AKİF ABBASOV – ALLAHIN BƏLASINA GƏLDİ

akif abbasov(hekayə)

Yenə də Şura hökumətinin vaxtları idi. Ermənilər orada-burada, əsas yerlərdə işdə-gücdə, vəzifədə   idilər. Azərbaycanlıların başında turp əkirdilər. Onlara gözün üstə qaşın var deyə bilməzdin. O dəqiqə “millətçilik edirsən”, yaxud da “sovet əmlakını dağıdırsan”, “sovet hökumətinin düşmənisən” deyə şərləyib axırına çıxırdılar.

Şura hökuməti azərbaycanlıların hüquqlarını, haqqlarını hər cür tapdalayaraq, ermənilərə dəstək duraraq və onların sözlərini həmişə eşidərək, bizimkilərə zülm edirdilər. Bakıdan, Azərbaycanın şəhər və rayon mərkəzlərindən başqa ermənilər kəndlərə də doluşmuşdular. Kəndlərdə də min hoqqadan çıxırdılar.

Rüstəmli kəndində Siranuş adlı bir erməni qadın vardı. Kolxozda briqadir işləyirdi. Kolxozun hesabına özünə yaxşı ev-eşik də tikdirmişdi.

Kənddə bir Mahmud kişi də vardı. Fağır adam idi. Mahmud üç qız atasıydı. Qardaşı vaxtsız vəfat etdiyindən onun qızı Səlvinazı da evinə gətirmiş, öz qızlarından ayırmadan onun da təlim-tərbiyəsini, dolanışığını, qayğılarını öz üzərinə götürmüşdü.

Erməni Siranuşun kənddəki zülmü ərşə dirənmişdi. Amma camaat bir təhər dözür, səsini çıxarmırdı. Onsuz da onların sözünü eşidən olmayacaqdı. Bu erməniyə qulaq asacaqdılar.

Gün gəldi, Mahmud kişinin arvadı Səriyyə dünyasını dəyişdi. Qızlar hələ kiçik idilər. Kolxoz işinə dünənə qədər Səriyyə gedərdi. Səriyyə rəhmətə getdiyindən Siranuş Mahmudu məcbur edirdi ki, böyük qızını, yəni övladlığa götürdüyü qızı – Səlvinazı əkinə-biçinə göndərsin.

Bu qız qardaşının qızı idi. Həm də o biri üç xırda qıza baxır, onların qulluğunda durur, pal-paltarlarını yuyur, evi yığışdırır, yemək bişirirdi. Doğma atası kimi Mahmud kişinin də qayğısına qalırdı. Odur ki, Mahmud kişi birtəhər Siranuşu razı saldı:

-O qız mənim uşaqlarıma baxır, -dedi. -Onun əvəzində özüm islərəm.

Mahmud dediyi kimi etdi.

Siranuş camaatı necə bezdirmişdirsə, öz aralarında ona “Bayquş” deyirdilər.

Bu bayquş səhər tezdən – dan yerinə qan sızmamış, saat 5-də at belində, əlində qamçı, ayağında uzunboğaz xrom çəkmə bir-bir həyətlərə girir, camaatı yuxudan oyadır, qamcılayıb qabağına qatır, xiş sürməyə, əkin-biçinə göndərirdi.

Xışa kişilər gedirdilər. Onlar çöldə inəkləri xışa qoşur, torpağı şumlayırdılar.

Kənd əhlinin dolanışığı onsuz da kolxoz işindən çıxırdı. Onlar çöl, tarla işlərindən yayınmırdılar. Stalin dövründə buna kim cəsarət edərdi? Amma Siranuş lap ağını çıxarmışdı. Zülmü ərşə dirənmişdi. Kimin hünəri vardı ki, ona gözün üstə qaşın var desin?!   Sürgünlə hədələyirdi. Səhər sübhdən tarlada olan adamları bir də qaş qaralanda evə buraxardı.

Mahmud kişinin mal-qaradan  vur-tut bir inəyi vardı. Qızları onun südü ilə saxlayırdı. Necə olmasa, yavanlıq idi.

Mahmud kişi bir gün səhər tezdən baxdı ki, inək yoxdur. Başa düşdü ki, heç kimin yox, Siranuşun zavalına gəlib, aparıb xışa qoşub. Mahmud kişi dilxor olsa da, qanı bərk qaralsa da, səsini çıxarmadı. Bu yaşında Sibirə getməyə halı yox idi. Qızlar da başsız qalardılar.

Mahmud kişi əlinə keçəndən yeyib birtəhər toqqasının altını möhkəmlətdi. Geyinib pay-piyada yola düzəldi. İnəkləri təzəcə xışa qoşmuşdu ki, bir də gördü ki, Siranuş atını çapa-çapa gəlir.

Mahmud kişi sarısını uddu: “Görəsən indi nəyi bəhanə edib məni şallağa tutacaq?!”

Mahmud kişinin gözləri Siranuşda idi. Yaxınlaşırdı. Amma gəlib çata bilmədi. Çayı keçmək istəyəndə at nədənsə hürkub Siranuşu yerə çırpdı. Yerdə çay daşları vardı. Daşlara dəyən Siranuşun başı-gözü dağıldı.

Mahmud kişi yaxın gəldi. Siranuş yerdə çabalayır, dil çıxarıb yalvarırdı.  Mahmud kişinin ona yazığı gəldi. Necə olmasa insan idi, qadın idi. Sonra fikirləşdi ki, bu yaramazda nə insanlıqdan, nə də qadınlıqdan əsər-əlamət yoxdur.

Mahmud kişi ətrafa göz gəzdirdi. Hələ işə çıxan yox idi. O, üzünü çevirib evinə qayıtdı.

Aradan bir neçə saat keçdi. Kəndə səs yayıldı ki, bəs Siranuş gəbərib.

Buna hamı sevindi. Fikirləşdilər ki, Allahın bəlasına gəlib!

Bakı şəhəri, 29 aprel 2021-ci il

 

Yazıya 237 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.