Nihat Cəbrayıl – Səsini bu evə həbs etdim

12369249_1653238691615621_6315567466564557225_nBəzən musiqilər kömək etmir, bəzən Dostoyevski də maraqsız olur. İşdən yorğun-arğın döndüyüm gecələri deyirəm. Yaxşı ki, iş var… Səs-küy,dost-tanış içində ört-bas olur bu təkliyim. Bir də bunun gecəsi var… Evə dönməsi. Ev… Yəqin ki, illərdi çalışıb-vuruşub əldə etmək istədiyimiz xoşbəxtliyin bir adı da Evdir. Evi olmayana sərsəri səfil, nə bilim, daha nə adlarda qoyuruq. Çünki bizdən fərqlidi. Çünki onun gecələr getməyə evi yoxdu. Bununla ovuduruq özümüzü, bunla fərqimizi hiss edirik. Evlənmək sözünün kökündə belə “ev” qurulub. Amma bir də gəl gör ki, bəzən bəziləri “Yenə də evə gedəcəm… yenə soyuq otaq, dəmdən düşmüş çay, dünəndən qalma makaronlu sup… Tələm-tələsik gödəkçəmi çıxarıb atacam özümü sizin çarpayı, mənimkimilərin isə boşluq dediyi yerə və yenə SƏN gələcəksən ağlıma tələm-tələsik. Xatirələr töküləcək ortalığa. Hər yerdən səsin gələcək, gülüşün dəyəcək divarlarıma evim dolub daşacaq sənlə. Evim “ev”olacaq. Mən “boşluqdan” qalxıb keçib əl üzümü yuyacam, güzgüyə baxıb deyinəcəm yenə uzandı saqqalım, vaxt tapıb dəlləyə getməli olduğumu xatırladacaqsan mənə. Sonra keçib çay dəmləyəcəm xəyalınsa “işlərin necə keçdi” soruşacaq gülümsəyərək və eyni inadkarlıqla… Amma anlayıram və anlayacaq qədər yaşlandım. Bu evin daha ev olmayacağın, mən hər gün özümü o boşluga atacağımı anlayacaq qədər yaşlandım.

Tez-tez eşitdiyim bir söz vardı “kişilər uşaq kimidi”. Hər nə qədər boynumuzdan atsaq da, belədi qadın. Biz kişilər nə qədər hündürboy, iri cüssəli, kobud, güclü görünsək də, “əl-üzünü yu gəl yemək ye, bu köynəyin çirklidi dəyiş başqasını geyin, gir içəri, hava soyuqdu” deyən bir səsə ehtiyacımız var. Getdiyimiz hər yerdən, hətta başqa şəhərlərdən dönüb gələ biləcəyimiz bir “ev”ə ehtiyacımız var. Qəribə məxluquq biz Qadın..sən soydugun meyvənidə bir ayrı lezzetlə yeyirik, sənin qoyduğun qanunlara uyub sənin düzəninə öyərşirik.Ya da acı-acı sözlər sərf edib qışqırıb bağırıb incidərik səni, amma əmin olariq küsmədiyindən. Beləcə uşaqlaşar koskoca kişilər sevdikləri qadın yanında.. Hər şeyi etiraf etdim, Qadın… Amma sən getdin. Getmək bir üsyandı, getmək bir savaş… bunun qazananı var, məğlub olanı var. Bəlkə də, qələbə çaldın, qazandın aglınca. Bəlkə də, başqa bir divarı ev etməyə getdin. Bəlkə də, əksi oldu heç bir divarı qızdırmadı nəfəsin, heç xoşbəxt olmadın bəlkə. Yenə də bir kişini dörd divara əmanət etmək adil olmadı, Qadın. Sən getdiyində anlamadın bu şəhərdə bir kişi evsiz, bir ev nəfəssiz qaldı. Sən unutdun bunun qışı var soyugu var xəstəliyi var bunun..bir də boşluğu var hər gün özümdən bir parça atsamda dolmayan boşluğu.

İndi küçədə ayağını sürüyə-sürüyə gedən bütün kişilər mənəm, tikilməyən suvanmayan dörd divarları ev etməyənsə sənsən, Qadın.

Pəncərələrin pərdəsini, saatların əqrəbini, otaqları işıgını itirdiyi evdə bir adam hər gecə boşluqda dərin bir yuxuya gedir. Əllərinə sağlıq, Qadın, gözəl boşluqdu…

İndi o evin pəncərəsindən baxıram qaranliğa..Cox çalışdım çabaladım səni unutmağı, yerinə başqa birini qoymağı dənədim.. olmadı. Sən getdikcə böyüdün içimdə, böyüdün əlimə, ovcuma ürəyimə sığmadın, bir gün evimə sıgmadığın kimi. Böyütdüyüm səni böyük bir nifrətə çevirdim. Açdım qapını, qovdum evimdən xatirəni. Arxasınca atdım baxışlarını, gülüşünü, səsini… sonra dərin bir nəfəs alıb atdım özümü çarpayıya… Amma unutmadım. Mən sevgimi sevdim,, gözlərini divardan asdım yaşadım… Bugünəcən yaşadımsa, bil ki, qatdım başımı… sənsizliklə

Yazıya 864 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.