Qaranlıq dünyama, işıqlı bir pəncərə açan Facebook sosial şəbəkəsindən geniş bir dünya açılmışdı güzlərim qarşısında. Bu dünya şüşə arxasından olsa da, ruhların, qəlblərin danışdığı bir aləm idi . Bu aləm gözlərim qarşısında geniş bir dünya açmışdı, ruhumun, duyğularımın daim axtardığı bir dünya … Gözlərim qarşısında bütöv Azərbaycanın ədəbi mühiti açılmışdı. Bir ömür can atdığım bir mühit … Bir vaxtlar yuxuma da gətirə bilmədiyim bir mühitə düşmüşdüm …
Bu yazarlar gözlərim qarşısında ruhumun süzgəcindən keçirdi qarşıma çıxan yazarların, içindən çıxan elə yazarlar var idi, dünyasına , ruhuna aşiq olurdum, yazılarının , ovsununa düşürdüm. Bu yazarlardan biri də Məmməd Dəmirçioğlu oldu.
Heç özüm də bilmirəm nədənsə elə ilk şeirlərini oxuyan kimi gözümün qarşısında “hər sözü bataman ağırlığında olan ləngərli bir el ağsaqqalı gördüm” . Her sözündə elin şirinliyinə söykənmişdi bu böyuk insan elinə, obasına necə böyük ürəklə bağlı olduğu hər misrsindan belli olurdu…her gun paylawmalarini oxumga bawaldim , getdikce Demircioglu dünyasına düşürdüm. Bu yazılarda o qədər saflıq var idi, tərtəmiz bir körpə saflığı , bu şeirler dünya pisliklərinin, yalanlarının , riyakarlıqlarının fövqündə idi… Bu şeirlərdə bir dənə şikayət yox idi. Bu şeirlər saflıqdan yaranmışdı… Yavaş-yavaş bu yazara qarşı heyranlığım təəccübə keçirdi…
Dəmirçioğlu dünyası bir ümman idi… Şair, nasir, ressam, aşıq, memar Demirçioğlu … Allah!… Allah, bu qədər yükü daşımaq, yəni bir insan gücündəmi idi?!
Müsahibəlrinin birində demişdi: — “men iki ömür yaşayıram, Allahsa mənə bir gun verib” … Hələ onun saz dünyası… Lent yazılarını dinlədikcə sazda caldığı qım-qımalar şairin özu ilə söbəti idi , dinlədikcə necə pərdə-pərdə göylərə yüksəldiyini görürsən. Mizrabı öz ağırlığında vurduqca sazın da onunla dil açıb danışdığını:
O dünyadan bu dünyaya adladım.
Qarğı neydə fələmləri odladım,
Qara sazda ÜRFANINI yaşadım…
Deyən şair sazın müqəddəsliyini, ululuğunu, qeyri-adiliyini, sazında insan ruhu ilə birgə yarandığını vurğulayir…
…Getdikcə daha dərinlərə vardıqca… “Hürmələk nənə” poema-essesinə rast gəldim. İlahi, Dəmirçioğlunu əsil bu poema-essedə tapdım və Dəmirçioğlu tilsiminə düşdüm… Allah!… Allah, insan bu fani dünyanın fövqündədir!… Çox ali irfani dünyaya yüklənmişdi bu poema-essedə…
Yaşadığım zaman ərzində gördüyüm hər şeyi müşahidə etdim, torpağı qoxuladım, göyü dinşədim, işığın hikmətinə heyran qaldım. “ Bütün hər şeyi kölgə ilə işığın, qarayla-ağın vəhdətində gördüm “, deyən Dəmirçioğlu kamillliyə yüksəlir … Torpağı qoxulayıb, torpaqdan guc alan, göyü dinşəyib göylərin saflığını yaşayan şair. Üzümü gözə görünməz bir yolçuya tutub, nə vaxtsa Mövlama bir ismarıc göndərmişdim, deyir:
Qarı dünya
Qeyli qalımı,
Bu qeyli
Ərzi halımı
Mövlama deynən.
Yad özümündü,
Övlad özümün,
Can özümündü,
Cəllad özümün…
Mövlama deynən
Sözdə batıram,
Közdə yatıram,
Dərdi atıram-
Mövlama deynən.
Göydən süzüldüm,
Cana düzüldüm.
