Natavan Məlikova – SƏHƏR (hekayə)

  • WhatsApp Image 2021-01-08 at 00.39.29         (real hekayə)

  •   Səhər yenicə açılırdı.Artiğ günəşin şəfəqləri ətrafı isidirdi.O,yatmağa deyil ayağa qalxmağa üstünlük verdi.Nazlı xanım yatağından qalxıb həyətə endi.. Təmiz kənd havasını ciyərlərinə çəkdi,ətrafa gözüdolusu nəzər yetirdi.Həyəti diqqətlə seyr edən Nazlı xanım qollu-budaqlı fındıq ağacının altında əyləşməyi qərara aldı.Findiq ağacından qəribə taq-taq səsi gəlirdi,o ağaca qiqqətlə baxdi,ağacdələn findiqları dimdiyilə qırıb yerə,yəni torpağı üzətinə atirdi.O, bir anliq fikirə getdi bəs nağıllarda ağacdələni,ağacların həkimi adlandirdilar.Amma o gözlərim önündə nəqədər findiqları məhv edir, deməli ağacdələnin həkimliyi bundan ibarət imiş.

  •  O hər il istirahət etmək üçün, bu kəndə gələrdi.Həyat yoldaşının doğulub boya-başa çatdığı, bu kənd Nazlı xanıma hər zaman çox doğma gələrdi.O, kənddə yaşayan insanları çox sevər, bu insanlar Nazlı xanıma zəhmətkeş bal arılarını xatırladırdılar.Çünki onlar yay fəslində zəhmətkeş arılar kimi  çalışar, qış fəslində öz zəhmətlərinin bəhrəsini şirin-şirin yeyirdilər.

  •   Kənddə cəmi bir ay istirahət etmək bu  xanıma çox xoş gələr,ruhu yenilənərdi.

  •  Onların evləri yüksək dağların əhatəsində yerləşirdi,həyətdə əyləşib ətrafı seyr etməkdən,təbiətin yaratdığı bu füsünkar gözəlliyə baxmaqdan gözləri yorulmazdı.Ona elə gəlirdi ki,hündürmərtəbəli bir binada  əyləşərk ətrafı seyr edirdi.Onların həyətləri  birinci mərtəbənin pilləkənlarından başlayaraq  pillələrlə beşinci mərtəbəyə   çıxmağı xatirladırdı,çünki zamanında sıldırım qayaları yarıb o qayalar arasında ev tikmişdilər.

  •  O bir saata yaxın idi fındıq ağacının altında əyləşib,şirin xəyallara dalmışdı.Onun düşüncələrinə son verən ecazkar  qadın səsi oldu.

  •  -Sabahınız xeyir!

  • -Xoş gəlmişsiniz!

  • Nazli xanım, bu səsin sehrinə heyran olub geri çevrildi,bu gözəl səsin sahibəsini gördüyü an onun nitqi tutuldu.Zorla özünü ələ almağı bacaran Nazlı xanım:

  • -Aqibətiniz xeyir!

  • -Siz də, xoş gəldiniz ,-söyləyərək ayağa qalxmaq istədi,amma gələn qonaq onun ayağa qalxmasına izin vermədi.

  •   -Narahat olmayın,uzaqdan,yəni bizim həyətdən gördüm ki, burada əyləşibsiniz,düşündüm səhər-səhər süd içmək insan sağlamlığı üçün, çox faydalıdır,,  sizə yeni sağılmış inək südü və qatıq gətirdim.Bu arada tanış olaq:

  • -Mənim adim Səhərdir,mən gedim, məlum kənd həyatı, çoban inəkləri  otarmağa aparmalıdır,onun üçün tələsməliyəm,inəklər  sürüyə vaxtında qatılmalıdır,yubansam inəklər bu gün evdə qalmalıdırlar.Yəqin ki,bir dəfə görüşərik,-söylədi,gətirdiyi süd və qatığ bankalarının mənə verib,evlərinə getmək, üçün tələsdi.

  •  Süd və qatıq dolu bankaları ondan alarkən diqqətlə onun çöhrəsinə baxdım,onun qap-qara olan çöhrəsi qırış-qırış idi,amma gözlərində bir parıltı var idi,o gözlər onun yaşamaq ümidi ilə çırpınan bir qadın olduğunu göstərirdi.Onun əllərinə baxmağı bacarmadım,avqust ayı olmasına baxmayaraq  əlləri mənə şaxtalı-boranlı qış fəslini xatırlatdı.Əlləri ayazlı qış günlərində iş görən qulluqçu qadınların əllərinə bənzəyirdi,çünki o əllər çat-çat idi.

  •  O,məni tərk edib ,sakit gəldiyi kimi sakitcə çıxıb getdi,amma o sehrli səsin ovsunundan qurtula bilmirdim,möhtəşəm aktrisa səsinə bənzəyirdi bu səs tembirı.Kim idi bu qadın,nə üçün məni görməyə gəlmişdi?

  •    O,qadın niyə bu haldaydı,bəlkə kiminsə qapısında qulluqçu işləyirdi?amma bura kənd yeri idi, insanlar qapılarında qulluqçu saxlamağı xoşlamazdılar.Bu qəfil  gəlişin səbəbi mənə  sonralar məlum olacaqdı.

  •   Bu gün kənddə yaxın qohumlardan birinin evində nişan məclisi vardı,bu məclisə həyat yoldaşımla birgə məni də dəvət etmişdilər. Bu kəndin insanları mənə böyük rəğbət bəsləyirdilər.Hamı Nazlı xanımı qonaq sifətində evlərində görməyi,  toy məclislərində iştirak etməsinii böyük həvəslə gözləyirdilər.

