ƏRZURUMDA AZƏRBAYCANLI ŞƏHİDLƏRİN ADI ÇƏKİLƏNDƏ AXAR SULAR DAYANIR (fotolar)

WhatsApp Image 2021-10-13 at 11.05.14BUDƏFƏKİ KİTAB TƏQDİMATLARIMIZ TÜRKİYƏDƏ KEÇİRİLİR

Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ, 30 ildən artıq idi ki düşmən tapdağında idi. İşğal altında olan əraziləri işğaldan təmizləmək sanki qara düyünə düşmüşdü. Düyünün açılması qeyri-mümkünə çevrilmişdi.
Çoxları güman edirdi ki, bir də Qarabağı yuxuda görər.
30 il həsrətlə Qarabağ deyib fəryad etdik. 30 il erməni dığaları Qarabağda kef çəkdi. Hətta Şuşada turistlər gəlib dincəlir, sosial şəbəkələrdə paylaşırdılar. Ağsaçlı qaçqın analarımız bu halları görəndə ağlamaqdan gözləri kor olmuşdu. Bu halları görən qaçqınlar, köçkünlər, şəhid ailələri, qazilər və bütövlükdə Azərbaycan xalqı bütün dünya dövlətlərindən haqqı tələb edir, Xocalıya ədalət istəyirdilər. Biz də, Moskvada nəşr olan “Vətən çağırır” qəzeti ilə səsimizi dünyaya çatdırmağa çalışdıq. Şəhidlərlə bağlı onlarla kitablar, minlərlə məqalələr yazdıq. Kitab və qəzetlərin nəşrində qəzetin təsisçisi Saleh Qurbanov, Seyran Hüseynov, Xanoğlan Əliyev, Ulxan Mirzəyev bir yumruq oldu. Yazılan kitabları geniş şəkildə yaymağa çalışdıq Azərbaycanda işlərimizi yekunkaşdırıb, qardaş Türkiyəyə yola düşdüm.
Hər birimiz çox gözəl bilirik ki, 2020-ci il Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi 44 gün ərzində qələbə ilə başa çatdı. Onu da bilirik ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycana dayaq oldu. Bir an belə Azərbaycan Prezidenti İlham Əliyev cənablarını tək qoymadı. Nəticədə erməni şərəfsizləri layiqli cavabını aldı. Artıq ən gözəl tədbirlərimiz Şuşada keçirilir.
Ərzuruma gəlişimi təşkil edən Qazeteciler Basın Birliği Derneğinin başkanı Kerem Altın, Qazeteci Hakan Dikmen, ehaber.tv.tr Araştırmacı Yazar Sultan Sema Örs olmuşdur. İlk görüşümüz Atatürk Universityde Profesor Doktor Kerem Karabulutla oldu. Qarabağla bağlı və Türkiyə ilə Azərbaycan birliyindən danışıldı. Görüşdən sonra Ərzurum Kültür və Turizim Müdürlüğündə olduq. İlk görüşümüz Kültür Turizm Müdürlüğünün genel sekretarı Sabahattin Özgün ilə oldu. Sonra müdür Cemal Almas beylə görüşdük. Cemal Almasla görüş əsnasında çox şeylər öyrəndim. Adı kimi aklı, cemalı göz önündə idi. Soyadı kimi almaz tək parıldayan ata sözlərdən danışdıqca adam valeh olurdu. Kitablarımızı Mədəniyyət Müdürlüyündə təqdim etdim. Cemal Almaz kitabları ən layıq olan yerdə yerləşdirəcəyinə söz verdi.
Görüşdən sonra Atatürk Universityde çalışan, əslən Qarabağlı olan Profesor Doktor Kerem Karabulutun daveti ilə ziyaf süfrəsində söhbətimizə davam etdik.

Gülsüm ADİLQIZI

 

WhatsApp Image 2021-10-13 at 11.05.16

 

WhatsApp Image 2021-10-13 at 11.05.15

 

WhatsApp Image 2021-10-13 at 11.05.15 (1)

    Yazıya (112) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.