“Pirsultan” jurnalının Baş redaktoru Ramiz Təmkin görkəmli tənqidçini təbrik etdi

ramiz t         “Pirsultan” jurnalının Baş redaktoru Ramiz Təmkin Əsəd Cahangiri təbrik etdi. Təbrikdə deyilir:

“Hörmətli Əsəd müəllim!

Sizi, çağdaş ədəbiyyatşünaslığımızın, ədəbi tənqidmizin saf büllur kimi təmiz simalarından biri kimi tanıyır     və dəyərləndrirəm. Məmməd Arifdən, Məmməd Cəfərdən, Mehdi Hüseyndən, Asif Əfəndiyevdən, Akif         Hüseynovdan və Yaşar Qarayevdən bu günümüzə miras qalmış ədəbi proseslərin araşdırılmasında Sizin misilsiz    rolunuzu danmaq ən azı insafsızlıq olar.

Əlinizə qələm aldığınız ilk gündən bu günə kimi vicdanınızın səsinə qulaq asan, ağa ağ, qaraya qaraya     deyən,  dünya malında gözü olmayan, gözü, könlü tox yazarı “dayı”sına görə yox, yazısına görə qiymətləndirən,   insanlığın zirvəsinə yüksələn bir sənət adamı kimi tanınmısınız. Həmçinin, esselərinizdə, şeir və poemalarınızda, ədəbi-bədii yazılarınızda cəmiyyətimizdə baş verən proseslərə həssaslıqla yanaşmanız, xüsuslə də müharibə mövzusunda yazdığınız əsərlər qəlbimizi fərəh hissilə döyündürür.

Hörmətli Əsəd müəllim!

Sizi, 55 yaşlı yubilyarı ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və ədəbiyyatımızın inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

 

Yazıya 423 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.