  •  Nişan məclisi başlamışdı,oğlan evindən gələsi olan qonaqlar gəlmişdilər,sonda biz də məclisə gedəsi olduq.Səhər xanımı nişan məclisində gördüyüm an gözlərimə inanmadım.Oğlan evindən gələn insanlar üçün, ayrılmış  masa

  • ətrafında əyləşmişdi.

  •   Əyninə göz qamaşdıran toy libası geymiş,saçlarına fen çəkmişdilər,sübh tezdən gördüyüm qadınla,bu qadın arasında olduqca böyük fərq vardı.Qarşımda mükəmməl,olduqca savadlı bir qadını gördükdə özüm-özümü qınadım,onu qulluqçu sandığım üçün, özümə nifrət etdim.Nişanlanan oğlanın dayısının həyat yoldaşı idi Səhər xanım.Həyat yoldaşı olduqca sanballı insana bənzəyirdi,baldızları ətrafında fırlanırdılar.

  •   Bu məclisdə baş verənlərə inana bilmirdim,sanki göydən yerə enmiş bir mələkdi Səhər xanım.Oğlan evindən gələn insanlar yalnız onu dinləyir,onun məsləhətlərinə qulaq asırdılar.Sözün doğrusu, bu məclisdə bir anlıq olsa belə Səhər xanıma qibtə etdim,səhər  evimizdə onun halına üzüldüyüm üçün, çox peşiman olmuşdum,demək insana ağlı üçün qiymət verirlərmiş,geyimi üçün deyil.Nişan məclisi bitənədək onun şirin danışığına,məni ovsunlayan səsinə heyranlıqla qulaq asırdım.Özümü səlis danişan bir naqiüə qulaq asan kimi hiss edirdim.

  •   Günlərin bir günü,şəhərə dönməyimizə bir-iki gün qalmış həyat yoldaşım Rahim müəllim:

  • -Axşam üstü birgə gedib Mina xalanı yoxlayaq,tələbə olduğum zaman onun mənə yardımı çox olubdur.Burada olduğumuzu bilir,istəmirəm ki,yaşlı qadın məndən incisin,onu yoxlamadığım üçün, üzülsün.

  • Mən isə üzümü yoldaşıma tutaraq,-axı o ailənin insanlarını tanımıram,yad insanların evinə necə gedim-söylədim.

  • -Taniyirsan,yad insanlar deyillər, sənin üçün,süd-qatıq gətirən Səhərgilə gedəcəyik deyə- həyat yoldaşım mənə cavab verdi

  • Mən Səhərin adını eşitdiyim an yoldaşıma onlara getmək üçün, böyük həvəslə  razılıq verdim.

  •  Əvvəlcə mağazaya getdik, qonaq gedəcəyimiz ailəyə aparmaq üçün,  lazım olan ərzaqları aldıq və mağazadan birbaşa onların evinə keçəsi olduq.

  •   Onların evi olduqca mənzərəli,səfalı yerdə yerləşirdi,bir yanı meşə,bir yandan çay axır,sanki məşhur istirahət mərkəzinə gəlmişdik.Kənardan diqqəti cəlb edən ev saraya bənzəyirdi,üçmərtəbəli ev müasir dəblə tikilmişdi,bu evi kənardan seyr etmək belə insana xoş gəlirdi.Dəbdəbəli,mənzərəli evin daxilində baş verənlərdən hələki bixəbərdim.

  •   Həyətə daxil olduğumuz an mən buraya gəldiyim üçün, çox peşiman oldum.Bizim onlara gəldiyimizi görən insanlar bir anlıq donub bizə baxdılar.Bu insanlar ətrafa sanki mənfi enerji yayırdılar.Ailədə yaşayan insanların çöhrələrində müsbət aura yox idi,onların çöhrəsinə baxdığım an qəlbim üşüyürdü.Bu insanların çöhrəsində gülüş deyil,kədər yağırdı.

  •  Ev sahibləri  bizə yaxınlaşıb “Xoş gəlmişsiniz” söylədilər.Biz hamimiz həyətdə bir masa arxasında əyləşdik.Evin yaşlı valideyinləri ata və ana,Səhər,həyat yoldaşı Şamil iki azyaşlı qız bizimlə birgə eyni masa arxasında əyləşdilər.

  •   Sentiyabr ayı,soyuq hava insanlardan aldığım mənfi enerji ilə birləşərək məni çox üşüdürdü. Az zaman keçəndən sonra bir qadın çay gətirdi,çayları masa üzərinə düzən qadin işini bitirdikdən sonra, mənim yanımda olan boş stulda əyləşdi,israrla,-çayınızı için,- söylədi.

  •  Mən bu qadını bu evin,bu ailənin böyük qızı sandım,düşündüm ki,atası evinə qonaq gəlib və Səhər xanıma yardım edir.Qadının israrından sonra çayı içmək üçün, stəkanı əlimə aldım,amma çay buz kimi soyuq idi, bir-iki qurtum çay içdikdən sonra -çox sağ olun-söylədim.Buraya qonaq gəldiyim, üçün qəlbimdə özümü çox qınayırdım.Qadın stəkan-nəlbəkini masa üzərindən yığışdıraraq birgə əyləşdiyimiz masanı tərk etdi.

