“ANANIN ÜRƏYİNƏ GEDƏN YOL” KİTABI NƏŞR OLUNDU

OBL_AKIF ABBASOV_Ananin ureyine (3)Yazıçı Akif Abbasovun “Ananın ürəyinə gedən yol” kitabı “Mütərcim” nəşriyyatında işıq üzü görmüşdür. Redaktorları filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Kitabın üz qabığında İntibah dövrü İtalya rəssamı Rəfael Santininin 1508-ci ildə yağlı boya ilə çəkdiyi Tempi Madonna rəsmi öz əksini tapmışdır.

Kitaba Akif Abbasovun“Ananın ürəyinə gedən yol” və “Əliş və Anna dastanı” povestləri və bir sıra hekayələri daxil edilmişdir.

Kitab ciddi, satirik və yumoristik səpgili hekayələrlə açılır. “Opponent rəyi”, “Nakam məhəbbət”, “Qayış”, “Ərizəsini alın”, “Sən də rahat yat, mən də”, “O boyda kişini üstümə göndərir”, Koronaviris pandemiyasını təsvir edən “Taclı” hekayələri maraq doğuracaqdır.

“Ananın ürəyinə gedən yol” povestində Elmiranın acı taleyi qələmə alınmışdır. Əri Şahmarın qadın, eyş-işrət düşkünü, qumar oynamaq, narkotik satışına qoşulmaqla özünə və ailəsinə vurduğu ziyanlardam söz açılır. Eyni zamanda yüngün həyat tərzi keçirən Ülkər tipli qadınlar tənqid olunur.

“Əliş və Anna dastanı” povestində XIV əsrdə baş vermiş maraqlı və çox mühüm bir hadisədən söz açılır. Böyük rus knyazı Dmitri İvanoviç (sonralar Dmitri Donskoy) daşdan Moskva qalası tikdirmək istəyir. Ona azərbaycanlı memar Əliş Sübhan oğlu Kərəmli Şirvanini məsləhət görürlər. Böyük knyaz Şirvanşah I İbrahimə məktub yazaraq ondan kömək istəyir, Əliş bəyi onun sərəncamına göndərməsini xahiş edir. Şah Əliş bəyi çağırtdırır və onun razılığını alır. Əliş bəy onun dalınca Şamaxıya gələn nümayəndə heyəti ilə Moskvaya yola düşür. Dörd il ərzində əzəmətli Moskva qalası tikilir.   Qalanı tikəndən sonra Əliş bəyin başına nə gəlir?

Povesti oxumaqla bu barədə məlumat almaq mümkündür.

Kitab yeniyetmə və gənclər, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

    Yazıya (144) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.