Ziba Xəlil İşıq – Yeni şeirlər

10264968_508765785932123_8030793936098235605_n

                                                       

 

çay daşı,

gözün yaşı axıb, axıb  qurtardı.

çay daşı qədər dərdin

bütün dünyanı tutdu.

arzun  vardı çox deyil,

kiçik çay daşı boyda.

gəncliyinin ən təmiz , ən müqəddəs  çağında.

bir çay daşı boyda  sevgi vardı içində.

böyüyüb  dünya qədər  ola biləcək sevgi.

kimsənin bilmədiyi,

kimsənin bulmadığı.

bir əl  toxunmadığı-

ülvi  hisslər  yumrusu.

mavi  göylü, günəşli,  yaşıl çəmənli  dünya.

arzuların rəngarəng,

yuxuların kiçicik – kimsənin girmədiyi

kimsənin  görmədiyi

çay daşı boyda röya.

 

tələbəlik  illərin çay daşınla dolandın.

niyə belə tez keçdi o ürpəcik illərin.

körpə fidan tutmamış  kökündən qopardılar.

səni  heç sevmədiyin dünyaya apardır.

susdun, baxdın, aldandın.

bir “yox!”, deyə bilmdəin.

üsyan edə bilmədin.

çay daşını ovcuna sıxıb ərə yollandın.

kiçik qızı əzdilər,

kiçik qızı üzdülər.

bərbəzəkli  xalı  tək üzərində  gəzdilər.

çay  daşını bir səhər  yastığının altından

gizlicə götürdülər.

ovsunlu bir şey kimi  harasa itirdilər.

sən də itdin o andan,

o daş kimi, qızçığaz.

Indi  ha ağla, ovun

həyat  gəmi , qızçığaz!

bu çirkil, bu qarışıq  həyatın  girdabında.

sıyrıldın , yaralandın

neçə tikə, neçə cür  qumlara parçalandın.

ələklərdən ələndin,

çirkablara bələndin.

çay daşı nağılını,  sən beləcə bitirdin.

çay daşı saflığını-  dağ selində itirdin…

 

***

 

Hər şey üst-üstə düşdü

 

 

Hər şey üst-üstə düşdü.

Soyuq  payız səhəri.

Çən almışdı  qoynuna

Bu küləkli şəhəri.

 

Hər şey üst-üst düşdü.

Sənin mənə baxmağın.

Mənim  səni görməyim.

Həyacana  düşməyim.

Səssizcə uçunmağım.

Bir anda vurulmağım.

 

Hər şey  üst-üstə düşdü.

Qaşlaının altından

O can alan gözlərin.

Ovçu, zərgər gözüylə

Oğrun-oğrun süzməyin.

Kipriyin  gözün üstdə.

Yer aldın  gözüm üstə.

İz  qoydun ürəyimə,

Od qoydun közüm üstdə.

 

Hər şey üst-üstdə düşdü.

Söndürülən  işıqlar.

Küçədəki  uşaqlar.

Maşınların  səsləri.

Keçib gedən adamlar.

Toqquşduq yerə düşdü.

Əlimdəki  kitablar.

 

Hər şey üst-üstə düşdü.

Daranmış qara telin,

Çantamdakı naxışlar.

O ildırım baxışlar

Çəkib apardı məni,

Bir divanə  dünyaya.

Dadlı , dəli röyaya.

 

Hər şey üst-üstə düşdü.

Sevgisi, əzabı da,

Günahı savabı da.

O günədək naməlum

Sualın cavabı da.

Sən  idin axtardığım

Qos-qoca ömür boyu.

O gün sanki nağıldı.

Bütn dünya dağıldı.

Yeni  həyat başladı.

İki  ürək qovuşdu…

Hər şey üst-üstə düşdü.

 

***

 

yanağına axan yaşam

 

yanağına axan yaşa -

bütün dünyanı verərdim.

ya  mənimçün  ağlamadın,

ya gözündə yaş olmadı.

bəlkə də sənə verəcək

mənim bir dünyam olmadı.

səni  səndən almaq üçün-

özümü bütöv verərdim.

ya səndə bir   “Sən”olmadı,

ya mən tam, butöv olmadım.

sənə,  sənə çatmaq üçün

bütün yolları dənərdim.

ya sən yolun sonundaydın,

ya mən yolumu azmışdım.

məni  ölümünə sevib,

sevməni belə bilmədim.

ya sevməyi bacarmadın,

ya heç sevmək istəmədin.

yanana yanarlar,  dedim!

bəlkə yandın,  mən görmədim.

nə çıxardın həyatından,

nə birləşməyə cəhd etdin.