Candan üzüldüm,
Mövlama deynən…
Sözün ucalığı qarşısında məəttəl qalırsan; ” Sözdə batıram, Közdə yatıram, Dərdi atıram, Mövlama deynən”…
Dəmirçioğlu haqda bir çox görkəmli söz adamları öz sözlərini deyib. Publisist İradə Aytel, ədəbiyyatşünas alim Rüstəm Kamal, şair, ressam Adil Mirseyid və b. şairə layiq olduğu dəyəri veriblər. Məni isə Dəmirçioğlunda olan safliq özünə heyran etmişdi…
Dəmirçioğlu sabahların açilması ilə yuyunur , arınır , saflaşır və möhtəşəmləşir:
“Sübhün duası”
Əriyir qaranlıq,
Durulur dan üzü
Silinir üfüqdən
Günəşin qan izi.
Şehlərlə öpüşür,
Lalənin qan üzü…
Boynu bükük-bükük,
Bənövşə çəkir ah,
Zikri, fikri,ətri-
Allah, Allah, Allah!
Quşların səsinə,
Hopub ozan səsi.
Yarpaqlar pıçıldar
Sükut pozan səsi.
Sübhün namazıdı,
Gəlir əzan səsi…
Pərən-pərən olur,
Var olmaqdan günah,
Qaybdan səs gəlir-
Allah, Allah, Allah!…
Açılan sabahın nurundan durulaşan, saflaşan şair yeni günün başlamasını gör necə təsvir edir. Cəh-cəh səsləriylə hürküdən quşların xoş avazından məst olmuş səhər nazlana- nazlana yuxudan oyanır, atəşin eşqiylə üfüqləri alqırmızı rəngə boyamış günəş dan yerindən boylanmağa başlayırdı:
Tanrı camalına tamaşa eylə,
Bülbüllər oyanıb, dil açan çağı.
Şehli tumurcuqlar, bağlı qönçələr
Günəşin eşqiylə gül açan çağı.
Nə nazlı mələkdir oyanan səhər,…
Nazlana – nazlana oyanan şəhəri nazlı mələyə bənzədən şair ,
Dünya nağıl, üç gün ömür göydən düşən almadı,
Biri onun, biri bunun. Biri mənim olmadı.
Dəmirçoğlu, cah-cəlalı Süleymana qalmadı,
Könüllərdə bərq eyləyən cah-cəlala baş endir.
Dəmirçioğlu EŞQ şairi , könüllər aşiqidir. Dünyanın cah-cəlalı qarşısında baş əyməyən şair, könüllərdə bərq eyləyən cah-cəlala baş endirir…
Dəmirçioğlu rəsmlərində də bu safliğı, əsrarəngliliyi yaşadır. Heç vaxt rəsmdən heç nə analmayan mən , onun akvarel rəsmlərinin poezyasına düşürəm elə poetik duyğular yaşayıram… Rənglərin tilsimindən qopa bilmirəm. Şairin bir qış rəsmi var , kiçik bir kənd evi, qarın altında , ətrafında xırdaca çəpərləri… Bu rəsmdə , hamımızın içində kövrək hisslər yaradan köhnə kənd evinin istiliyini hiss edirsən, bir anlıq nağıllar dünyasına düşürsən və rəsmdən qopa bilmirsən… Rənglərdə elə parlaqlıiq, elə təbilik var ki, baxdıqca qopa bilmirsən. Bəlkə də mən sevmirəm, ondan diqqətimi çəkib , rəsmlərdə boz rənglərdən istifadə etməyib , bu da rəsmlərdəki həyatı daha canlı göstərir, daha çox poetiklik yaradır.
Beləcə, Dəmirçioğlu dünyasına bir azca yaxınlaıdım; rəsmlərində rənglərin dünyasından, şeirlərində sözün sığalından, sazın irfanından ” durna duası” şeirindən səmanın saflığından mən də az da olsa arındım, durulaşdım və bu da beləcə mənim könül dünyamdan süzülüb gələn duyğularım, sevgim idi, Dəmirçioğlu haqqında sətirlərə süzüldü. Amma bunlar duyduqlarımın heç mində biri də deyildi, sizlərlə bölüşdüm…..
Qəbrin nurlu olsun ustad, mən sənin haqqında keçmiş zamanda danışa bilmirəm….
Yazıya 896 dəfə baxılıb