Divanə Ozan Təklə (Ağayar Xələf) –

 

agayarMəğlub olmaq üçün soyuq tərin müalicəsinə dair hosana üzərindən keçmək, yaxud  ədalətin  yoxluğundan perqament aclıq rokoko qırılma

                                                              və  ya

                                  The butterfly and the tank

                                   silsiləsindən

 

“Şirvan  şikəstəsi” üstə

 

 

Suyun ilk tərpənişinə  – Könül Həsənquluya ithaf edirəm.

 

 

  1.   Oksigen aclığı

 

 

Kədərli olmaq gözəl idi.Mərkəzi sinir sistemindəki səhv kabusların üstündən xətt çəkmişdi.Varlıq və aclıq suyun havada uçması kimi idi. Və qəfətən su ilk dəfə tərpənəndə qoca qışqırdı.:

-Aman Allah ,siz  cənnətlə cəhənnəmin yerini səhv salmışınız.

 

 

hər

gün düşünmək ki

yaxın adamın ölümü

mümkün olan

hər şey qorxunc

narahatlıq yaratmır

hardasa vəziyyətin

belə olması

ciddi və həssas həkim

elə hey deyirdi ki

ümid az olanda

daha yaxşıdı

geri qayıdanda

lazım olan dəyişiklik

xoşagəlməz olan hər şey

çalışırdı fikirleri

dua  etmək

kapuletti kimi rəssamın

fırçasından çıxa bilərdi

bura çox təhlükəlidi

orda  xatırlamağa                                                                                                                                                                     çox şey olacaqdı

eşitmək ki

ad və soyad

tamam lazımsız şeydi

ancaq bu adamlara

hələ ki çatmırdı

əslinə qalsa

sağalmaq lazım da deyildi

gec gəlmək haqlı olmaq idi

mikelancelonun

öz şəklini çəkməsi

müharibədə hər şeyin

qaydasında olmaması

orda snayper vardı

irəlidə gedəni

mən qoruyurdum

durma at

dedi kimsə qəfildən

silahı yerə at

sən kimsən sual adam

ideal məxluq

xilas yolu

həqiqı yoxsa uydurma

huşsuzluq

heç nə zehnimin

özünə qayıtmasına

şübhə

özünü doğrultmayanda

uçmaq zamanı

kimsə and içdi

öz dünyagörüşünə

hərdən

eyni cür düşünmək

kədərli hadisələri

uçuş zolağında xatırlamaqla

hər şeyi dəyişirdi

qadının heykəltəraş

olmasına inanmırdılar heç

unutma ki

sehirli hisslər mürəkkəbdi

necə qayıdacağını bilmək

kənara çəkilmək

möcüzədi bəlkə də

bəzən də qəribədi

atmosfer havasinda

iyirmi bir faiz

oksigen olduğunu

bilsəm də

hündür yerlərə

qalxan zaman

oksigen təzyiqi

azalmasına təəccüblənmədən

bilmirdim

necə nəfəs alıram

hər şey su kimi

axırdı

olum rahatlığa

qovuşmamaqdı deyəsən

əslində insan ölmürdü

bir şeydən

başqa şeyə  çevrilmirdi

the butterfly and the tank

oxuyurdu kimsə

tankdan kəpənəyə

atəş açırdılar

zevssə  onu oğurlayırdı

cəhənnəm

darvazası görünəndə

rahatlıq və sevincdən

fəlsəfi düşüncələr

hər şey

şar üzərində qız

ətraflı düşünülmüşdü

lənətlənmiş şəhər

sərhəddi keçəndə

bağışla ki bileti

hara qoyduğumu

unutmuşdum

köynəyini düz

düymələməmişdin

hamı şərin tərəfindəydi

şər önə çıxmışdı

ilk dəfəydi ki

tankdan kəpənəyə

atəş açırdılar

suyun ilk tərpənişi

qorxunc idi

şar üzərindəki qız

qızıl balığa çevrilmişdi

ötürücü tezlik

yoxa çıxmışdı

bəlkə də sümük

yox yox qabırğa

ilk dəfəydi

su tərpənişi

görürdü

ürəkdən gələn

hisslərdi

məğlub olmaq

 

 

 

 

  1.  açıq hava altında qarışıq arxitekturalı neoqotik şüşə evdə bərpa edilən   səkkiz milyon dəfə böyüdülmüş yeni extra ordinary phrase aclığı

 

 

Nəticə başlanğıcdan asılı deyildi. Hissəciklər əsəb hüceyrələrindəydi.Çayın çınqıllı dibində qızıl balıq cəhənnəmdəkilərə  kömək edirdi.Qoca birdən Mişel Uelbekə çevrildi və depressiya keçirməyə başladı.

