“PEDAQOGiKA: MÜNTƏXƏBAT” NƏŞR OLUNDU

PEDAQOGİKA. MÜNTƏXƏBAT. SON VARİANT“Mütərcim” nəşriyyatında professor Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Rəhiməxanım MəmmədzadəLalə Məmmədəlinin müəllif-tərtibçiliyi ilə ali təhsil müəssisələri üçün “Pedaqogika: Müntəxəbat” dərs vəsaiti işıq üzü görmüşdür.

         Dərs vəsaitinin elmi redaktoru professor Fərrux Rüstəmov, rəyçiləri professorlar Fərahim Sadıqov, Hümeyir Əhmədov və  İntiqam Cəbrayılovdur.

          Ali təhsil müəssisələri üçün müxtəlif alimlər tərəfindən yazılmış pedaqogika dərslikləri vardır. İstər müəllimlər, istərsə də tələbələr həmin dərsliklərdən lazımımi şəkildə faydalanırlar. Təqdim olunan dərs vəsaiti pedaqogika üzrə mühazirə və seminar məşğələlərinin səmərəli təşkilinə  kömək etmək məqsədi ilə hazırlanmışdır. Dərs vəsaiti tərtib olunarkən “Pedaqogika” dərsliklərinin materiallarından və pedaqoji mövzuda yazılmış  elmi məqalələrdən  istifadə edilmişdir.

Müntəxəbata Yan Amos Komenskinin, Azərbaycanın görkəmli pedaqoq və psixoloqlarından Mehdi Mehdizadənin, Əhməd Seyidovun, Mərdan Muradxanovun, Zahid Qaralovun, Hüseyn Əhmədovun, Abdulla Mehrabovun, Əbdül Əlizadənin, Nurəddin Kazımovun, Əliheydər Həşimovun, Yəhya Kərimovun, Əjdər Ağayevin, Yusif Talıbovun, Akif Abbasovun, Oruc Həsənlinin, Fərrux Rüstəmovun, Fərahim Sadıqovun, Ənvər Abbasovun, Rəfiqə Mustafayevanın, Sərdar Quliyevin, Müseyib İlyasovun, Firədun İbrahimovun, Ləzifə Qasımovanın, Vidadi Xəlilovun, Hümeyir Əhmədovun, Piralı Əliyevin, Şahin Tağıyevin, Rüfət Hüseynzadənin, Məcid İsmixanovun, İramin İsayevin, Allahverdi Eminovun, İntiqam Cəbrayılovun, İlham Cavadovun, Vidadi Bəşirovun və b. pedaqogikanın ümumi məsələlərinə, təhsil, təlim və tərbiyə nəzəriyyəsinə, məktəbə rəhbərlik və onun idarə olunmasına, kurikulum, təhsil standartları,  taksonomiya, pedaqoji diaqnostika və ekspertiza, monitorinq və qiymətləndirmə, pedaqoji fikir tarixi və s. bu kimi məsələlərə həsr olunmuş materialları daxil edilmişdir.

Dərs vəsaitindən ali məktəb tələbələri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, valideynlər, həmçinin geniş oxucu kütləsi də faydalana bilərlər.

 

 

 

Yazıya 538 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.