Bir ev düşünün.Qədim Azərbaycan evi.Belə bir evi ilk kəs dədəmin evi olaraq tanımışdım.Bu evdə hər şeyin öz yeri var idi.Ən önəmli olan isə Ailə var idi bu evdə.Bəlkə də zamanın şərtlərinə görə çox balaca bir ev idi.Ancaq bu balaca evdə dədəm 9 oğul ,2 qız böyütmüşdü.
Dədəm rəhmətlik çox bağlı idi bu evə.Sovet dönəminin bir zamanı var idi ki,evlər dəyişməyə başlamışdı.Hər kəs bu stildə evlər tikərdi.Otaqlar böyük,ayrıca qonaq otağı,ayrı ayrı daha nələr.Az qala saraylar kimi.
Dədəmin evi kənddə ilk kirəmitli ev olmüşdu.Üstü bağlı olmayan evlərə isə tatı evlər deyilərdi.Taı evlər bir anda yox olub saraylara çevrildikcə dədəmin evi çox yazıq görkəm almışdı.”Ay dədə bəlkə bu evi dağıdıb ,yenisini tikək “deyən oğullarına “mən öləndən sonra “deyərdi sakitcə..
Niyə xatırladım bu evi?.Bu evdə içəridə əsas bəzək olan taxçaları xatırladım.Bu taxçalara üzərinə sərilmiş əl işləri xüsusi gözəllik verərdi.bu taxçaların əsas yükü qablar olardı.Evin çox az istifadə etdiyi QABlar.Boş qablar.Hətta çini qab da deyərdilər adına.Boy boy düzülmüş qablar yalnız sayılay günlərdə ortaya çıxardı,istifadə olunardı…
..Bir taxça düşünün.Bir də boş qablar.Bu gün Azərbaycan insanı bu mənzərəni xatırladır.Boş qabların nə qədər bir gurultu ilə səs verəcəyini düşünün.Azərbaycan taxçalara nə qoymuşdu ki,Boş qablardan savayı.İndi bu boş qablari istifadə etdikcə gürültulu səslər var qulaqlarda.
Kimdir Nizami?,Kimdir Füzuli.Kimdir Babək..beləcə kimdirlər nə qədər istəsək.Var olan hər bir dəyər öz yerində deyil.Bütov anlamda İnsanımız yerində deyil.Yaşam ,həyat fəlsəfəsi məhv edilmiş bir toplum var saman çuvalı kimi.Nə ilə istəsən doldur.
Biz kimin mirasını daşıyanlarığ ? deyincə hər kəs bir avazı başlayır.Nə etmək olar,anladılan ,doldurulan şeyləri sergiləməyə çalışarıq…
Bəzən özüm də özümdən nə istəyirsən?soruram.Nə istəyirəm.Adi ,sadə anlamlı bir toplum dəyərləri..Bu dəyərlər nədir ki?Cəmiyyət tərəzisində ən azı tərəzinin ağır basan tərəfi olmasa da ,tərəzinin dəngini oynadacaq ..Haqqa ehtiyacımız var..
…Dədəmgildə qapali bir hücrədə isə kitablar saxlanardı.Əski əlifbadan tutmuş sovet ədəbiyyatının bir çox əsərləri..Dədəm bu kitablardan heç birini oxumamışdı.Zaman içində oğullar öz maraqlarına görə yığmışdılar bu kitabları..”Oxu ” kəlməsini çox sevərdi.Oxu bala ,oxumaq…
Nə oxumağımızdan aslı olamyaraq oxumaq..Oxuduqlarımız isə ..nə idi.Bir idologinin yalanları üzərində qurulmuş horumçək torları..
Bir məqam gəldi ki..modernist bir gənc.Oxumaq acı.Nə tapdı oxuyur.Hegeli anlamaq istəyir,Toyinbiyə bağlanır,Prustun dalınva itirilmiş illüziyalar axtarır…
Dədəmın evinin “köhnəlik” olaraq gördüyüm anları düşünün…
Həyatı boyu insan olaraq yaşamını sürən Dədəmı savadsız, elmsiz..gördüyüm anlar.
Dədəmlə mənim aramda bir uçurum .Lap Selencer kimi.”Nad proposti vo rji”
Dədəm rəhmətə gedəndən sonra son beşik dayim evi sökdü..Yenisini tikdi.İndi o ev boş.Saray kimi bir ev..
Dədəmin evi bir Azərbaycan misalıdır bu gün mənim üçün..Nə qaldı,nə getdı.
…Dünya yaranandan bu günə nə yeni bir şey ,nə də yeni bir elm var.Hər şey yaşanmış ,hər elm var olmuş.Elə yaşamaq ki,yaşanmış olanın ən yaxşısı olsun ,elə elm qazan ki, var olmuş elmlərə naxış olsun –Dədəm deyərdı…
Yazıya 1021 dəfə baxılıb