Ədalət Partiyasında “2025-ci ilin Konstitusiya və Suverenlik İli” mövzusunda seminar keçirildi

22 dekabr 2025-ci il tarixində Ədalət Partiyasının qərargahında “2025-ci ilin Konstitusiyası və Suverenlik İli”nin elan olunması ilə əlaqədar xüsusi seminar təşkil edildi. Tədbirdə partiya üzvləri, media nümayəndələri, ziyalılar və QHT rəhbərləri iştirak edirdilər.

Seminar Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu.

Məruzəçi – Ədalət Partiyası Ali Məclisinin sədri Rahim Nuriyev “Azərbaycan Respublikası Konstitusiyası və onun idarəetmədə tətbiqinin təhlili” mövzusunda geniş çıxış etdi. O, məruzəsində aşağıdakı məqamları diqqətə çatdırdı:

  1. Konstitusiya anlayışı – sözün mənşəyi və məzmunu;
  2. XX əsrdə Azərbaycanda mövcud olmuş konstitusiyalar:
  3. Azərbaycan Xalq Cümhuriyyəti dövrü (1918–1920),
  4. Sovet Sosialist Respublikaları İttifaqı dövrü (1920–1991),
  5. Müstəqilliyin bərpası mərhələsi (1991–2025 — “Müstəqilliyin bərpası haqqında Konstitusiya Aktı”),
  6. 1995-ci il Azərbaycan Respublikası Konstitusiyası;
  7. Suverenlik anlayışı – dövlətin daxildə və beynəlxalq aləmdə müstəqilliyinin ifadəsi kimi hüquqi xarakteristikası.

Rahim Nuriyev həmçinin iştirakçıların suallarını cavablandırdı və çıxışında Azərbaycanın dövlətçilik ənənələrinin, hüquqi islahatların və suverenlik prinsiplərinin tarixi inkişafını geniş şəkildə izah etdi. O, Konstitusiyanın müasir idarəetmə sistemindəki əhəmiyyətinə də xüsusi diqqət yönəltdi.

Məruzəçi seminarı aşağıdakı fikirləri ilə yekunlaşdırdı: “Dövlətin Konstitusiyası və qaydaları beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri əsasında həyata keçirilməli, xalqın isə sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ təmin edilməlidir.”

Yazıya 15 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.