AZƏRBAYCANLI RƏSSAMLAR KİPRDƏ  

2-8 noyabr 2025 tarixlərdə Kipr Respublikasında keçirilən beynəlxalq sənət proqramında Azərbaycanı iki rəssam – UASB təmsilçisi Nəvai Metin Məmmədoğlu və Nailə Əhmədova təmsil ediblər.

Altı gün davam edən tədbir Tatlısu Bələdiyyəsinin sponsorluğu, İpek Denizli, Arif Albayrak və Mustafa Cihangirin kuratorluğu ilə həyata keçirilib. Sənət proqramı çərçivəsində müxtəlif ölkələrdən gələn rəssamlar canlı rəsmlər çəkərək mədəni mübadilə və sənət dostluğu atmosferi yaradıblar.

Səfərin sonunda Tatlısu qəsəbəsində yeni açılan rəsm qalereyasında iştirakçı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub. Açılış mərasimində bir çox qonaqlar, o cümlədən Tatlısu bələdiyə başkanı Hayri Orcan, Kipr Mədəniyyət Naziri Fikri Ataoğlu da iştirak edib.

Azərbaycan rəssamlarının iştirakı ölkəmizin incəsənətinin beynəlxalq arenada təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Səfər həm yaradıcılıq, həm də mədəni əlaqələr baxımından uğurlu və məhsuldar olub.

Yazıya 34 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.