 

 

hər

şeyin başlanğıcı

müxtəlif materialların

sistemə salınması

papirusa yazılmama

perqamentə köçürülməmə

sevinən və kədərlənən

son artın əzəli artı

elementar hissəciklərin

bir birini qarşılıqlı

cəlbetmə prinsipləriylə

ağzından od püskürən əjdaha

daha kəskin

maraqlı olan

qisas günü

hamı gələndə

zəhərlənmədən ölmək

fişəng atılan yerdə

uçan adamın

təhlükəli olmaqla

heç nəyi dəyişməyəcəkdi

yaxın olmaq

səma cisimlərinin

mərkəzi qüvvılırin təsiri

altındakı hərəkəti

müqavimətli mühitdə

səma cisimlərinin

qarşılıqlı cazibə və hərəkət

qüvvələri müəyyənləşdirmək

insan dərrakəsinin

tam yetkinlik dövrü

qabarma və çəkilmə

peşman olmamaq

hər şeyi

uçuşqabağı başa düşülməyən

heç nə deməyə deməyə

sabah nə olacağını bilmədən

bədbəxtlik haqqında

vacib olanı gözləyə gözləyə

yağış altında qalmaq

interyerə uyğun gəlmirdi

demə qəzadan sonra

rahat yatmaq

gildən düzələn çənə

ledi maqbet baletinə

ətrafdakıların fikri

nə baş verib

həkim çağırın

ürəyi döyünməyən

həyat mübarizə deyil

heç vaxt

bilməzsən özün kimsən

bu heykəlçün darıxacağam

sağ qalmaq

divarın o üzündə

heykələ qalib gəlmık

bu ərazini

tunelə bağlılıq hissi

baker street 6  da

həqiqəti demək

uydurma həqiqəti

sezar davam edirdi

cəhənnəmdə

gurultu qopanda

extra ordinary phrase yarandı

hər şeyin fırlanmama

yanılmama

cazibə zəncirindən

azad olmağa

sürəti müəyyənləşdirməmək

atmosferdənkənar uçuş

planetlərarası cığırsız

yollarla  getməmək

günəşi  saxlamağa qadir

yeri hərəkətə gətirən

kainat haqda təsəvvürlərin

alt üst olması

əbədi abidə uçuş

yalan hissəcikləri

unudan

qatarın yola düşməsinə

bir saniyə qalanda

heykəlin

canını almaqla

kimsə bilməyəcəkdi ki heykəlin

edam günü

izlənilmədən də

hər şeyi unutmaq

çox da uzaq

olmayan gün

sui qəsd

qatarın yola düşməməsinə

heç nə

hər şey kimi

kinin

kölə şəklində görünən işıqları

yerdən çıxanlar

əlindən  düşənləri

özüylə aparmadı

harda olduğundan   xəbərsiz

quşların qurmadığı yer

ifadə olunanmayanları

extra ordinary phrase

məğlub olmaqdı elə

 

 

  1.      daş kitabədə başqa hallüsinasiya təməl

laborator katakomba aclığı

 

 

Aşağıda kabuslar görünür.Diqqətsizlik etmək olmazdi.Başqa cür hərəkət etmək lazım idi.

–          Mən ağzından od püskürın əjdaha kimi uçuram.

–          Əl çəkin qocadan.O dağrudan da ruhi xəstədi.

 

 

 

suyun

havada   uçması

tökülərkən

yuvarlaq şəkil alması

həyat dərsi deyilmiş

ən çətin imtahan

qanadlıymış

kosmik fəzada uçarkən

kosmik şəfəqlərin

necə söküldüyünü görəndə

bilmir ki

kosmosda hava var

səs də yayılır

səs küy

middle hallüsinasiya

 

 

 

