Quba rayonunun bəzi yaşayış məntəqələrinə 50-60 sm qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Qubanın Xınalıq və Rük kəndlərində qarın qalınlığı 50-60 sm-ə çatıb. Xınalıqda temperatur mənfi 12 dərəcəyə düşüb.
FOTO: APA
Bundan başqa Gəncə şəhəri, Qax, Zaqatala, Gədəbəy, Göygöl, Daşkəsən, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və bir sıra rayonlarda da ilk qarın sevinci yaşanıb.
Bununla bağlı sosial şəbəkə istifadəçiləri bir sıra rayonlardan şəkillər paylaşıb.
Həmin fotoları təqdim edirik:
Bu arada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17, Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 sm təşkil edib.
Yazıya 678 dəfə baxılıb