  •  Bir az zaman keçdikdən sonra yağış yağmağa başladı.Səhər mənə yaxınlaşdı:

  • -Burada əyləşmə, gedək bizimlə əyləş,-söylədi.Mən ayağa qalxıb Səhərin arxasınca gedəsi oldum.Bayaqki qadın geniş və hündür talvar altında əyləşmiş,kartof soyurdui,mənə əyləşmək üçün kiçik bir stul təqdim etdi.Qadın üzünü mənə tutaraq:

  • -Səni ilk dəfə Bakıda Rəhman əminin dəfn mərasimində görmüşdüm,bir masa arxasında əyləşmişdik.Bir az söhbət də etmişdik,bu kəndin insanları sizi çox sevirlər,biz qadınlar sizə göydən enmiş mələk kimi nəzər yetiririk-söylədi.

  •   Mən üzümü qadına tutaraq:

  • -Siz bu ailənin qızısınızmı?-deyə sual verdim.

  •  Qadın üzümə baxadi və bəxtəvər-bəxtəvər gülümsəyərək:

  • -Xeyir,mən Şamilin birinci həyat yoldaşıyam,Səhərlə biz ikimiz günüyük,biz yəni mənlə övladlarım çox zaman  Bakıda yaşayırıq. Kəndə yenicə gəlmişik,ayın axrı yenə şəhərə qayıdasıyıq-söylədi.

  • Qadın nə danışırdısa artıq mən onu eşitmirdim.Az qalırdı ürəyim dayansın,özümü idarə etməyi bacarmırdım,ayaqlarım belə sözümə baxmırdi,tir-tir titrəyirdim.Səhərin yaşlı qadın çöhrəsinə bənzəyən çöhrəsi boşu-boşuna qırışmayıb,mən nişan məclisində Səhərə qibtə etdiyim üçün özüm-özümə nifrət etdim.İnsanlar ikili oynamağı necə bacarırlar Allahım,nişan məclisində maniken kimi bəzədilmiş Səhər və bu gün evdə  gördüyüm Səhər.

  •  Nişan məclisində insanlar Səhərin verdiyi göstərişlərə əməl edirdilər, amma bu evdə,bu ailədə   az yaşlı uşaqdan bir fərqi yox idi Səhər “xanımın”.

  •  -Cücələrə dən vermək lazımdır,inəklər gəldi onlara su vermək lazımdır,qazlar,ördəklər həyətə gəlməyiblər.Səhər sən nə edirsən,niyə heç bir iş vaxtında yerinə yetirilmir?

  • Səhər isə bir kibrit çöpünə  bənzəyirdi,bir dəqiqə olsun belə dayanmırdı,amma bu ailədə  bir insan onun gördüyü işlərdən razı deyildi.

  •   Düşündüyüm fikir doğru idi o,bu evdə,bu ailədə qara qulluqçu idi,nişan məclisində məcburiyyətdən iştirak edirdi,çünki böyük günü(Şəfiqə)nişan məclisinə çata bilməyib,maşın yolda xarab olubmuş.

  •   İndi anladım bu ailənin insanları necə də maskalanmağı bacarırdılar,cəmiyyət içində Səhəri necə qiymətli edirdilər,hər məsləhəti ondan alırdılar. gördüklərim artıq məni yorurdu,iki reallığın ikisini də gözlərimlə görmüşdüm, bu haqda başqa insanlar danışsa idilər insanları qınayardım,Səhərə qarşı paxıllıq edirlər söylərdim.

  •  Artıq ayaqlarım belə sözümə baxmırdı, bir ayağımı götürüb, digərini yerə basırdım,mənim bu halımı gözləriylə görən qadın:

  •  -Nazlı,bacı sizə nə oldu axı bayaqdan bu halda deyildiniz?

  •  Mən üzümü qadına tutaraq:

  • -Mən rayonda böyümüşəm,evimizdə heç bir vaxt inək,qoyun olmayıbdır,  Səhərin çəkdiyi əziyyətlər  məni diri gözlü məhv etdi, mən bu əzablara qatlaşaraq yaşayan insani ilk dəfə gözlərimlə gördüm,başqa bir insan söyləsəydi o,insanı keçmişdən gəlmiş insan sanardım,inanmıram mən tezliklə sağlamlığıma qovuşam, bu realliği izləməyə mənim dözümüm yoxdur.Sonra üzümü Səhərə tutaraq:

  •  -İncimə məndən,sənə əziyyətim birində mən verim ,yoldaşıma söylə,evimizə gedək, mən çox üşüyürəm,-söylədim.

  •  O,ecazkar səsi ilə:

  • -Yemək hazırlayırıq,yemək yeyin ondan sonra gedərsiniz,-dedi.Mən isə ona etirazımı bildirdim:

  •   -yox,sən söylə o,mənim belə hallarımı gözəl anlayır,evə getməyimiz üçün, etiraz etməyəcəkdir.Çünki qəbul edəcəyim dərmanlarımı özümlə götürməmişdim, gördüyünüz kimi,mən sizinlə görüşə gəlmişdim,belə halım dərmansız keçən deyildir.

  •  Elə bu zaman az yaşlı qız uşağı mənə yaxınlaşdı:

  •   -xala sizi çağırırlar,evinizə gedirsiniz,- söylədi.Qızdan bu sözləri eşitdiyim anda ayağa qalxdım və onlarla sağollaşıb, bir daha bu ,ailəyə qonaq sifətində gəlməməyə qərar verərək o evi,o ailəni tərk etməyi düşündüm,hələ ailənin böyükləri ilə sağollaşıb ayrılmalıydim..