yaratmadı onda

yox yaratdı deyəsən

onda bildim ki

beyni bekar

saxlamaq olmaz

ruh yüksəkliyindən

yeni erada

gərginlik hiss etmək

gözübağlı balıqqulağı

rəqsi oynayan qızı

heç kim heç nə

fikrindən

döndərə bilmədi

milyon ildi

extra ordinary phrase

tullanmalar

fırlanmalar

bir milyon iki milyon üç milyon

tərsinə dönmələr

sirr saxlamaqdı

balıqqulağı

yaxşı bilirdi

bir gün külək

onu aparacaq

şar üstündəki qız

yağış rəqsi edəndə belə

kernelin də qulağına

səslər gəlirdi uzaqdan

su ilk dəfə tərpınirdi

enşteyn dilini çıxaranda

şar üstündəki qız

yağışın əlindən tutanda

hemingwey bir an gecikmişdi

suyun ilk tərpənişinə

elə bildi  ki

suyun   ilk tərpənişini

bəlkə də

qiyamət   gününü  hamı

birlikdə görmüşdü

hərənin öz

həqiqəti vardı

nietzchenin   də

zərdüşt belə deməmişdi

toto cutugno

belə oxumamışdı

whitney  houston da

bu nə sevdadı

alim  qasımov

səs gələn yerdə ayda

neil armstronq oturmuşdu

səs gələn  yerdən

o tərəfdə

nə vardı görən

balıqlar ilk dəfə danışdı onda

mən onda öldüm

böyüyəndə tələsdim

əllərimin öhtəsindən

gələ bilmirdim

kosmosa heyvan

göndərəndən sonra

qayıdıb yerə gələndə

qırmızı payəndazın üstü ilə

addımlayanda

əsəb hüceyrələrində

gərginlik əriyib yox oldu

fiziki hazırlıq

sentrifuqa insan çəkisini

bir tona çatdırdı

istilik sobası

adəmə salam dedi

 

 

 

 

4   Şəxsi kottecdə havalanma və hasarlamama aclığı

 

 

 

Qoca nəvələrinə “the butterfly and the tank”mahnısını öyrədirdi.Dance edən qızın rəqsı hamını məftun etmişdi.

 

 

hər.

bir  hərəkət

danışmaqdan yaxşıdı

gəldiyin yol

qayıtmaq üçün deyil

ağır sözün

çəkisi qədər

şəxsi kottec

gözəl bir yer idi

ayrı heç nə

hamının gözü qabağında

asan öldürücü

əslinə qalsa

zəmi çox qədim sözdü

qədim dünya tarixindən qalmadı

həm də

ciddi sözdü

başlağıc üçün

hava limanında görüş

bütün insani hissləri

bağlayanda

iblis mifoloji qadın kimi

truth nicknameli səminəyə

heç kim bilmirdi ki

john  jefferies yaddaşını itirib

vətəni şimali İrlandiyanı

sevdiyi  cənubi azərbaycanlı səminəni

oxsford universitetinin dəhlizlərini

bəzi şeylər heç vaxt dəyişmir

bəzən isə kitab şkafından kitablar öz özünə düşür

onda o bədənümma güzgüyə möhkəm bir yumruq vurdu

güzgü cilik cilik oldu  vaqnerin musiqisi çıxdı ordan

cəlbedici imkanlar yarandı fərqləndirici əlamətlərdən

on beş ballıq rəqsdə ritm  də cilik cilik oldu

su ilk dəfə tərpənəndə bu ritm

bütün həşəratlara otlara yosunlara balıqlara balıqqulaqlara

pərakəndə hisslərə

dəydikcə yıxıldı

həşəratlar otlar yosunlar balıqlar balıqqulaqlar

pərakındə hisslər

elə onda yıxıldı

okean qəribəlikləri

iyerarxiya

davranış dəyişiklikləri

okean dibini keçərək baş verməyənləri

təkamül prosesində

görmə mövqeyi

bulanıq suda yaşamaq

timsah əti yemək

marina hemingwey üçün

suyun səthində üzən zanbaqlar kimiydi

balıqçılıq yarışının qalibi ernest hemingwey

fidel kastroya

kubok da vermişdi

la  terrazad restoranındakı balıq qonaqlığı

banan və portağal

siqar muzeyi

kolonial stildə tikilmiş saray ağac

kolumbun külü

balıqqulağından düzələnlər

heç kim bilmədi ki

isa peyğəmbərin nəhəng heykəli

dialoqa çağırışdı

axıntı şüşə qırıntıları

metaldan işlənmiş sərdabələr

katakomba etimologiyası

günəşə su tökməklə

qarışqa fil ilə müharibə edirdi

indi o siyahıdakı arzularsız görülən işlər

hara getdiyini bilmək  qaçmaq qədər asan dəli kimi gülmək

tankdan açılmış güllə ilə  vurulan kəpənəyin  yapışdığı yer

heç bilməzdim ki yuxu deyilmiş

bütün bunları hiss etmək

ciddiləşmək

yadına gəlirmi uçmağın

itirdiklərin

rəqs qədər şəkillər əzilsə də

do you  feel

a bitter taste

in your mouth

 

 

 

 

 

5      gözlərini bağlayıb qeyri-müəyyənliyə sıçramalar və şeytani şəkil çəkdirməklə qırmızı çoxbucaq çağda art west aclığı.

 

 

 

 

Qoca ,eləcə də birinci və sonuncu . nəvələr ekranda görünəndə bu sanki ona yuxu kimi gəldi və o nəvələrinə nəsihət edib sözünü belə tamamladı:

-Ehtiyatlı olun.