özünü üzüb danlama.

acı  soğan soyar kimi

bir gün dolarsa gözlərin,

bu həyatın acısından.

buluddan o yanağına

bir damla yaş süzülərsə.

səni  uzaqdan uzağa

sevməyə belə dəyərmiş.

o  yaşdan savay dünyada -

sanaram  hər şey hədərmiş.

qəm eləmə, gecəgözüm!

yanağından axan yaşam.

heyif,  ömür ötüb keçdi.

artıq gecdi…

nə fərq edər?

mən ki canımdan bezmişəm…

 

***

 

Dolub gözünə ulduzlar qum kimi,

Yatmağa qoymazlar gecəni.

Ömrümdən ömrunə axan bir ulduz,

Çağırar səni sevəni.

Əynimə geydiyim paltar tək

                                     təmasın isidər məni.

Gəl gecə ,

             gəl, ulduz  işığın

                                  çilənsin üzümə,gözümə.

Canlandır sənsiz bu ölü,

                                              bu ruhsuz bədən

 

 

 

qovuşmayan eşqlər məsud

 

bu da belə alın yazı…
nə “unutma!, deyə bildim,
nə də, unut…
sevgi bizimlə ən azı.

qovuşmayan eşqlər məsud.
sevgi bizimlə ən azı.
içimizdə…
valla, billa!
kirlənməmiş, paslanmamış,
toz tutmamış.
adiləşib bezdirməmiş.
həmişə tər, o tərtəmiz

o əlçatmaz.
uzaq, yaşıl ada kimi.
sənin kimi, mənim kimi.
yaşam qədər şirin, əziz.
acı, qəddar ölum kimi.
evlilik nə?!
zülüm kimi….
əvvəl-əvvəl ləziz, dadlı.

yemək kimi…
sonra  zəhər, turş, göynədən

nəmək kimi…
gəlir adiləşmə fonu.
sonra məişət, zir-zibil.
sonra saysız problemlər.
yerli-yersiz söz sohbətlər.
sonra nifrət.
yox!
deməyim, burda duraq!
sonluğu yox

tragikomik
eşq filmifason, təhər…

heç üzülmə, ciyərparam!

sən də sağsan, mən də sağam.
məni ağlinda həp belə
vurulduğun gün kimi tut.
inan mənə, canım gözüm!
qovuşmayan eşqler məsud.
qovushmayan eşqlər məsud.

 

 özü şeir olan qız

 

 

saçına payız hopub

rüzgar hücum eyləyib.

ağ örpəyin başında

özü duman olan qız.

içində ümidlərin

tufanın qorxusundan

baş qaldırmaz,utanqac…

nə yatmısan , oyan qız!

 

fəsillər də qısqanar

o  tərtəmiz ruhunu.

görmürsən neçə vaxtdı

alışıb-yanır payız.

axı neyləsin payız?!

küləklər sənçün əsər.

mehtab səndən utanar.

duman səninçün çökər.

şeh gülə sənçün damar.

 

göydə bir ulduz tutdun.

parlamadı ulduzun.

təbiət palitrandı.

göy  qurşaığı sənindi.

indi  seç  öz rəngini.

kətan, boya, fırçalar…

çək leysanın şəklini.

ildırım axışını

nəfəsini  ayazın.

çək  xəzanın rəngini

acığına payızın.

 

öz kitab otağında.

roman  rəsm dünyanda.

film nəğmə  tablonda

kədərli,  tənha, yalqız…

sənə nə olsun arzum

bahar kimi qalan qız?!

sənə nə şeir yazım

özü şeir olan qız…

 

qorxuram

 

qorxuram leysan basa.
sel apara…qorxuram!
qorxuram şimşək çaxa
od kül ola… qorxuram!
qorxuram aqıl susa.
ürək səhv yerdə dura.
Itə səssiz huzurum.
açıla yeni yaram.
səni sevməkdən də çox.
səni heç sevməyi yox.
heç özüm də bilmədən.
heç ozüm hiss etmədən.
sənə,  ay doğma-yadım.
öyrəşməkdən qorxuram.
öyrəşməkdən qorxuram…

 

 

əhv elə məni!

 

uzaq durma!
səndən min il
min bi şəhər

min gecə

min açılan səhər

uzaq olsam da
oxunmamiş şeir kimi
yazdiğım hər bir sətirdə
əkgiyim güldə çicəkdə
kəşf elə məni!
günlər, aylar, illər kecir
qollar bağli,
yollar bağli
urək titrək nəfəs kimi

bağlı, dəmir qəfəs kimi
qırammadım
gələmmədim
əhv elə məni!…

 

ya sonra

 

sonra da əlinə toxundu əlim.
üzünü üzümdə mən hiss elədim.

sonra…

ondan keçən oda alışhdım.
sonra ildirim tək ömrumə çaxdı.
sonra da…
sonra da yağdi yağışlar.
o adlı leysana, selə qarışdım.
ya sonra?!
sonrası nə olsun, bildiyin şeylər
tufandan sonrakı süstlə barışdım…

 

Xəbərimiz yox

 

Döyüş alına yazılmışdı.
Döyüşdən xəbərimiz yox.
Əsir düşən ah-nalədən
Söyüşdən xəbərimiz yox.

