Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb

197490205_2997634530512523_1427851609821561120_n-768x576Azərbaycanlı şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi

baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.

Kitab müəllifin oxucularla növbəti-üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə 2018-ci ildə “Xəyallarımın göz yaşları” adlı şeirlər və hekayələr, 2019-cu ildə isə İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır” adlı şeirlər kitabları ilə oxucuların görüşünə gəlib.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.

 

 

 

 

    Yazıya (480) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.