Uluslararası Aktivist Sanatçılar Birliyi (UASB) və UASB Azərbaycan təmsilçiliyinin təşkilatçılığı, eləcə də “Dünyanı Sənət Xilas Edəcək” beynəlxalq sənət layihəsi çərçivəsində yeni nəşr – layihənin sayca 5-ci kataloqu işıq üzü görmüşdür. “Dünya Sülh Rəssamları” adı ilə çap olunan bu kataloq müasir dövrdə sənətin sülh, humanizm və mədəni həmrəylik missiyasını ön plana çıxaran əhəmiyyətli mədəni hadisə kimi dəyərləndirilir.
Kataloqun müəllifi və ideya rəhbəri UASB Azərbayvan təmsilçisi, Dünya Sülh Rəssamı Nəvai Metin, elmi-məsləhətçisi isə professor, Turanın Xalq rəssamı Şaiq Məmmədovdur. Nəşr üzərində aparılan uzunmüddətli, ardıcıl və məsuliyyətli yaradıcılıq prosesi layihənin ideoloji əsaslarını və beynəlxalq miqyasını aydın şəkildə əks etdirir.
“Dünya Sülh Rəssamları” kataloqunda müxtəlif ölkələri təmsil edən rəssamların yaradıcılıq nümunələri yer almış, sənətin universal dili vasitəsilə sülh, qarşılıqlı anlaşma və mədəni dialoq ideyaları təqdim olunmuşdur. Nəşr, UASB-nin əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq, fərqli mədəniyyətlər arasında yaradıcılıq körpülərinin qurulmasına xidmət edir.
Layihənin əsas məqsədi dünyada sülhün bərqərar olmasına töhfə vermək,
Azərbaycan təsviri sənətinin beynəlxalq müstəvidə tanıdılmasını təmin etmək,
eləcə də dünya rəssamları arasında dostluq, həmrəylik və davamlı yaradıcılıq əlaqələrinin formalaşdırılmasına nail olmaqdır.
“Dünyanı Sənət Xilas Edəcək” layihəsi və onun tərkib hissəsi olan bu kataloq, sənətin yalnız estetik deyil, eyni zamanda ictimai və mənəvi məsuliyyət daşıyan güclü vasitə olduğunu bir daha nümayiş etdirir
Yazıya 30 dəfə baxılıb








