Həyatda tənha olub,ömrünü tənha başa vuran
insanlar və şəhidlər mənim yaralı yerimdir.Ülvi kimi ömrünü tək-tənha yaşayan Şəhidlər, bu yazımı Sizlərə həsr edirəm.
Həyatın qanunlarını anlamaq o qədərdə asan deyildir. Çünkü, onun qanunları çox mürəkkəb,olduqca keşməkeşlidir .Sirrini kimsə ilə paylaşmaz,varını-dövlətini hamıdan gizli saxlar.Kimini sevinclər içində üzdürər, kimini qəm karvanında yaşadır.
Hələ uşaq yaşlarımdan nənəmi,anamı,xalalarımı ağlayan görmüşdük, çünkü onların da qardaşları gənc yaşlarında dünyasını dəyişmişdi.Bu günə kimi bu qətlin sirri açılmadı,baxmayaraq o gündən yetmiş iki il ötmüşdür,Bakiya vəzifə təyin olunmaq üçün, gəldi,amma yaşadığı rayona cəsədi döndü.
Ondan yaxınlarına yadıgar qalan, hansisa məşhur şairin məhv etdiyi şeir dəftərı,lal baxışlı şəkilləri,birdə qonaq qəbul etməyən qara daşı,yəni qapısız,pəncərəsiz evi,məzarı vardir.
Bu gün iyirmi bir yaşlı gözlərindən sevinc,çöhrəsindən gülüş yağan atasız,anasız böyüyən, bu şəhid rəsmi məni dirigözlü məhv etdi.Az yaşlı uşaqlar belə bu rəsmın sahibi Ülvi üçün göz yaşı axıtdilar.
Sən, bu duruşunla ƏliƏkbərə çox bənzəyirsən.Səndə onlar kimi uca məqama, şəhidlik məqamına qovuşdun ,cəsur Şəhidım!
Səni çox yaxından tanımaq istərdim,sənin haqqında daha geniş yazmaq idi arzum.Bu gün səni Azərbaycan xalqına öz ürək sözlərimlə yenidən tanıdacam və bu tanitımı özüm üçün müqəddəs borc sanacam.
Bir dəfə atasız anasız böyümüş yaşlı insana, belə bir sualla müraciət etdim.
-Atasiz anasız böyümək nə deməkdir bunu hamıdan yaxşı sən bilərsən,çünkü bu həyatı sən yaşamısan?
O, insan diqqətlə mənim üzümə baxdı və mənim sualımı belə cavablandırdı:
-Düzdür, mən körpəlikdən atasız-anaslz böyüdüm, amma mənim qeydimə qalan yaxınlarım vardı, onlar mənə bu hissi,yəni yetimlik hissini yaşatmadılar, hər zaman arxam-dayağım oldular,Ali məktəbi bitirdiyim günədək mənə dəstək oldular,bir gün olsun məni yalqız,tənha buraxmadılar.Bu gün həyatda varamsa nənəmə,babama,Əminə minnətdaram
Amma,həmin dövürdə mənlə yaşıd bir-iki uşaqda valideyinlərinin itirmişdilər,o uşaqlar bilməyir Rusiyanın hansı şəhərində yaşayırlar,,necə oldular,bu gün belə insanlar onların talehindən bixəbərdirlər.Valideyinsiz qalan körpələrə onun yaxınları,insana sahib çixmalıdır,yadlar ümüdünə qalsan bu həyat səni yenidən üzər-söylədi.
–Bəs, sən necə böyüdün Şəhidim!!!!????
–Sən də firavan ömür sürdünmü,arxan-dayağın oldumu?
Yetim olmaq,atasız anasız böyümək nədir o ağrını yaxinlarin bəlkə sənə də yaşamadılar,yetim olmaq,valideyinsiz böyümək çox çətindir, çox.Bu çətinliyi yalnız o həyatı yaşayanlar anlar.Kimisi səni evinə qəbul edir,kimisi:
-o, yetimi bura nə üçün, dəvət etdiniz deyə qapısından qovarlar. Belə namərd insanlar bu gün belə zalım dünyada vardır, etdikləri səhvlərin qəlblərə vurduqları yaraların ağırlığını düşünmədən yaşayırlar.Rəbbim heç bir övladı atasız-anaslz etməsin,onları bu acılara imtahan etməsin,amma Rəbbim sənə qıydı,sənin tənha böyüməyini istədi, sən Ülvünü valideyinsiz,yalqiz buraxdı.Hansı insanın etdiyi günahın qisasını səndən aldı ulu yaradan?
Heç həyat üzünə güldümü,bir gün olsa belə həyatda xöşbəxt yaşadınmı!!!??? Yaşadığın hansı günün xoş xatirəsini unutmadın?
Sənin şəklini paylaşan insan belə yazmışdı:
“Atasız-anasız,mən bir əziyyətlə böyüyən Ülvi.Sənin
yaşadığın həyat haqda heç bir məlumatım yoxdur, amma bu gün bu yazımı sənin haqqinda yazıram. Bəlkə yaxınların bu yazımı oxuyub məni qınayarlar:
-nə üçün onun haqqinda səhv məlumatlar yazdın- söyləyərlər.
Bir dəfə övladı səksən yaşlı anaya belə sual verir:
-Ana ,sən nə üçün belə bikef,qəmgin əyləşibsən?
Altı övlad dünyaya gətirən ananın övladına cavabi bu olur:
-Bala,sən bilməzsən mən nə çəkirəm, çünkü anam,atam,bacım,qardaşım hamısı dünyasını dəyişib, mən bu həyatda tənha qalmışam.Mənə bu yaşda dərdləşmək, üçün ana-bacı,qardaş lazımdır.
