Nüşabə Əsəd Məmmədli – “M Ə K T U B”

Yanvar şəhidlərinə Gecə şər kimi altdan      qapqara qaralanda, Ulduzlar axır, qana-qəltən şəhər baxır. Şaşqın-şaşqın, dalğın-dalğın... Şəhər dönüb matəmxanaya-  Süngülərin ucunda Şimala, Cənuba bölünən vətən Şimal-Cənub ayrıcında. Gecə ulsuzlar  qorxa-qorxa, qıpqırmızı qan görüb. Karıxa-karıxa, darıxa-darıxa, göz yaşına dönürlər... Sübhə yaxın  insanların xətrinə ulduzlar gizlədirlər qorxunu, təlaşı. Göylərin gözlərində quruyur büllur-büllur göz yaşı...           Nuşabə Əsəd Məmmədli                   1990

(Çanaqqala şavaşının 100 illiyinə həsr olunur…)

Əvvəlcə ildırım çaxdı. Sonra yaxış yağdı. İldırımın səsi atılan topların səsinə qarışırdı.
Murad Yavuzun hərbi qərargahının yanı adamla dolu idi—cəbhəyə yollanan könüllülər idi. Bir dəfə ana özünün 15 yaşlı oğlu Rəcəbin də qərargahdan çıxdığını görmüşdü. Ürəyi qizildədi. Əlacı olsaydı, oğlunun ayağına düşüb yalvarardı ona—amanın bir günüdür, sən getmə müharibəyə. “Səndən başqa bu düyada hec kimim qalmayıb. Atan da şəhid oldu. Ancaq sən mənim yeganə balamsan, oğlumsan, igidimsən və bütün dünya, o cümlədən də mənim bu günüm, sabahım, bütün varlığım səndə cəmləşib. Oğul balam, arxam yerə dəyməsin. Ancaq Vətən- Vətəndir.
Sabah Çanaqqala uğrunda son döyüş olacaqdı. Polkovnik Mustafa Kamal Paşa beş minlik bir diviziyanı cəbhəyə gətirdi. Anafartalar cəbhəsindəki qüvvələri də bu diviziyanın tərkibinə qatdı. Böyük hücum planı hazirladı.
Sabah 1915-c il avqustun 21-i olacaqdı.
Ana evlərinin yanındakı səyyar hospitalda şəfqət bacısı işləyirdi. Səhər alatoranlıqdan gecəyarıya kimi yaralılara qulluq edir, bəzən tibb bacılarını da əvəz edib, həkimin apardığı əməliyyatlara kömək edirdi.
Hospitalda inilti səsindən qulaq tutulurdu, irin- qan iyi elə bil xəstəxananın divarlarına hopmuşdu. Ana sövq-təbii ilə yaralıların sargılarını dəyişir, həkimin göstərişi ilə onlara lazım olan dərmanları verirdi. Bu qarğaşalı məqamlarda üç gün bundan qabaq gördüyü yuxunu xatırlayırdı. Onda görmüşdü ki, İbrahim Peyğəmbər oğlu İsmayılı yox, onun tək balası Rəcəbin başını qurban daşına qoyub kəsmək istəyir—Vətən yolunda qurban gedir oğlun,- dedi Anaya.
Ana hövlnaq yuxudan oyandı. “Bismillahi rəhmani rəhim”- deyib oğlunun dəmir çarpayısına yaxınlaşdı, əyilib onun alnından öpdü, sonra qayıdıb öz yatağına girdi. Lakin gözlərini yuma bilmədi. Bütün vücudi əsirdi.
-Ya rəbbim, özün bütün balalarımızı qoru, o cümlədən də oğlum Rəcəbi qoru. Ya rəbbim özün Vətənimizi qoru… İstəmirəm Vətən torpağı yadellilərin tapdağı altında qalsın. İstəyirəm Türkiyə dünya durduqca dursun. Öləndə də öz vətənimdə ölüm. Yurdum özgələşməsin…. Sonra düşündü ki, əgər böyük Allah oğulları qorusa, Vətən qorunmaz və beynindən keçirti ki, oğlunun axı hələ 15 yaşı var, hələ həyatı qabaqda olmalıdır Səhərn alatoranlığında gördü ki, Rəcəbin carpayısının altında tüfəng var. Qışqırmaq istədi, ancaq səsini zorla içinə saldı. Demək oğlu müharibəyə könüllü gedir. Gözlərimə ilğım göründü.
