Saday Şəkərli – Öldü balaların acından, Vətən…

sadayQoynunda əsirəm, sönmüş ocağın,
günəş parlasa da tacından, Vətən.
anam olmasaydın, bir axşam çağı,
tutub sürüyərdim saçından, Vətən.

Olub-keçənləri yada salmıram,
daha yaman günə boyat qalmıram,
gör neçə vaxtdı ki, məktub almıram,
sevgilim Şuşadan, Laçından, Vətən.

Gözündən tökülür dərdim Arazın,
boğulur bətnimdə arzum-murazım,
gör necə, gör neçə əhli-namazın,
sallanır erməni xaçından, Vətən.

Nə insaf, nə mürvət harın içində,
gizlənmiş məbədlər qarın içində,
bu qədər sərvətin, varın içində,
öldü balaların acından, Vətən…

Yazıya 1477 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.