Şəhid dostum Abbasov İlkinin əziz xatirəsinə…
Bəlkə mənə tanrı rəva bilmədi,
Dərənmədim bu gülləri , bir daha.
Bu şeirin başqa cürdür qisməti
Ovundurar könülləri , bir daha.
Həyat bir iblisdir , işi xatalı ,
Ömrüm ötür tufanlarda bəlalı
Doğmalarla ,həm atalı ,analı
Çətin tapam o günləri , bir daha.
Hələ deyilməmiş neçə sözüm var
Bir övlad axtaran qəmli gözüm var
Hər daşda , cığırda , kiçik izim var
Ruhum gəzər o çölləri bir daha .
Yağışda , günəşdə cürüyür budaq
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq..
Yaşayarmı fəsilləri , bir daha ? !
Borcun ödənməzi , Ana bağışla !
İndi xatirəyəm bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da..
Tutarammı o əlləri , bir daha ?!!
Yazıya 455 dəfə baxılıb