İbrahim peğəmbər onun oğlunun başına, əllərinə xna qoyub, qurban daşının yanına aparırdı.
Bu ilğımı gözlərinin qənşərindən qovmaq istədi, dərhal keçən il Rəcəbin yatalağa tutulub xəstəxanaya düşməsini xatırladı. Onda da ölən çox idi. Ana oğlunun çarpayısının yanında diz çöküb, Allaha yalvarırdı-Böyük Allahım, özün balamın bütün ağrılarını, dərd-sərini mənə ver, mənim ömrümdən kəsib onun ömrünə cala. Ayağa qalxıb, dörd kərə onun çarpayısının başına dolandı. Doğrudan da oğlunun səhhəti tədricən yaxşılaşmağa başladı. Sonra Ana özü həmin xəstəliyə tutuldu. Onun ulğun kimi hörüklərini kəsdilər, 10 gün ölüm-dirim arasında qaldı. Xəstəxanadan çıxanda, polkovnik Həsən Bəsrinin diviziyasında vuruşan ərinin həlak olduğunu eşitdi. Rəcəbi qonşuları hərbi komandir Murad Yavuz evlərinə aparmışdi. Onun xanımı uşağa analıq qayğısı göstərmiş, xəstəlikdən zəifləmiş Rəcəbi ayağa qaldırmışdı. Ana ölənə kimi bu ailəyə özünü borclu bilirdi. Allah onları saxlasın.
Ürəyinin dərinliyində düşündü ki, hər bir türk ailəsi bu taleyüklü müharibədə qurban verib. Əri də bu yurd, bu torpaq uğrunda şəhid oldu ki, Vətən özgələşməsin. Ana yurda neçə-neçə yağı əlləri uzanıb k, bu yurd parça-parça olsun, əldən- ələ keçsin, türklər də pərən-pərən yad ellərə səpələnsin, öz yurdlarından perik düşsünlər. Atasından sonra Rəcəb çox xiffət çəkirdi. Hər axşam dənizin kənarına gedib sahilə çırpılan dalğalara baxırdı. Döyüşdə yaralanan əskərlər deyirdilər ki, meyitlər dənizə atılırdı. “Bəlkə atam ağır yaralı olub, tərpənə bilməyib-onu ölmüş bilib dənizə atıblar. Rəcəb ailə yükünü öz çiyinlərinə götürdü. Günü balıq tutub, onu satmaqla keçirdi. Hər gün məktəbdə dərslər qurtaran kimi, Rəcəb tilovunu götürüb dənizə gedirdi, tutduğu baliqların 1-2 evə saxlayıb, qalanlarını bazarda satıb, evlərinə azuqə alırdı. Bir dəfə də bazardan anasına xna aldı.
–Anam, sənə xna aldım. Daha yas saxlama. Atamın, Allah rəhmət eləsin, ölümündən artıq br il keçib. Matəm matəm gətirər, Anam.
Rəcəb xnanı Anasına uzatdı. Ananın əlləri əsə-əsə xna bağlamasını götürdü.
-Bu xnanı mən sənin toyunda qoyacam saçlarıma,-dedi Ana.
Onda o bilmirdi ki, bu xnanı heç vaxt öz saçlarına qoymayacaq, bu xna Rəcəbin başına yaxılacaq.
Polkovnik Mustafa Kamal Paşa beş minlik ordu yığdı. Antanta qoşunları Osmanlı Dövlətinin paytaxtı İstambulu zəbt edib, Bosfor və Dardanel boğazlarına nəzarəti ələ keçirmək, Çanaqqala boğazına yiyələnmək idi. Bu döyüşdə müttəfiqlər də böyük itkilər vermişlər.
Sabah 21 avqust 1915-ci il olacaqdı. Sabah Vətənin taleyi həll olunacaqdı.
Ana bilmirdi ki, oğlu da bu beş min əskərdən biridir. Rəcəb Murad Yavuzun komandanlığı altında döyüşə atılacaqdı. Bunu Rəcəb Anasına son məqamda dedi. Anası İbrahim Peğəmbəri yuxuda gördüyündən sonra. Anası nə ağladı, nə sısqadı. Rəcəb ona aldığı xna bağlamasını açdı, ceviz ağacının yarpaqlarını qaynatdı, xnanı islatdı. Ananın dili –dodağı təpimişdi. Elə bil hərəkətlərini biixtiyar edirdi, sanki kimsə onu idarə edirdi.