  •  Ailənin digər üzvlərilə  vidalaşıb onların həyətlərini tərk etdik,yol boyu evlərə baxır və həyat yoldaşımdan bu evlərin sahibləri haqda məlumat alırdım.Elə bu an qarşımıza hündür səliqə ilə tikilmiş  bir ev çıxdı, bu ev möhtəşəm tikili olması ilə yanaşı gözəlliyi ilə könülləri oxşayırdı.Evin gözəlliyindən gözümü ala bilmirdim.Bu ev mənə  bir anlıq şəhərdə tikilmiş villaları xatırlatdı. O evə diqqətlə baxdığımı görən yoldaşım:

  •    -Bu ev Səhərin atasının evidir,-söylədi.Səhər adı çəkildiyi an yenə məni titrəmə tutdu, bu hallar məndə  əsəbləşdiyim an baş verirdi.

  •  Yoldaşım üzümə baxmadan:

  • -Səni, o ailəyə qonaq kimi aparmaqda böyük səhvə yol verdim Nazlı, özüm gəldiyim üçün, çox peşimanam,-dedi.

  •   -İllərdir o,ailə ilə yaxınlığım yoxdur,sanki insanlığlarını itiriblər,göydən yağış yağır amma qonağı evə dəvət etmirlər.İlk dəfədir belə ailə ilə bir araya gəlirdim,Şamil mənim sinif yoldaşım olubdur.Səhərə baxdıqca,onun acı taleyini seyr etdikcə qəlbim ağrıdı.Bu qız nə ağılla Şamillə evləndi,mən onu hələ də anlaya bilmirəm.Düzdür, o zaman artıq biz kənddən köçmüşdük,amma müəmma dolu,sirli bir evlilik idi bu evlilik.

  •  Biz evimizə gəldik, o axşam sübhədək yatmadım, bir an olsun belə gözümə yuxu getmədi.Səhərin inəklərin arxasınca qaçmağı,yaşlı qaynanasının əlindən tutaraq onu zorla ayaqyoluna gətirməsi,o ayaqyolundan çıxanadək,inəklər üçün, qoşa vedrələrdə su gətirməsi gözlərim önündən getmirdi, həmən axşam sanki bir qadının əzab dolu həyatından bəhs edən bir film izləmişdim..O ailədə gördüklərimi bir an olsun belə unuda bilmirdim.

  •   Sanki qaranliq gecə inada düşmüşdü bitib-tükənmək bilmirdi. Mən həsrətlə səhərin açılmasını gözləyir,qarabəxt Səhərin bəlalı talehindən məlumat ala biləcəyim insanın kim olacağını düşünürdüm.Allahım insanın gözlərindən yuxu necə qaçar,yuxusuz qalmağı insan necə bacarar.İlk dəfə yuxusuz gecə keçirməyi Səhər xanım bəxş etdi mənə.

  •  Həmən gündən sonra iki gün xəstə yatdım,ayağa qalxmağa,addım atmağa gücüm yetmirdi.

  •  Həyat yoldaşım məni o ailəyə qonaq apardığı üçün, özünü qınayırdı.

  •  Ertəsi gün  məni həyətdə görməyən Səhər yenə “həyat yoldaşından’ izin alıb axşamüstü bizə süd-qatıq gətirmişdi.

  •  Onu gördüyüm an gözümə işıq gəldi,tez ayağa qalxmaq istədim,amma bacara bilmədim,Səhərin əzablı talehi məni illərin xəstəsinə çevirmişdi sanki.Məni bu halda görən Səhər yana-yana ağlamağa başladı:

  • -Mənim bir-iki saatlıq əzablı taleyimi seyr etmək,yaşadıqlarımı gözlərinizlə görmək,sizi yataq xəstəsi etdi?

  •  Neçə ilərdir ki, mən bu əzabı çəkirəm,neçə illərdir ki,mən bu cəfaya qatlanıram.

  •  Mən qəzəblə onun çöhrəsinə nəzər saldım:

  • -Niyə?

  • -Bu əzabı çəkməyə səni vadar edən nədir? Sən yaşamaq üçün, bu əzablı yolu nə üçün seçmisən!!!

  •   -Səni qoruyan atan,anan,bacın,qardaşın yoxdurmu?

  • Mənim bu halımı görən Səhər:

  • -Siz özünüzü yormayın,sizə süd,qatıqla birgə dovğa da bişirib gətirmişəm,əvvəlcə dovğa için sonra bütün olanları sizınlə bölüşəcəyəm,- söylədi,ayağa qalxıb mətbəxə keçdi,onun arxasınca baxaraq qəlbim parçalandı

  • -Allahım,bu biçarənin  günahı nədir ,nə üçün, bu qədər əzablar çəkir?-söyləyərək özümü çox yorurdum.

  •  Səhər çay dəmləmiş,mürəbbə,limon gətirmişdi.O, çayı mənə zorla içirdi,mən özümə gələndən sonra o,keçmişini mənlə paylaşdı:

  • -Bizim ailə haqda danışmaq,sizi məlumatlandırmaq mənə çox çətin gəlir.Atam və anam hər ikisi ali təhsilli idirlər. Hər ikisi  kənd xəstəxanasında həkim işləyirdilər.Bir-birilərini sevərək ailə həyatı qurmuşdular. Çox böyük ailə deyildik, iki bacı və  bir qardaş.Onlar bu kəndə işləmək üçün  təyinatla gəlmişdilər.Qohum- əqrəbaları yox idi,uşaq evində böyümüşdülər.Ailənin böyük övladı mən bəxti qara  idim.