Anadan bu sözləri eşidən övlad susur və qəlbində düşünür:
-deməli biz övladlar anamıza bacı-qardaşı qədər yaxın deyilik.Anamız bu yaşında özü üçün, bacı və qardaş axtır,demək ananın qəlbi övladlarına deyil, bacisına-qardaşına bağlıdır.
Şəhidim,bəs sən atasız-anaslz,bacısız-qardaşsız necə böyüdün?
– Ürəyin dolanda,könlün yaralananda kiminlə dərdləşirdin,sənin yaralı qəlbinə məlhəmi kim sürürdü,sən kiminlə sevincini-kədərini bölürdüm,kiminlə!!!!!???
Görən kim düşünürdü, Ülvi yemək yedimi,paltarları təmizdirmı,yaşadığı ev istidirml deyə, sənin qeydinə kim qalırdı?
Sən dünyaya gələndə birinci Qarabağ savaşı çoxdan başlamışdı,amma bu torpaq uğrunda gedən döyüşlərdə döyüşmək sənin qismətinə yazılmışdı.Oğlan uşaqları dava-dava oyununu körpəlikdən sevərlər,yalançı güllələrlə birini yaraladıqları an dünyalar onların olar.
İkinci Qarabağ döyüşünə ilkin qatılanlardan biri sən oldun,kim səni yola saldı kim,arxanca kim su atdi,sağ get,salamat geri dön duasını sənin üçün kim etdi?
Yaşadığın evin həyətini tərk etdiyin an,nələr düşündün,kaş yanında olaydım,sənin kiçik qəlbində yerləşən,böyük arzuların sirlərindən agah olaydım.Səni bir ana kimi cəbhəyə yola sala biləydim.
Övlada laylanı ana çalar,çaldığı laylasında övladına xoş arzular arzulayar.Övlad zamansız dünyasını dəyişərkən yenə ona laylanı ana çalar,ürək yaralayan ağilar söylər:
– Bu dünyadan nakam köçən balam laylay deyən, ,arzusu,istəyi qəlbində qalan balam laylay söyləyən ana,Allahım belimi qırdın,ən böyük müsbətdir ata çiynində oğul məzara getsin- söyləyən atalar olur.
Amma, sən şəhid oldun,şəhid olduğun üçün, atan sənin ölmünə qürur duyardı,fəxarət hissiylə:
– mənim oğlum vətən uğrunda gedən döyüşlərdə,İkinci Qarabağ müharibəsində dünyasını dəyişdi- deyərdi.
Bəlkə anan ağlamazdı;
-Mən oğlumu bu dünyaya vətənini qorumaq üçün, gətirmişdim,çünkü bu hamımıza bəllidir oğul düşmən çəpəridir söyləyib ulularımız,mən oğlumun Şəhidlik zirvəsinə qovuşduğu üçün,onunla qürur duyuram söyləyəcəkdi..Oğlum şəhid olmasıyla bərabər, düşmənlərini də məhv edərək,vətən torpağıňa çəpər oldu söyləyərdi.
_Qardaşız canım vay söyləyən bacı ,qolum,qanadım sindi söyləyən qardaş olar,amma……
Bəs sənın üçün son laylanı kim çaldı,namərd gülləsi səni yaralayanda qəlbindən kimlərlə vidalaşmaq keçdi?
Kimə son sözlərini söyləməyi düşündün,bəlkə də sevdiyin qıza yazdığın son mesajın yarımçıq qaldı.
Sən şəhid oldun, adını şəhidlər siyahısına qızıl hərflərlə yazdın.Çünkü, şəhidsiz müharibə hərb tarixində görünməyib.Şəhidlərin qanı bahasına torpaqlarımız mənfur düşmən tapdağından azad edilir.
Bu gün səni və digər şəhidlərimizi bütöv Azərbaycan xalqi tanıyır,və hər bir zaman, sizləri qəlbimizdə yaşadaraq gələcək nəsillərə tanıdacayiq.
Səni heç kim unutmayacaq, hər zaman yaddaşlarda yaşayacaqsan.Artiq sənin milyonlarla atan,anan,bacın,qardaşın vardır.Məkanln cənnət olsun şəhid Ülvi!!!
Səndən bizlər üçün, yadıgar qalan şəkillərin və başdaşın oldu igid,nakam Şəhidim.
Artiq qisasınız alındı, Azərbaycanın Müzəffər ordusunun cəsur əsgərləri qələbə çaldılar, zəfər bizimdir,amma bu günü görmək sənə və digər şəhidlərimizə qismət deyilmiş,yəqin sizin alın yazınız belə yazılıbmış.
Düşmən əlində əsir qalan torpaqlarımız, sizin qanınız bahasına bizim oldu, torpaqlarımız geri döndü,amma sən geri dönmədin,heç bir zaman da dönməyəcəksən.Torpaq olub torpaqlara qarışdın.
Sənin, məzarın üstə ürəyi sənin üçün yanan insanlar ağı söyləyib,saçlarını yoldular.Qəlbi vətən üçün döyünən şəhid məzarında rahat yat söylədilər.
Amma sənın -“Ana mən şəhid oldum” söyləməyə dilin gəlmədi,çünkü sən o ananı illər öncə itirmişdin,vətən adli anan səni doğma anandan çox sevdi,çünkü onun qucağı çox genişdir,onun qucağında,siz Şəhidlərin hamısına yer var.
Onun qolları çox uzundur,o ögey-doğmalıq etməyi bacarmır,hər birinizi qolları arasına almağı çox gözəl bacarır, o qollar sizə daha möhkəm sarılacaq, o ana sizin yanaqlarınızı öpüb,sizi oxşayacaqdır..
Unutmayim,Siz şəhidləri unutduğumuz gün,bizim öldüyümüz gündür!
Yazıya 469 dəfə baxılıb