Elçin Hüseynbəyli beynəlxalq mükafata layiq görülüb

Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Abay International Poetry Academy tərəfindən Elçin Hüseynbəyliyə Abay Kuananbayev Qızıl Medalı təqdim olunub.

Mükafat dünya ədəbiyyatının inkişafına mühüm töhfələr verən, ədəbiyyat sahəsində əhəmiyyətli nailiyyətlər əldə edən sənət adamlarına təqdim edilir.

Qeyd edək ki, Beynəlxalq Akademiyanın prezidenti Uluqbəy Esdövlət tərəfindən imzalanmış diplom və medal Elçin Hüseynbəyliyə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən təqdim olunub.

Mükafatlandırma mərasimi Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə tanıdılması və ədəbi əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisə kimi diqqət çəkib.

AYB Mətbuat Xidməti

Yazıya 4 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.