Bu dünyanı Yaradan, yaratdı yaşayasan.
İxtiyarın yox sənin dünyanı dağıdasan.
Ancaq yenə göstərir insan vəhşi xilqətin,
Torpaq üstə qan tökür, alır şeytan sürətin.
.
Dünya doyub topların, bombaların səsindən,
Susdurun bu səsləri nəfəs alsın dərindən .
Sərhəd çəkib hər dövlət torpaq üstə davadı.
Bilmirlər ki, bu dünya necə fani dünyadı.
.
Dünya süzür səmada gözlərindən qəm yağır.
Səmada gəzəgənlər dünyaya bir çür baxır.
Deyirlər, bu nə səsdi hərdən silkələnirsən,
Bizim kimi sən niyə sevinib, gülməyirsən?
.
Bilmirlər ki dünyanın ürəyindən qan axır.
Hər tərəfindən, hər gün gör neçə yara alır.
Sinəsində, dözülməz şeytanlar məskən salıb.
Hər atılan bombalar dünyanı yaralayıb.
.
Şikayət etmir heç vaxt yaşatdığı nadandan.
Fikirləşir cavabın özü verəcək dövran.
Fırlanır qəmli qəmli, səbri böyük dünyanın,
Səbri dolunca ancaq, almaq olmaz qabağın.
.
Hələ susur, danışsa od tökəcək dilindən.
Gözü doymayanların, gətirəcək gözündən.
Qan qusdurub alacaq şəhidlərin ahını,
Siləcək köklərini, dünyadan yer üzündən .
.
29.10.2020.
***
İgid əsgərlər
.
Dünya duysun bizim haqq səsimizi,
Geriyə yol yoxdu, ləngitmə bizi
Yolumuz haqq yolu, Vətən yoludu
Heç qüvvə ayırmaz bu yoldan bizi
.
Yaşa Vətən oğlu, igid əsgərlər
Sizinlə fəxr edir vətən sevərlər
Qovun düşmənləri torpağımızdan
Topaqdan pay olmaz bunu bilsinlər
.
Ucalsın göylərə bu haqq səsimiz
Haqq qalib gələcək, haydi irəli
Tanrıya əmanət hər əsgərimiz
Ruhunuz şad olsun şəhidlərimiz
.
Səbrimiz tükəndi gözümüz döndü
Yağı düşmənlərin çırağı söndü
İndi ölüm belə qorxutmur bizi
Şanlı qələbələr səsləyir bizi
.
Fərx etdim səninlə qəhrəman xalqım
Öz sözün dəyəndə Baş Komandanım
Birləşdik hamımız bir yumruq kimi
Döyüşə hazırdı hər Vətəmdaşın !
.
20.10.2020
***
Yüksələn bayrağım
.
Yaşa odlar yurdum Azərbaycanım.
Səndən ilham alır ürəyim, canım.
Var olsun yurdumun mərd oğulları,
Sizə əmanətdir vətən torpağı.
.
Od püskür nəfəsin yaxsın düşməni,
Bir də düşünməsin bizim vətəni.
Son olsun düşmənə bu verdiyin dərs,
Qızıl xətlə yazdın sən səlnaməni.
.
Qoru vətənmi yağı düşməndən,
Sizə əmanətdir hər zaman Vətən.
Mübariz ordumun qəhrəmanları,
Yaşatmaz vətənə xor baxanları.
.
Qaldır bayrağımı qoy dalğalansın,
Hər tərəf rəngindən nura boyansın.
Canını vətənə fəda edənlər,
Ruhunuz sevicdən payını alsın.
.
Yüksələn bayrağım bir də enməsin,
Üstünə duman çən bir də gəlməsin.
Səs sal Azərbaycan hürriyyətinlə,
Dünya, şöhrətindən desin, dövlətim.
.
02.11.20.
***
Azərbaycanımın qəhrəmanları
.
Ay mənim qəhrəman igid əsgərim,
Sənə sonsuz oldu sevgim, rəğbətim.
Canını vətənə qurban edənin,
Unutmaz adını, heç vaxt millətim.
.
Biz isti otaqda siz səngərdəsiz,
Uca zirvərlərdə, soyuq yerdəsiz.
Gecə də gündüz də şanlı ordumuz
Xalqın duasında, ürəyindəsiz!
.
Biz süfrə başında, siz döyüşdəsiz,
Tankların, topların dövrəsindəsiz.
Hər tikə kəsəndə,sizi düşünən,
Qəhrəman xalqımın ürəyindəsiz.
.
Düşünən hər kəsin fikirindəsiz
Xalqın diqqətində, nəzərindəsiz.
Haqqı tələb edən şanlı ordunun,
Ya qazi ,ya şəhid zirvəsindəsiz.
.
Xalqımın qəhrəman mərd oğulları,
Tanrıya xoş gəlir el duaları,
Hər kəsin duası sizinlə olsun.
Azərbaycanımın qəhrəmanları!
.
28.10.2020.
***
Şəhid
.
Ay ana, ağlama dik tut başını.
Şəhidlər ölmürlər tutma yasımı.
Ruhum ətrafında dolanır durur,
Halal et vətənə mənim qanımı.
.
Gedən cismim oldu ruhum səninlə,
Dua et yenə də sən öz dilinlə.
Hər kəsin bir alın yazısı olur,
Fəxr elə ay ana, sən Şəhidinlə.
.
Kimi əməlilə, kimi canıyla,
Kimi qələmiylə, kimi qanıyla.
Hər kəs bu vətənə xidmət etməli.
Gücü yetən qədər hər amalıyla.
.
Bir gözün ağlasa bir gözün gülsün,
Halaldı oğluna verdiyin südün.
Torpaqdan yaranan torpaq olacaq,
Bir şəhid yerinə min doğulacaq
.
Vətənin başını uca tutanlar,
Ən ali rütbəyə layiq olanlar,
Ya şəhid oldular, ya da ki qazi.
Vətəni uğrunda canın qoyanlar!
.
Gülün qönçəsi tək açmadan soldun,
Ananın gözünü sən yolda qoydun.
Ruhun qarşısında baş əyirəm mən,
Ən uca məqama sən layiq oldun.
.
Şəhid adın mübarək, şəhid qardaşım,
Vətənin oğlusan, sən vətən daşım.
Yerdə qalmayacaq bir damla qanın,
Sizinlə fəxr edir Azərbaycanım!
.
21.10.20.
***
Zəfər çalan ulu dövlət
.
Səndən ayrı düşən millət
Dönəcəkdi bir gün mütləq
Doğma yurdum Qarabağım
Zəfər çalan ulu dövlət.
.
Dədəm Qorqud qopuz çalsın,
İgidlərin at oynatsın.
Qarabağın göylərində,
Bayrağımız dalğalansın.
.
Hər qarışın igid qanı,
İgidlər yazdı dastanı.
Otuz illik həsrət bitdi,
Səsləndir qara zurnanı.
.
Çal aşıq çal, səs sal elə,
İgidlərim yallı getsin.
Qızlar İsa bulağından,
Səhənglərdə su gətirsin,
.
Olsa da qış Xarı bülbül,
Qönçələr aç, ətirli gül.
Adın qoyan elin gəlib
Qarşılasın sona bülbül.
.
Xankəndidən Zəngi sədası
Bəzənib Şuşa qalası.
Xan əminin gəlsin səsi
Qarabağın şikəstəsi.
05.11.2020
Yazıya 674 dəfə baxılıb