  •    Mənim on beş yaşım olanda valideyinlərim dünyalarını dəyişmişdilər.Onları rayon mərkəzinə toya çağırmışdılar,Rayonun Mərkəzi Xəstəxanasının baş həkiminin övladının toyuna getmişdilər və geri qayıdarkən avtomobil qəzası nəticəsində hər ikisi dünyalarını dəyişmişdilər.Beləcə ailənin bütün ağırlığı mənim üzərim də qaldı.Zərif çiyinlərimə yeniyetmə yaşlarımda ağır yüklər yükləndi.Yalniz qonşumuz yaşlı qadın mənə yardım edərdi,gecələr mənlə birgə yatardı.

  •  Qardaşım məndən kiçik idi,ali məktəbə daxil oldu,oranı bitirdikdən sonra əsgər getdi və əsgərlikdən geri qayıtmadı,öz ixtisası üzrə işləməyə deyil, hərbiçi olmağa üstünlük verdi.Sevdiyi qız bu kənddə yaşayırdı,toyuna gəldiyi zaman, digər hərbiçi dostu onunla birgə gəlmişdi.Həmən oğlan kiçik  bacıma aşiq olur və evimizdə kiçik qonaqlıq təşkil edərək bacımı həmən oğlana ərə verdik.Onlar bacı-qardaş həyat yoldaşlarıyla birgə Rusiyaya köçdülər, bu gün belə orada yaşayırlar.

  •    Mən biçarə artiq evdə tək-tənha yaşayırdım,artıq yaşım ötmüşdü,qardaşım Rusiyadan pul göndərir mən atamın evini daha da genişləndir,dəbə uyğun təmir etdirirdim,bir dəfə olsun nə özləri gəlirdilər,nə də məni öz yanlarına dəvət edirdilər.Artıq yaşı ötmüş qızla kim evlənərdi kim?

  •    Mənim kimi yanmış,qapqara olmuş bir qızla evlənməyi heç bir insan düşünmürdü,nə olsun insanları ovsunlayan səsim vardı,ilk öncə insana,ələxsus qadına gözəllik lazım idi,səsi sonda eşidirdilər..Birdə kənd yerində gəlmə,valideyinsiz qızla kim oğlunu evləndirərdi,heç kim,hami övladını,arxalı,dayaqlı adamın qızı ilə evləndirməyi düşünürdü,mənim kimi yetimlə deyil.

  •   Artıq mənə dul kişilər üçün, elçi gəlirdilər,hətta dul kişilərin çoxları belə məni bəyənmirdilər, belə olduğu zaman özüm-özümə yalnız bunu söyləyirdim:

  • -”öl Səhər öl!!!!…”

  •    Qonşuluqda yaşayan Telli xalanın gəlini dünyasını dəyişmişdi,o oğlunu mənlə evləndirmək istəyirdi,elçilik üçün, mənim yanıma çəkinmədən Telli xala  özü gəlmişdi, sözün doğrusu razılıq verməyi düşünürdüm, oğlu Murad sovxozda sürücü işləyirdi,olduqca yaraşıqlı,mehriban insan idi,iki kiçik övladı vardı,biri oğlan,digəri qız,birinin iki,o,birinin də üç yaşı var idi.

  •  Mən bu uşaqlara əsil ana kimi qayğı göstərməyi bacarardım,axı özüm də yetim idim,baş-başa verib o, uşaqlarla birlikdə firavan ömür sürərdim,amma bu istəyə mane olan insan tapıldı.

  •   Bu elçilikdən yalnız Şəfiqənin, yəni Şamilin  həyat yoldaşının xəbəri var idi.Çünki onların evi ilə bizim ev yanaşı idi,həm də Şəfiqə ilə mən çox yaxın rəfiqə idik.Düzdür o bizim kənddən deyildi,amma biri-birimizə qarşı çox yaxın və səmimi münasibətimiz vardı.

  •  Həmən axşam Şəfiqə bizə gəldi o sözlü adama oxşayırdı, hiss edirdim ki,qəlbindən  keçənləri söyləməyə cürət etmir,nəhayət dilə gəldi:

  • -Sən Tellinin oğlu ilə nə üçün ailə həyatı qurursan?Bizim oğlumuz olmur,görürsən beş qız övladımız var, bundan sonra mən dünyaya övlad gətirməyi düşünmürəm,özümüz də burada,yəni kənddə yaşamırıq,yalnız yayda istirahət üçün gəlirik,bir ay yaşayıb yenə şəhərə evimizə qayıdırıq.Gəl səni Şamillə evləndirim, bir oğlunuz olar kənddəki ev-eşik,var-dövlət sənə və dünyaya gətirəcəyin oğluna qalar.

  •   Hamıya bəllidir ki,  rayonda beş kişi varsa onun biri Şamildir,onun bir sözünü iki edən olmaz,qabağında qulluqçular işləyəcək,sən də dünyaya gətirəcəyin oğluna baxaraq,firavan ömür sürəcəksən,bütün kənd camaatı Şamilin həyat yoldaşı olduğun üçün, sənin xoşbəxtliyinə həsəd aparacaq.

