Möhtərəm cənab prezident İlham Əliyev!
Fərqanə Mehdiyeva çağdaş Azərbaycan poeziyasında öz istedadı, dəst-xətti ilə seçilən, oxucuların, qələm adamlarının əksəriyyəti tərəfindən qəbul olunan və sevilən şairlərdən biridir. O, AYB-nin orqanı olan “Ulduz” jurnalının poeziya şöbəsinə rəhbərlik edir. Gənclərin yaxın dostu və müəllimidir.
Uzun illərdir ki, Fərqanə Mehdiyeva sağlıq durumu ilə bağlı olaraq davamlı müalicə alır. Son vaxtlar həkimlərin dəqiqləşdirdiyi diaqnozdan sonra səhhətindəki problemlərin daha da ciddiləşdiyini anlayan Fərqanə xanım yenə də həvəsdən düşmür, ölümlə həyat arasında çarpışa-çarpışa gözəl əsərlər yazmaqda davam edir. Fərqanə Mehdiyevanın yaradıcılığının əsas qayəsini böyük amallar, yüksək mənəvi dəyərlər təşkil edir. Onun vətənimizə, dövlətimizə, xalqımıza, ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeirlər buna bariz nümunədir. Onun kitabları təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da sevilə-sevilə oxunur.
Böyük mənəvi və maddi dəstəyə ehtiyacı olan Fərqanə Mehdiyevanın həyatdakı ən böyük və son arzusu hərbi xidmətini müvəffəqiyyətlə başa vuran yeganə oğlunun toyunu görmək istəyidir. Zaman isə AYB-də mənzil növbəsində olan Fərqanə xanımı çox tələsdirir, ondan tez bir zamanda işlərini sahmana salmağı tələb edir.
Möhtərəm cənab prezident!
Biz Sizin dəfələrlə elm və sənət adamlarına, ziyalılara, yaradıcı insanlara göstərdiyiniz diqqət və qayğının şahidi olmuşuq. Eyni həssaslığı Fərqanə Mehdiyevaya da göstərəcəyinizə inanır və onu növbədənkənar evlə təmin etməyi Sizdən xahiş edirik.
Sizə öncədən dərin təşəkkürümüzü bildiririk.
Musa Yaqub – Xalq Şairi
Əşrəf Veysəlli – şair
Elçin İsgəndərzadə – professor, şair, “Bayatı” jurnalının baş redaktoru
Aqil Abbas – Millət vəkili, Əməkdar Jurnalist, yazıçı
Fazil Mustafa – Millət vəkili, yazıçı-publisist
Fərəc Quliyev – Millət vəkili, publisist
Qüdrət Həsənquliyev – Milət vəkili, publisist
Qənirə Paşayeva – Millət vəkili, şair
Jalə Əliyeva – Millət vəkili, filoloq
Qulu Məhərrəmli – professor, Əməkdar Jurnalist, “Jurnalistikanın inkişafına yardım fondu”nun sədri
Nəsir Əhmədli – filologiya elmləri doktoru, Əməkdar Jurnalist, BDU Beynəlxalq jurnalistıka kafedrasının professoru
Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru
Elçin Hüseynbəyli – yazıçı
Afaq Şıxlı – şair-tərcüməçi
Adilə Nəzər – filologiya üzrə fəlsəfə doktoru, şair
Ramiz Qusarçaylı – şair
Günel Eyvazlı – Edebiyyatqazeti.az saytının redaktoru, yazıçı
Aləm Kəngərli – yazıçı
Nizami Muradoğlu – filologiya üzrə fəlsəfə doktoru, şair
Əsəd Cahangir – ədəbi tənqidçi, AYB İdarə Heyətinin Üzvü, “Azərbaycan” jurnalı baş redaktorunun müavini
Elnarə Akimova – “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, filologiya elmləri doktoru
İbrahim İlyaslı – Əli Kərim adına Sumqayıt poeziya evinin direktoru, şair
Hafiz Rüstəm – şair-publisist
Faiq Balabəyli – Müstəqil.az saytının rəhbəri, şair-publisist
İradə Tuncay – “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist
Zemfira Məhərrəmli – yazıçı-publisist
