Yazıçı Qərib Mehdi vəfat etdi

Azərbaycan ədəbiyyatı və mətbuatı ağır itki ilə üzləşdi. Görkəmli nasir, şair, publisist və dramaturq, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qərib Mehdi vəfat etmişdir.

Qərib Mehdi ömrünü sözə, ədəbiyyata və milli düşüncəyə həsr etmiş sənətkar idi. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan nəsrində, publisistikasında və dramaturgiyasında dərin iz buraxmış, onlarla kitabı oxucu sevgisi qazanmışdır. O, eyni zamanda gənc qələm sahiblərinin yetişməsində, ədəbi mühitin formalaşmasında mühüm rol oynamışdır.

Sadə həyat tərzi, prinsipial mövqeyi və sözə sədaqəti ilə seçilən Qərib Mehdi daim həqiqətin, ədalətin və milli dəyərlərin tərəfində dayanmışdır. Onun zəngin yaradıcılığı və mənalı ömür yolu Azərbaycan mədəniyyət tarixində yaşayacaqdır.

Allah rəhmət eləsin.

Yazıya 11 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.