Burda mənasızdı hər şey,
Adamlar da,
Ağaclar da.
Gecələr cırcırama səsinə sayrışan ulduzlar da,
Həsən kişinin bulağının başında quruldaşan “Qeybətçil Qurbağalar” da.
Burda sürətlə unudululur hər şey.
Bəzən nəyi unutduğun da unudur adam…
Məsələn:
Mən saatlarla əlimi cibimdə,
Ayağımı qayqqabıda,
Özümü gözlənilmədən peyda olan
Bir avara xatirənin küncündə unuda bilərəm…
Uşaq vaxtı anamın döşündən əmdiyim südün
Tamını da nə vaxt unutmuşam bilmirəm.
Yalan olar desəm min qadının südünün içindən seçərəm.
Bir də ki,
Kim bilir axı,
Bəlkə bütün anaların südü eynidi elə…
Yazıya 805 dəfə baxılıb