Böyük kitablar ÜÇ SƏTİRDƏ

kitab-adam-1_54f98bdd7e796  Bu yazıçıların yaradıcılığı, demək olar, savadlı adamların hamısına məlumdur. Amma çox az adamın ağlına gələr ki, həmin qələm sahiblərinin yaradıcılığını cəmi… iki-üç sətirdə yığcam və dəqiq şəkildə çatdırmaq olar.

 

Fyodor Dostoyevski

İnsan iş gördü.

İnsan əzab çəkdi.

İnsan ağlını itirdi.

 

 

Anton Çexov

İnsan işsizlikdən özünə yer tapa bilmədi.

İnsan səbəbsiz darıxdı.

İnsan çay içdi.

 

 

Ernest Heminquey

İnsan içəri girdi.

İnsan “Yağış yağır” dedi.

Ona cavab verdilər: “Hə”.

 

 

Artur Konan-Doyl

İnsan siqar çəkdi.

İnsan kinayə ilə danışdı.

İnsan sirri açdı.

 

 

Herbert Uells

İnsan Aya uçdu.

İnsan keçmişə qayıtdı.

İnsan yadplanetlilərlə döyüşdü.

 

 

Qabriel Qarsia Markes

İnsan – Xosedir.

İnsan Xuanı dünyaya gətirib.

Xuan olan insan Xuanı və Xoseni dünyaya gətirib.

 

 

Frans Kafka

İnsan – insandır.

İnsan – insan deyil.

 

 

Kurt Vonnequt

İnsan mənasız şəkildə öldü.

…amma insan indi sağdır, çox-çox illər sonra ölüb.

 

 

Corc Oruell

İnsan yaşayırdı.

İnsan şübhələnirdi.

İnsan yoxdur, heç vaxt da olmayıb.

 

 

Daniel Defo

İnsan.

Başqa insan.

Allaha şükür, başqa insan!

 

 

Çak Palanik

İnsan.

Başqa insan.

Yox, elə həmin adamdır.

 

 

 

Aydın Yol qəzeti

 

Yazıya 682 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.