Natəvan Dəmirçioğlu – filolologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist
Əlabbas Bağırov – yazıçı
Yunus Oğuz – yazıçı-publisist
Xaqani Qayıblı – Tartu universtetinin professoru, şair, tərcüməçi, publisist
Zülfüqar Hüseynzadə – Moderator.az saytının rəhbəri
Tural Adışirin – AMEA ŞREM-in kiçik elmi işçisi, Manera.az saytının redaktoru
Aləmzər Sadıqqızı – “Qobustan” jurnalının əməkdaşı, şair
Mikayıl Bozalqanlı – şair
Rabiqə Nazimqızı – şair
Günel Natiq – Azərbaycan Radiosu Xalq yaradıcılığı şöbəsinin əməkdaşı, publisist
İlham Qəhrəman – şair
Arzu Nehrəmli – tarix üzrə fəlsəfə doktoru, şair
Əlizadə Nuri – şair
Əyyub Qiyas – yazıçı
Nazir Əhmədli – tənqidçi, tədqiqatçı-yazıçı
Xaliq Rəhimli – şair
Əkbər Qoşalı – şair
Balayar Sadiq – “Yurd” jurnalının baş redaktoru, şair
Aysel Xanlarqızı – şair
Xanım İsmayılqızı – bəstəkar, şair
Azər Həsrət – şair
Kənan Hacı – yazıçı
Elvin Əlizadə – şair
Ümid Nəccari – şair, yazıçı
Sadiq Qarayev – “Qızıl kəlmə” mükafatçısı, yazıçı
Cığatel Qasımova – şair
Səhər Əhməd – şair
Ehtiram İlham – şair
Vüsal Oğuz – yazıçı
İlqar Türkoğlu – şair
Nurəddin İsmayıl – şair
Aqşin Evrən – şair
Nurəddin Ədiloğlu – yazıçı-publisist
Sehran Allahverdi – şair, rəssam
Zəka Vilayətoğlu – şair, bəstəkar
Etibar Qərib – şair
Qəşəm Nəcəfzadə – Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, “Qızıl kəlmə” mükafatçısı, şair
Zahid Sarıtorpaq – şair
Nuranə Nur – şair
Şəhla Aslan – Manera.az saytının rəhbəri, yazıçı-publisist
Vasif Süleyman – “Ədəbiyyat qəzeti” idarə heyətinin üzvü, şair
Qabil Nəbiyev – şair
Reyhan Kənan – şair
Süleyman Hüseynov – şair
Sabir Yusifoğlu – şair
Şəfiqə Şəfa – şair
Rəfael Tağızadə – şair
Şərafəddin İlkin – şair
Mina xanım Təkləli – şair
Həyat Şəmi – şair
İlqar İlkin – şair
Zülfiyyə Eldarqızı – aktrisa
Güllü Eldar Tomarlı – şair
Ədalət Bədirxanov – şair
Nəriman Zeynalzadə – şair
Surxay Qocayev – şair
Yaşar Bünyad – yazıçı
Aqil Kəngərli – şair
İradə Aytel – Kultur.az saytının rəhbəri, şair
Gülqədəm Mirzəzadə – şair, bəstəkar
Mübariz Örən – yazıçı
Məmməd Tahir – şair
Kəmaləddin Qədim – şair
Şahin Musaoğlu – şair, bəstəkar
Təranə Vahid – “Ulduz” jurnalı baş redaktorunun müavini, yazıçı
Nəcibə İlkin – “Azad qələm” qəzetinin baş redaktoru, şair
Sayman Aruz – AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı
Əli bəy Azəri – “Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist
Ayxan Ayvaz – yazıçı
Ruslan Dost Əli – şair
Kamil Məhərrəmoğlu – şair-publisist
Nazir Rüstəm – Aktyor, Azərbaycanın Əməkdar artisti, şair
Nəzirməmməd Zöhrablı – jurnalist-publisist
Məmməd Qədir – şair
Səxavət Talıblı – yazıçı
Sona İsmayılova – şair
Asif Kəngərli – həkim, publisist
Süleyman Abdulla – Qarabağ qazisi, şair
Nəzakət Məmmədova – “Yada düşdü” jurnalının baş redaktoru, şair
Meyxoş Abdullah – yazıçı
Ay Bəniz Əliyar – Şabran şəhər Xaqani Poeziya Evinin Direktoru, şair
Sənəm Səbayel – şair
Şəfəq Sahibli – şair
Murad Köhnəqala – yazıçı
Sərvər Məsum – şair
Xatirə Xatun – şair
Güləmail Murad – şair-publisist
Elşad Barat – şair-publisist
Kəramət Böyükçöl – yazıçı-publisist
Yazıya 593 dəfə baxılıb