  •  Mən Nazlı onun söylədiklərini sonadək dinləyə bilmədim,onu dinləmək məni diri gözlü məhv edirdi:

  •  -Axı sən, azyaşlı qız deyildin,Şəfiqənin söylədiklərinə necə inandın,şirin dilə aldanıb  Şamilə necə getdin və beləcə “bəxtəvərlərin bəxtəvəri” oldun?Mənim söylədiklərimi dinləyən Səhəri ağlamaq tutdu:

  • -Nə edə bilərdim ki,kənd yeri, tək-tənha yaşamaq asan idimi? Daha yorulmuşdum,Şamil ən yaxın qonşumuz idi,onunla evlənərdimsə arxam dayağım olardı deyə razılıq verdim,amma bilmirdim ki,mən bəxti qara,bu evliliyə razılıq verməklə özümə quyu qazıram.Şəfiqə məni evlərinə apardığı gecə yer-göy sanki lərzəyə gəldi,sübhədək külək,ildırım,yağış hamısı biri-birinə qarışdı,yer-göy belə etiraz etdi ,amma mən bəxti qara heç nə anlamadım ki,anlamadım.

  •  Bu elçilikdən Şamil biçarənın xəbəri yoxmuş,məni gördüyü an günlərlə özünə gəlmədi, artıq bütün kənd,bütün insanlar bu hadisədən xəbərdar idilər,yəni məni Şamil üçün gətirdiklərindən.Şəfiqə özü bilərəkdən kənddə hamini bu əhvalatdan xəbərdar edibmiş

  •   İllər ötəndən sonra biz bir ailə olduq,artıq mən hamiləydim,hamı həsrətlə dünyaya oğlan uşağı gətirəcəyim günü gözləyirdi,amma sən saydığını say gör zalım fələk nələr sayır.Doqquz aydan sonra uşaq dünyaya gəldi,lakin doğulan uşaq dünyaya diri deyil ölü gəldi,bu uşaq oğlan deyil,özüm kimi qapqara bir qız uşağı idi.

  •   Bu qız uşağını Allah belə mənə çox gördü,alardım qucağıma,o evi tərk edib atam evində yaşayardım,insanlar mənim savadıma heyran idilər,o,qızcığazı cəmiyyət üçün savadlı bir evlad yetişdirərdim, amma nə edim “Ana” adı daşımaqdan belə Rəbbim məni məhrum eylədi.

  •    Mən yenə onun söylədiklərinə dözə bilmədim,sözünü kəsəsi oldum:

  •  -Bundan, sonra sənin qara günlərin başladı  hə,axı sən bu addımı necə atdın,ölməyib diri olan bir qadının həyat yoldaşına ərə getmək üçün, necə razılıq verdin?

  •   Gecəylə arvadı səni əri üçün, qadın olmağa aparır və onların evinə çatdığın zaman görürsən ki,kişi arvadının oynadığı oyundan bixəbərdir,hansı səbəbdən geri,atanın evinə qayıtmırdın??

  •  Mən nişan məclisində sənin ağlına heyran oldum,axı bu qadının hazırladığı tələyə sən necə düşdün,sənin söylədiklərindən belə nəticə çıxır ki,sən dünyaya oğlan uşağı gətirsə idin, o, qadın uşağı sənin əlindən alacaqdı,özünü də atan evinə yollayacaqdı.Rəbbin belə səni qoruyub sənə oğlan deyil,ölü qiz uşağı bəxş edib,amma sən özün-özünü qoruya bilməyibsən.

  •  Biz o gecə sizin evdən geri döndüyümüz zaman sənin atan evini gördüm,hansı səbəbdən Şamilin evini tərk edib atan evində yaşamırsan?

  • -Nazlı,bacım,mən o evdə tək-tənha yaşaya bilmərəm, bu zəmanədə tək-tənha yaşamaq olduqca çətindir..Kənddə hamı bilir ki,həyat yoldaşım var.Məni o evdən yalnız ölüm ayıra bilər,Allahı başları üzərində görməyib məni o evdən qovarlarsa o zaman o evi tərk edərəm.Çünki kənd yerində tənha qadına pis gözlə baxırlar,qızlıq dövrü ilə,qadınlıq dövrü eyni deyildir.

  •  -Eh,Səhər,Səhər, mən səni gözəl anlayıram sahibsiz bir insanı kim qovar evindən,bir qarın yemək yeyərsən,səhərdən axşamədək qara qulluqçu kimi çalışsan, bu həyatdırmı?

  •    Bu bəla hər zaman mənim yaralı yerimdir,bir qarın yemək üçün qapılarda nökərçilik edən bacıların qardaşları, siz nələr düşünürsünüz,axı siz bir atanın,bir ananın övladlarısınız?

  • -İnsan  bir dəfə olsun belə bacısını düşünməz,mənim bacım bir qarın yemək üçün yad qapılarda nə üçün nökərçilik edir?-söyləməz.

  •    Mən sənin həyatını bir saat əyani seyr etdim,amma  əzab dolu həyata dözə bilmədim,iki gündür yataqdan qalxmağı bacarmıram,bu həyatı yaşamaq olduqca çətindir,sənin həyatına kim dözə bilər,acılarla dolu o həyatı kim qəbul edə bilər yalnız və yalnız Səhər xanımın özü.

  •   Çünki o milyoner Şamilin həyat yoldaşıdır.Yəni onun həyat yoldaşı olmağın bəxtəvərlik  titulunu daşıyır,bahalı maşına minib harasa gedir, sənin əzab dolu həyatını görmədən,bilmədən bir anlıq mən  sənə qibtə etmişdim.

  •  -İnsan ikinci qadın olmağı qəbul edər,bilirsən nə zaman?- həyat yoldaşı dünyasını dəyişibsə və yaxud da nigahdan ayrılıblarsa,onları biri-birinə bağlayan heç bir əlaqə yoxdursa,sən arvadı ilə bir ailədə yaşayan kişini necə və hansı səbəbdən qəbul etdin mən anlamıram.