İnsan oğlu həddin aşıb.
Nəfsinə qul, yolun çaşıb.
Şeytan Allahla barışıb
Görüşdən xəbərimiz yox.

Öz xaçın daşıyan İsa.
Gün çıxa, açıla sabah.
Ölüm,  yoxsa yeni  yaşam.
Dönüşdən  xəbərimiz yox…

 

Yuxu

 

Təyyarəmiz düşər sular üstünə.

Somsoyuq bir dəniz alışar, yanar.

Tarixin  təkəri  fırlanar yenə.

Qara qutudan da qara səs çıxar.

 

Bir kimsə anlamaz nədir baş verən.

Yəni  anlamağa vaxtı da olmaz.

Səpələnər  suya  yanar  tikələr.

Burda  torpaq yoxdu,  qəbir  qazılmaz.

 

Su pərisi ilə rəqs edər ruhum.

Bədənim yem olar  ağ balıqlara.

Sağ  ikən  uzaqdan gələrdi qoxum.

Rayihəm  qarışar duzlu sulara.

 

Saçıma  ilişər yaşıl yosunlar.

Mərcan  qulağıma sırğalar taxar.

Rəngarəng  balıqlar seyrə dayanar.

Bir dəniz ulduzu  uzaqdan baxar.

 

Sanki  çaşar qalar bu yerdə bəşər.

Uzaqda  nə həyat, nə ev görünər.

Elə bil yerlə  göy burda öpüşər.

Dünya bir masmavi  dənizə dönər.

 

Bu necə aləmdi  ilişib qaldım.

Niyə gecə düşməz, açılmaz sabah.

Demə röya  imiş  birdən oyandım.

Nə yaxşı  sağmışam, sağmışam, Allah!!!

 

Heç nə demə!

Hər şey bambaşqa düşündüyümdən.
Hər şey fərqli arzuladığımdan.
Hər şey keçici, fani.
Sanki heç nə olmamış kimi.
Nə mən səni sevmiş,
Nə sən mənə yenidən vurulmuş.
Hər şey bütölüyünü itirmiş,
Hər şey yarım.
Nə xəstə kimi xəstə,
Nə sağlam kimi sağlam.
Əsəblər tarım…
Sonu bəlli olmayan yolda
Tutuşmuş köz,
Qara tukan üstdə
Yürüyür ayaqlarım…
Demə!
Heç nə demə!
Toxunsan?!
Toxunsan , üsyan edər duyğularım…

 

Lənkəran

 

yolboyu şütüyən
əcnəbi maşınlar olmasa.
uzaqdan gorunən
yamyaşil taliş dağlari.

kəndlər bir-birinə

sanki kəndirlə bağlanmış.
hər həyətin öz biçimi,
çicəkləri, gülləri.

hasarları. çəpərləri
gombulca təndirləri.

narlngi, feyxoa, limon

sitrus meyvə bağları

qırmızı kərpic, bədkeşli

nağıl kimi evləri.

bi başqa dünya
bir aləm…
keçmişə səyahətdi sanki
Veravul palıdlari,
Separadi sərvləri…

 

 

                                                            Ruhun təlabatı

 

 

Mübarizə  gedir  çox vaxt içimdə.

Yazmaqla, yazmamaq mübarizəsi.

Bu davadan bezir bəzən içim də.

Ağlım kəsə bilmir qəlbimin səsin.

 

Yazıb boşalıram, sakitləşirəm.

Fərqi yox – olmasın bircə oxucum.

Heç  vaxt  söyləmirəm-”mən də şairəm!”

Yazmaq öz-özümə hesabım, borcum.

 

Eyb  etməz, çıxmasın qəzet, jurnalda.

Məni  tanımasın bir nəfər belə.

Yazmıram oxuna, yazıram qala.

İstəmirəm düşəm dilə-ağıza.

 

Kimsəyə maneə olmur ki, şeirim.

Kimsənin yerini  dar etmirəm ki?!
Yazıb, yazmamaqda öz dərdi-sərim.

Bu dərdlə yaşamaq asandı sanki…

 

Nə tərif, nə də ki,  yalançı şöhrət,

Gərək deyil mənə bəziləri  tək.

Yazırsam, deməli bu da bir qismət,

Tanrı yazısından qaçılmaz demək.

 

Yazanlar artıqca göbələk kimi,

Kimə məcburiyyət, dərs  saatıdır.

Mənə nəfəs kimi, su içmək kimi

Ruhumun gündəlik təlabatıdır.

 

Yazmışam, yazıram, yenə yazacam.

Məni öz içimdən ayıra bilməz.

Əlimdən qələmi, ruhumdan şeiri,

Dilimdən  sözləri qopara bilməz

 

 

Yazıya 1458 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.