Azərbaycanlı yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb

166330633_1761753603998254_7248258156686437029_nAzərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” jurnalının Baş redaktor müavini, tanınmış yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb.

Kitabın ön söz müəllifi tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslana, kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşara, tərcüməçi Saadət Örmecidir.

Müəllif kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, başda Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin sədri Sərhat Kabaklı olmaqla vəqfin bütün heyətinə öz təşəkkürünü bildirir.

Xatırladaq ki, kitab İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “TURAY” Kitab Nəşriyyatında çap olunub.

“Qarışqa təqvimi”ndən: “Taleyi ilə barışanı Tanrı xilas edə bilməz!” Hərdən dünyaya qarışqaların pəncərəsindən baxaq…

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

və İctimaiyyətlə əlaqələr şöbəsi

Yazıya 402 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.