  •     İkinci qadın olmaq hər zaman mənim üçün qorxu dolu bir yaşam tərzi olubdur,bu həyatı düşünmək mənə olduqca qorxulu gəlibdir,onda qalmış yaşamaq ola!

  •   .Qızlar və qadınlar özlərinı qorumağı  bacarırlarsa heç bir zaman ikinci qadın olmağı düşünməzlər.!

  •    ”Ögey” ana olmaq özü bir faciədir,bu titulu qəbul etməklə özünüzə məzar qazmış olursunuz.!!

  •    Ömürlük qız adını daşımaq bu faciəli həyatı yaşamaqdan daha da şərəflidir.Sən bir gecədə üç “möhtəşəm ada” sahib oldun Səhər.

  •  Hər qadına belə “xoşbəxtlik” nəsib olmur, amma sən həmin gecə həm  günü, həm ögey ana, həm də qulluqçu tituluna sahib oldun.Belə “gözəl taleh” üçün kim sevinməz ki.Sən olduqca güclü qadınsan,bu əzab dolu həyata heç kim dözməz,lakin sən dözürsən.

  •  Mənə belə gəlir ki, sən Şamili bitib tükənməyən məhəbbətlə sevirsən.Bu sevgi qarşılıqsız olsa belə, sən bütün bu  əzablara yalnız Şamil üçün qatlanırsan.

  •  -Nazlı xanım,kənardan baxan insana döyüşmək  hər zaman asan gəlir bunları ilk dəfə sizə etiraf edirəm:

  • -Tənhalıqdan,kimsəzilikdən,bir sahibim olmadığından,bu əzablara qatlanıram.Bu gün belə  bacım və qardaşım Rusiyada yaşayırlar, mənsə burada tək-tənha yaşayırdım, gecələr itlər hürəndə,pişiklər qəribə səs çıxaranda qorxudan bütün bədənim əsirdi.O zaman heç kimin mənə ehtiyacı yox idi.İndi isə onlar məni yanlarına səsləyir mən getmirəm,qardaş arvadı,kürəkən qarşısında aciz yaşamaq istəmirəm,bu insanlaın biri acılasada,digəri şirin dillə dindirir.Yəni bu ailədə hörmət etməyi,qayğıma qalmağı bacaran insanlar da vardır.Şamil adlı ərin həyat yoldaşı olmaq mənə yetir,mənim üçün  bu adın kölgəsində qorunmaq böyük “şərəfdir”.

  •  Bəli, mən onu çox sevirəm,bu sevgimi yalniz qəlbimdə.qoruyub saxlayiram.Çünkü bu sevgini heç bir zaman ona etiraf edə bilmərəm.Qəlbimdə qoruduğun sevgidir məni yaşadan,mənə cürət verən.Zaman gələcək Şamil ona deyil mənə ehtiyac duyacaq,Şəfiqəyə onun yalnız və yalnız pulu lazımdır,onu da əldə etməyi çox gözəl bacarır.

  •  Yetimin yaşının fərqi olmaz,Nazlı xanım,yetimin başına əl çəkmək,qarnın doydurmaq savabdır,onu da Şamilin ailəsi edir,heyvan kimi işlədib bir qarın yemək verirlər və savablarını qazanırlar.

  •  Onun bu cavabı məni çox düşündürdü,oraya, yəni Rusiyaya gedib bundan betər əziyyət çəkəcəkdi,burada böyüyüb,boya-başa çatdığı kənddə yaşamağa özü qərar verib. Sonda üzümü ona tutaraq belə bir sualla müraciət etdim:

  • -Səhər, incimə məndən,bəs o üçmərtəbəli evin neçənci mərtəbəsində sənin üçün yer ayrılıb, gecələr sənin həmsöhbətin kim olur,əzablı gündüzlərinin “xoş xatirələrini” kiminlə bölüşüb təsəlli tapirsan,kimdir sənin dərd ortağın?

  •  Mənim ona verdiyim bu sual onun rəngini belə ağappaq etdi,gözlərindən leysan yağışı yağdı və verdiyi cavab bu oldu:

  • -Nazlı xanım, mən sizin bir yazar olduğunuzu bildiyim üçün, sizin yanınıza gəldim,o üç mərtəbəli evin birinci mərtəbəsində mənim üçün,  bir otaq ayırıblar və həmən otaqda Şamilin nəvəsi ilə birgə yatıram,uşaqlar məni çox sevirlər,çünkü onlara çox gözəl nağıllar danışıram.Sevərək dinlədikləri nağıl: “Fatmanın” nağılı ,çünki orada məndən fərqli olaraq zalım ögey ana obrazı vardır,birdə onlar mənim  laylalarımı dinləmədən yatmazlar..Sonda sevinc və kədər dolu günlərimin bir  ortaq dostu var ürəyim,özüm söyləyib,özüm təsəlli tapıram.

  •   Bəli,siz mənə doğru ad verdiniz,”Qara qulluqçu”,mən o evin qara qulluqçusuyam,qızlıq ləyaqətini o evdə itirmiş qara qulluqçu,bir gecənin bədəlini ödəyən qara qulluqçu, səhvən dünyaya  bir ölü qız uşağı gətirməyə ixtiyarı olan qara qulluqçu.Bəlkə, övladım sağ qalsaydı,onun üçün Şamil məni özünə daha da yaxin bilərdi,çünkü qadını kişiylə mehriban edən,onları biri-birinə bağlayan yalnız evladdır,Nə edimki bu arzumda ürəyimdə qaldı,mənim yazımı yazan tanri qara qələmlə yazmışdır.

