Moai daş heykəlləri

300px-AhuTongariki Moai daş heykəlləri yer üzərində mövcud olan ən mistik abidələrdən biridir.  Çilinin 3600 km qərbində Pasxa adasında yerləşən bu daş heykəllərin  hündürlüyü 20 metrə çatır.Heykəllərin kim tərəfindən nə zaman və hansı məqsədlə hazırlandığı bilinmir. Bir çoxlarının fikirincə heykəllər dini ritual məqsədi ilə inşa olunmuşdur. Moai heykəllərinin bir çoxunun adı vardır. Belə ki, kişi fiqurlu heykəllər  Moai Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illərdə inşa olunduğu ehtimal edilir.  Pasxa adasında ümumi 887 ədəd heykəl yerləşir. Heykəllərdən ən hündürü 12 metr (33 fut) və 82 tondur. Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur. İlk dəfə heykəlləri görmüş avropalı, Pater Sebastian Englert hesab olunur. O, apardığı araşdırmalar nəticəsində heykəllərin 638 ədədini qeyd etmiş və nömrələmişdir.Lakin alimin özü sonralarda bildirirdi ki, Pasxa adasında 1000 dən artıq Moai heykəli olmuşdur. Pasxa adasında təbii ehtiyatları az olan, insanların yaşaması üçün əlverişli olmayan bir ada sayılır. Alimləri son illər düşündürən əsas məsələrdən biridə, yaşamaq üçün münbit şəraitin olmadığı adada, daş lövhələrin kənar adalardan hansı yollarla gətirilməsi və burada kimlər tərəfindən hazırlanmasıdır. Heykəllərin ağırlığı 1 və 50 ton arası dəyişir. Moai heykəlləri insan şəkilli formada olub, ən uzunu 12 metrdir. Heykəllərin hazırlanmasında əsas məmulat kimi, adada olan vulkanın tufundan istifadə edilmişdir. Moai heykəlləri yerindən tərpətmək çox cətin prosesdir. Əvvəlcə hər bir heykəllin alt hissəsində panel lövhə olur. Bu panellər heykəlləri bir yerdən başqa bir yerə daşımaq üçün istifadə edilir. Və hər bir panelin alt hissəsində Ahu adlı daş yerləşir. Ahu daşları digər daşlardan adi gözlə secilir. Bir çox alimlər heykəllərin hansı məqsədlərlə hazırlanmasının səbəbinin ahu daşlarının köməkliyi ilə müəyyən etməyin mümkün olduğunu düşünür. Pasxa adasında heykəllər inşa olunan zaman 10 min insan yaşayırdı. Adada söz sahib olan 4 klanın yaşadığı və onların bir-birinin bəhsinə işlər gördüyü məlumdur. Böyük bir ehtimalla görə, adada olan Moai heykəlləri klanlar tərəfindən inşa olunmasına göstəriş verilmişdir. Avropalılar adaya gələnə kimi, meşə zolağlarının hamısı məhv edildiyindən ada əhalisi 10 min nəfərdən 750 nəfərə kimi azalmışdır. Meşələrdən əldə edilən odun parçalarından Moai heykəllərinin yerini dəyişməyə və onlara bəzi bəzəklər verməyə istifadə olunurdu. Moai heykəllərinin əsas simvollarından biri hesab olunan, heykəl başlığı Pukao adlanır. Adada olan bəzi heykəllərinin üzərinə qırmızı rəngli başlıqlar yerləşdirilmişdir.Bunun əsas səbəbi kimi, həmin heykələ digərindən daha çox ehtiram və inamın olduğunu bildirməkdir. Pukao başlıqları scoria adlı vulkanik daşlardan hazırlanırmış və hər birinin ağırlığı 1 tondur. Həmin başlıqların heykəlin ən zərif hissəsinə, heç bir texnoloqiyanın köməyi olmadan yerləşdirilməsi və uzun illər pukaoların yerindən düşməməsi, böyük bir sirr olaraq qalır.

Yazıya 1316 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.