandırmaq və ayıltmaq yerinə uydurar və millətləri qorxunc bir süquta uğradar. Tarix nağıldeyil bəlki toplumsal gedişat və dəyişikliklərin araşdırması olaraq çox məntiqli bir bililmdir və təbii ki onun ən əsas və ən önəmli içərigi adi insanlardan oluşan toplumdur”…. bu sözləri yeni nəşr olunan “Təbriz Şəhrinin Toplumsal Quruluşu Səlcuqlar Əsrindən Məşrutə İnqilabına Qədər Max Weberin Şəhr Teorisi Əsasında” kitabının yazarı Seyid Murtəza Hüseyni öz kitabının haqqında yazdığı bir notda anladır. Onun bu yeni nəşr etdiyi kitaba yazdığı özətdə kitab belə özətlənib

Bu araşdırma sosyolojik bir tarix araşdırması olaraq Təbriz şəhrinin tarixinə ayiddir. Bu kitabda Təbrizin toplumsal quruluşu Coğrafya, siyasi- idari, iqtisadi və Hüquqi baxımdan araşdırılaraq incələnibdir. Kitabın teorik çərçivəsi Max Weberin Şəhr teorisidir. Weber bu teorini Şəhr adlı kitabında izahlı və detaylı açıqlayıb. Onun görüşündə əski və orta çağda bir insan oturağının şəhr sayılması için 5 özəllik gərəkir. Bu beş özəllik bunlardır: Bazar deyiləbilən daimi bir iqtisadi mərkəz, şəhri qoruyabilən Sur Divarı və şəhri idarə ədən siyasi sistemin yeri olan İç Qala, şəhr əhlinin gələnəkləri və kültüründən qaynaqlanan bağımsiz və müstəqil Hüquq və Yarğı Sistemi, şəhri idarə edən Yerli İcraçı və Seçginlər, şəhr əhlinin arasında olan özəl Şəhr kimliyi və Toplumsal və Ruhsəl Birlik.

Hüseyni Təbriz kitabında bu 5 qonunu diqqətlə Təbrizin tarixində (Səlcuqlar əsrindən Məşrutə inqilabına qədər) axtarıb araşdırıb və işin sonucu 286 səfhəlik bir kitabdır.

Bu kitab 6 bölümdən oluşmaqdadır. 1. Teorik çərçivə və əsaslar. 2. Təbrizin çoğrafya və görsəl quruluşu. 3. Təbrizin siyasi- idari sistemi. 4. Tərizin hüquq və yarğı sistemi. 5. Təbrizin iqtisad və ticarət durumu. Bu 5 bölümün hər biridə neçə iç bölümdən oluşaraq araşdırıcı hər bölümlə ilgili qonularda yazılı qaynaqlar əsasında deytaylı və incə incə bilgilər verməkdədir. Hüseyni bəy bu qonuda apardığımız uzun söhbətə belə son qoyur: “ Təbriz tarixi qonulu çoxlu kitablarımız var ama onların hamısı klasik tarix olaraq daha çox fatihlər, dövlətlər, sultanlar və sadəcə siyasi gedişatın özətləməsidirlər. Bu arada sadəcə bir fərqli kitab var Təbriz tarixi haqqında. O dəyərli kitab rəhmətlik Seyid Ağa Ovnullahinin Təbriz Şəhrinin Tarixi Orta Əsrlərdə kitabıdır. Bu kitabda sosyolojik bir baxış var və mənə çox faydalı bir örnək olmuşdur. Məndə çalışmışam Təbriz kitabımda yeni, fərqli və millətimizin gələcəyi için yararlı və faydalı bir iş görmüş olam indi nə qədər bu amac üzərə başarılı olub olmamağımı oxucular və gələcək nəsillər deyəbilər”. Hüseyni Təbriz kitabında Bakı şəhrindən bəhs etdiyini vurğulayaraq Bakı haqqındada belə bir araşdırma başlayabilməsini arzu edir.

“Təbriz Şəhrinin Toplumsal Quruluşu Səlcuqlar Əsrindən Məşrutə İnqilabına Qədər Max Weberin Şəhr Teorisi Əsasında” kitabı Fars dilində Təbrizin ən qədim və adlım nəşriyatı “Əxtər” nəşriyatı tərəfindən yayınlanıb.

Kitabın üz qabığı üzərində görünən təsvir Təbrizin Saat Binasının rəssamlıq əsəri olaraq Təbrizli adlım rəssam Sabir Bəqqal Əsğərinin yaratdığı şahəsərdir. Kitabın qabıq və iç dizaynıda yazarın həyat yoldaşı qrafist Zöhrə Məzlumi xanımın əsəridir.

 

    Yazıya (97) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.