  •   Bilmirəm mən kiməm,bacıyam,ögey anayam,yüzlərlə insana xidmət etmək üçün dünyaya gəlmiş qulluqçuyam?

  •  Hər iki ailənin insanları üçün, canımı fəda etdim,bir ailənin  üzvləri arxamca qapı bağladılar,sanki bunu söyləmək istədilər bu evdə,bu ailədə sənə yer yoxdur,yalnızlıq insanı əzaba,ölümə belə sürükləyir,mən ölümü deyil əzab dolu günləri yaşamağı seçdim.Sabah mən öldükdən sonra mənim üçün, nə fərqi var hansı ailə daha çox ağlayacaq,yəqin yaşadığım ailənin üzvləri daha çox ağlayacaq,cünki olan onlara olacaq qara qulluqçuları onlara əlvida söyləyərək,bu həyatı tərk edəcək.

  •   İndi isə mən gedim,artıq gecdir,mənim səhvlərlə dolu həyatım insanlar üçün bir dərs olsun,bütün valideyinlər qızlarını, qardaşlar bacılarını qorusunlar,onlara arxa dayaq çıxsınlar,mənim etdiyim səhvləri təkrarlayaraq bu həyatda kimsə uduzmasın,mən neçə illik ömrümü yelə verdim,çoxunu ata evində,azını isə Şəfiqə kimilərin  evində keçirdim,ər qayğısı,ər nəvazişi nədir bilmədim,amma yaşadım.

  •   Mənim adım Səhərdir,talehim isə qara gecədən də qara.Bəlkə adım Səhər olduğu üçün, hər əzablara,hər bəlaya dözməyi bacardım,çünki Allah dərd verəcəyi adamları öncə imtahan edir,sonra onları dərdləri ilə baş-başa buraxır.

  •  Bilmirəm günahım nədir ki,mənə ayrılan sınaq müddəti bitmir ki, bitmir,söylənilən cəhənnəm odunu mən bu həyatda çəkəsi oldum.

  •   Nazlı xanım:

  • -Səhər, mən sənin haqqında yalnız bunları söyləyə bilərəm,

  • -Sən, Səhər xanım,həyatdan,yaxınlarından, ,doğmalarından üz döndərib, özünü məhv edərək yaşayan- acıların qadınısan!!!!

  •  İllər ötmüşdü amma mən hər zaman Səhəri düşünürdüm.Bir gün bir məclisdə Şəfiqə ilə üz-üzə gəldik məni görüb üzünü kənara tutdu,amma mən ondan əl çəkmədim:

  • -Salam Şəfiqə baci necəsiniz?Mənə belə gəlir ki,məni tanımadınız.O qəzəblə mənim üzümə baxaraq-tanıdım Nazlı xanim sizi unutmaq olarmı?

  •  Mən,sizə  kənddə  söylədim- sizi hami böyük məhəbbətlə sevir,hörmət edir

  •  Mən qəzəblə gülümsəyərək-Səhər necədir,yenə kənddə yaşayır?

  • - Bəli,Səhər orada yaşayır bizdə burada yəni şəhərdə yaşayırıq.

  • -Şəfiqə xanim Səhəri həyat yoldaşınıza almaqda məqsədiniz nə idi,o biçarə qızı nə üçün, bədbəxt etdiniz,allahdan qorxmadinız?

  • Bu gün Şəfiqənin gözləri yaşardı:

  •  -Siz söylədiyiniz kimi məndə rayonda böyümüşdüm,Şamilin ailəsi olduqca böyük idi,qaynana,qaynata,alti baldız,üç qayın,hamı övladları ilə birlikdə istirahət üçün, ata evinə gəlirdi,mən çox yorulurdum bilmirdim ki,onlara necə qulluq edim.

  •    Səhər çox zirəng,təmizkar qız idi,yorulmaq nədir bilmirdi,düşündüm tutar qatıq,tutmaz ayran, onu oğlan doğmaq adıyla Şamil üçün gətirdim,sonluq da göz önündə.O,zaman allahdan qorxmurdum,amma bu gün qorxuram,alma məzlumun ahını çixar ahəstə-ahəstə,qizim ailəsi ilə birlikdə qəzaya düşdü,bu gün bir nəvəm ömürlük şikəstdir,hər baxdıqca ürəyim ağrıyır.

  •   Bir yetimə zülm etdim,Rəbbim ahını gec aldı,amma çox güclü aldı.Siz o evi tərk etdiyiniz gündən sonra baş verdi bu hadisə.İlk dəfə Siz ürəkdən acımışdınız biçarə Səhərin talehinə.Bəli,bu gün sizdən qaçıram,çünkü siz həqiqətləri söyləyən insansınız,artıq həyat mənim gözümdə bir heçdir.

  •  Mən Səhəri özüm üçün qulluqçu gətirdim,indi zaman dəyişib,özüm bu yaşımda nəvəmə qulluqçular edirəm,sanki Rəbbim məni hərtərəfli imtahan etdi,artıq insanların üzünə baxmağa belə utanıram.

  • .Mən onun üzünə baxaraq:

  • -Nəvəniz, üçün çox üzüldüm,bəli hər zaman Allahdan qorxmaq lazımdır.Yetimin ahini almaq  özü bir əzabdır.

  •  Amma,Səhər bu gün firavan yaşayırsa onun üçün, çox sevindim.

  •  Unutmayaq haqq nazirlər ,amma üzülməz.

Yazıya 449 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.