Birinci nəvə babasının zəif  eşitdiyini bildiyindən coşqu ilə:

-Bu nə nağıl danışır e… e…e…-dedi.

Naməlum adam qəflətən ekranda görünüb əlavə etdi:

-Bu çox mürəkkəb məsələdi.

 

 

bir

neçə dəqiqədən sonra

nəsə olacağını fikirləşmək

sanki yaşamaqdan

optök cihazlar olmadığı vaxt

beyni təşkil edən neyronlar

başqa hüceyrə formaları

heç vaxt kömək etmədi

sən demə neyron peykləri

adəmə sarı vacib

hər şeyin hazır olduğunu

şübhə altına almaq

ola bilər ki bu heç vaxt yaxşı deyilmiş

 

 

 

kahin günah haqda heç kimə heç nə demədi.uşaq ölü doğulanda  necə döyüşdüyünü bilmirsənsə sonra başa düşəcəksən ki ,cəhənnəmdə yanmaq, suda batmaq, quş tək uçmaq gözləməkdi.biz hamımız kimisə öldürmüşük.cəhənnəmə gedən yolu axtara- axtara həqiqətə and içdi.

səs

çox uzaqdan gəlirdi

quşlar yosunlar ağaclar balıqlar balıqqulağılar   həmsöhbət olanda

mən yolu getmirəm yol məni gedir

müqəddəslik budu bu

əlini yaralayanda ədalətszlik  nədən başladığını unutmaq

hamı ora hörüləcək

suyu deyirəm suyu

john jefferies  də hörüləcək

su şəraba çevriləndə palçığın içində kağız gəmi bilmirdi

bu zinadı

siçan gəzən yerlərdə

döyüşçülər ayağa qalxanda

suya baş çəkmək qılıncı suya vurmaq

dəyişmək

suyu xilas etmək

su yananda

ya su demək

köynəyinin bir düyməsini  səhv bağlaması

edam vaxtı sevməsi

sən bura gəlməli deyildin könül həsənqulu

niyə suyun ilk tərpənişini gördün

cəhənnəmdə qalmaq

ümid birinci ölür

yoxsa bilmirsən

ilk dəfə tankdan kəpənəyə atəş açmışdılar

nə gözəl mahnıdı

the butterfly and the tank

heç kim sağalmaq istəmirdi

hamı şuşada olmaq istəyirdi

 

iki qapı

biri sağa biri sola

burda pilləkən var

qəsrin darvazası açıq

5 ci küçədə içıqlar sönüb

musiqi kristal suya  çevriləndə

ernest hemingwey bir an gecikmişdi

su etimologiyası

at su içəndə

at göyə çəkildi

ilk ad su oldu

aysu sonra oldu

kuklaya öl dedilər öldü

aparıb torpağa basdırdılar

ilk kukla idi torpağa basdırırdılar

zərdüşt belə deməmişdi

cəlladın günahı nə

abbatı görmək müşkül

kernel hardadı

janna d  arkı tonqalda yandırmırdılar

arxiyepiskop yox idi

inkvizator gəlməmişdi

pilləkən uğrunda vuruşanda

məşəl gah yanır

gah da sönürdü

otlar harda göyərib

ilk su tərpənişini ernest heminqwey görüb

bir dəli də görüb deyirlər

sən də gördün könül həsənqulu

bu fəlsəfədi

necə nəfəs aldığın yadındadı

evimiz  üçün darıxıram

göydə uçan ölü quşlar

gəlin şəkil çəkdirək

enşteynin dilini çıxardığı şəkli xatırlayırsan

tankdan atəş açılmlşdı

tank məğlub olmuşdu

bu ifadəıər

bəlkə də sinir sistemində

informasiyaların qəbulu

müdaxilə etmək nəyinsə həlli

nəzərə almamaq ki sonra yaranan nəhəng deyilmiş

informasiyaların saxlanması

tüpürcək əsəbdən yaranmamışdı demək belə qəbul eləmək maraqlı səbəb ki

sürətlə azalmaqda olan

informasiyaların işlənməsində

vəziyyət aydınlaşana kimi analogiya

ölən adamın düşüncələri

konkret olaraq hər şey başqa cür imiş demə

neyron peyki kompleksi vacibmiş

neyron peykləri

patoloji proseslər vaxtı

itirilmiş baş

əl ayağa dolaşmaq

təsəvvür etmək ki

olmaqdan qabaq

gözləməmək

gözləməmək

gğzləməmək

batil

nifrət

şəlaləsi

skeptik münasibət

sudan ayrılmalar

itgi

 

 

 

ardı var

 

 

 

 

şirvan şəhəri

Yazıya 836 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.