–Oğul balam, iqid balam, mən bu xnanı sənin başına yaxmaq istəyirəm.
“Bu böyük Allahın mənə göndərdiyi bir ismarışdır. Allah gözəgörümməzdir, əlçatmazdır, istədiyi bəndələrinə yuxu vasitəsiylə ismarış yollayır”.
Xnanı 15 yaşlı Rəcəbin başına yaxdı. Sonra da boğula-boğula-mən sənin…komandirinə…məktub yazmalıyam. Hələ vaxt var…-dedi. Ana kağız, qələm götürüb Murad Yavuza məktub yazdı.
–Çox hörmətli komandir Murad Yavuz, Ana vətənmiz Türkiyə ölüm-dirim savaşına qalxıb. Vətənimizin taleyi həll olunur. Mən də balam Rəcəbim başına xna qoydum—qurbanların başlarına adətimizcə xna qoyurlar—qoy böyük, əyilməz Türkiyə yaşasın. Analar oğulları doğurlar ki Vətən qorunsun. Amin!! Bir xahişim var—oğlumun saçlarını xnalı görüb, digər əskərlər onu məsxərəyə qoyarlar. Rica edirəm, qoymayın kimsə balama gülsün, onu ələ salsın.
Hörmətlə və möhtəşəm qələbə arzusu ilə sıravi əskər Rəcəbin anası.
Ana məktubu Rəcəbin cibinə qoydu.
–Özün oxuma, birbaşa komandirinə ver.
Su isidib onun başını yudu, quruladı. Dörd-beş əskər qapılarını döydü. Rəcəb də evdən çıxıb onlara qarışdı.
Bir müddət Ana tərpənə bilmədi. Bütün vücudu keyləşmişdi. Lakin xəstəxanaya getmək vaxtı idi. Dünənki döyüşdən də xeyli yaralı gətirilmişdi. Hosptal evin yaninda idi-düz Murad Yavuzun hərbi qərarqahıyla üzbəüz. Müharibə başlayandan sonra Murad bəy öz evini hərbi qərarqaha çevirmişdi.
Şəfqət bacısı olan Ana xəstəxanaya getdi. Gah bu, gah o biri xəstəyə yardım etdi. Yaraliların sayı-hesabı bilinmirdi. O, nə edirdisə kor-təbii edirdi. Əskərlərə su verirdi, sarğılarını, qanlı paltarlarını dəyişirdi. Oğlunun səsini eşitdi. Tez onun qabağına qaçdı:
–Anam, biz getdik….Dua et ki, qələbə qazanaq, biz sağ qalsaq da, qalmasaq da, təki Vətən yaşasın.
Ana onun boynuna sarıldı, əyildi ayaqlarını öpsün, oğlu onu yerdən qaldırdı və artıq arxaya baxmadan anasından uzaqlaşdı. Ana başını oğlu ayaqlarını qoyduğu yerə qoydu. Onun əskər çəkmələrinin izi düşdüyü torpağı öpdü, bu torpağı ağzına aparıb öpdü. Torpaq duz dadırdı….Ananın göz yaşları bu torpağa hopmuşdu.
Top-tüfəng səsləri aləmi lərzəyə gətirirdi. Ertəsi gün axşam döyüşlər səngidi.
Yüzlərlə yaralıların içində Murad Yavuz da var idi. O, bu son döyüşdə ayaqlarını itirmişdi.
O, ananı görcək—Başını uca tut, ana, oğlun şəhid oldu…
Ana sanki yerlə-göy arasında qaldı–əlləri goyə, ayaqları yerə dəymirdi. Tibb bacısı Ananı çölə çıxartdı. Yağışdan sonra göy qurşaqı çıxmışdı. Ana başını qaldırıb göy qurşağına baxdı.
Bir an ona elə gəldi ki, Rəcəb gövsi-guzeydən ona baxıb gülümsəyir—Biz qələbə çaldıq Anam, Türkiyə yaşayacaq…Dünya durduqça yaşayacaq.
Anaya elə gəldi ki, göy qurşağı bütün səmanı bürüdü, Vətən üzərindəki səmanı.

Yazıya 347 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.