Tural Sahab- Papazın qızı…

tural sahab

Evləri qədim olan bu kəndin üzərindən Günəş hər dəfə keçib, qüruba yaxınlaşdıqca iki ürəyin döyüntüləri artır, sevincləri dünyaya sığmırdı. Bunlardan biri kənd kilsəsinin papazı Vilsonun qızı gözəl Elena, digəri isə elə Vilsonun gənc yardımcısı Hans idi. Günəş batan kimi gənc sevgililər kilsədə görüşür, Tanrıdan günahlarının bağışlanmasını dilədikdən sonra ən gözəl günahı işləyərdilər. Hans Elenanın dodaqlarından öpməyə başlayanda bir bulud Ayın qarşısına keçir, Elenanın ehtiraslı səsləri duyulmağa başlayanda isə kəndin pişikləri səs- küy salıb aşiqləri qoruyardı. Bax yenə Hansın dodaqları Elenanın bədənində gözəl bir şeir yazır, bu şeiri, ancaq ay, pişiklər, bir də Tanrının özü görür. Kilsənin yuxarı başında dayanan İsa heykəlinin gözlərindən yaş axır, İsa özü isə göy üzündən baxıb gülümsəyir. İndi bu kilsədə İsanı və Tanrını xatırladan tək şey bəlkə də bu gənclərin sevgisi idi. Papazlar  öz xeyirləri üçün İsanın gətirdiyi bir çox şeyi dəyişdirib, özünü də Tanrının oğlu adlandırmışdılar. İnsanların sevmək hüququnu əlindən alır, onları rahib və ya rahibə adı altında kilsələrə məhkum edirdilər. İnsan tək yaşaya bilsəydi Adəmi yaradan Tanrı  Həvvanı yaratmazdı. Nə yazıq ki, insanlar bunu   anlamırdı.

Papaz Vilson da qızı Elenanı rahibə olmaq üçün qəsəbədəki monastra göndərəcəkdi. Burada “bakirə” Elena özünü Tanrıya və İsaya adayacaq, ömrünü ibadətlə başa vuracaqdı. Beləliklə yaşlı papaz cənnətdəki yerini qazanmış olacaqdı.. Bəs Elena? Görəsən o, nə istəyirdi? Onun  istədiyi məlum idi. O, Tanrını da, İsanı da çox sevirdi, ancaq o, Hansı da çox sevirdi. Həmişə kilsəyə gələndə öz- özünə düşünərdi görəsən heç İsa sevibmi, bir qadınla birlikdə olubmu? Oxuduğu kitablarda İsanın da evləndiyi haqda məlumatlar vardı. Əgər İsa evlənibsə Elena niyə yaraşıqlı Hansla evlənməsin?!

İndi Elena Hansın boynundan öpür, Hans isə onun ipək saçlarını oxşayırdı. Hansın  güclü qolları arasında bir quştək titrəyirdi, Elena. Daha səsini boğmaq üçün uğraşmırdı, sevdiyinin qollarında bütün xoşbəxtliyi dadaraq inildəyirdi. Bu səsi eşitmək hər kişiyə qismət olmurdu, qadınlar yalnız sevdikləri kişilərin qoynunda bu cür xoşbəxtlik duyurlar.

Bir neçə gündən sonra ayrılığın olması, aşiqləri  bir- birilərinə daha da yaxınlaşdırırdı, . Əgər gücləri yetsə qovuşarlar, iki ruh bir bədənə sığınar . Əgər gücləri çatsa bütün monastrları dağıdar, sevən insanlar üçün ev tikərdilər, ancaq indi onların gücü yalnız dəli kimi sevişməyə çatırdı və onlar da Ayı buludların arxsasına, pişikləri də küçəyə dəvət edib, su ilə torpağın qovuşması kimi qovuşurdular. Su torpağa qovuşanda yeni bir həyat yaranır,  çiçəklər torpaqdan baş qaldırır. Bəs bu qovuşma necə olacaqdı?, “bakirə” adı ilə monastra gedəcək olan Elenanın aqibəti necə olacaqdı?

Və sabah açılırdı sakitcə, buludların arxasından başını utancaq bir qız kimi qaldıraraq. Günəş doğur, sabah açılır, ayrılıq şeiri özünün ən  can alıcı yerini yazdırır Hansın dodaqları ilə Elenanın boynuna. Sizi heç, sevdiyiniz boynunuzdan öpdümü? Elenanın sevdiyi öpmüşdü

Siz heç sevdiyinizin qollarındakı cənnətdən ayrılıb, nifrət qoxuyan bir binanın qapısından içəri girmək  məcburiyyətində qaldınızmı?- Elena qalacaqdı. Hansın qollarından ayrılıb, heç bir ümidi olmayan monastr rahibələrinə qoşulacaq, digərləri kimi axirətdə İsa ilə evlənməyin xəyalını quracaqdı. Bəs görəsən İsa onlarla evlənməyə razı olacaqdımı?

Deyir Tanrı sevdi, çox sevdi və bu sevgidən dünyanı, insanı yaratdı. Sonra insanlar Tanrının adından yalanlar uydurub, insanlara sevginin haram olduğunu söylədilər. İnsanlar qorxdular sevgidən. Elena bir neçə gün sonra monastra yola düşdü. İçəri daxil olub, nəm qoxuyan otaqların yanından keçəndə özü də bilmədən İsanı və onun sevdiyi qadını Maqdalenanı düşündü. Onlar haqqında çox az məlumat qalmışdı, sevgiyə düşmən olanlar, beyinlərində uydurduqları İsa Məsih obrazına sevgini yaraşdırmırdılar. Sevgi olan Tanrının elçisi də əlbətdə sevəcəkdi, bircə bunu bilirdi. İsa qadınını çox sevirdi, bunu sevən bir insan olaraq ona ürəyi söyləyirdi.

Monastra daxil olub köhnə otaqlardan birinə yerləşdi. Bu divarlarda kim bilir neçə insanın baxışlarının ölümü vardı. İlk dəfə bu otaqda qarnındakı körpəsini hiss etdi. Necə olacaqdı bilmirdi, bakirə adı ilə daxil olmuşdu bura, əslində isə hamiləydi, ancaq Məryəm də hamilə deyildimi, İsaya. Hamilə olaraq qulluq etmirdimi Tanrıya?

Elena  monastra gedən gündən Hans dəliyə dönmüş, yerə- göyə sığmırdı.Nəsə eləmək istəyir, qorxaq insanlar kimi təslim olmaq istəmirdi, yaxşı bilirdi qorxaqların xoşbəxt olmağa, yaşamağa haqlarının olmadığını…

Sabah papaz Vilsondan izn alıb, kənddən qəsəbəyə doğru yola düşdü. Az getdi, çox getmədi- elə də uzaq olmayan qəsəbəyə çatdı. Bir ağacın kölgəsinə uzanıb, gecənin gəlməsini gözlədi. Gecə düşüncə monastra gedəcək və gözəl Elenasına qovuşacaqdı. Bir az göy üzünü süzdü mavi baxışlarla, sonra yuxuya getdi. Oyananda artıq Günəş göy üzündə yox idi, Ay və onun pərdəsi olan qara bulud  onları gözləyirdi.

Sakitcə Monastırın həyətinə gəldi, arxa pəncərələrdən birinə yaxınlaşıb, eyni həsaslıqla yuxarı  çıxmağa başladı .Əli, dizləri yaralansa da vaz keçmədi, içəriyə daxil oldu. Qaranlıq koridorlardan keçib sevdiyi qadının otağını axtarmağa başladı. Bir xeyli gəzdikdən sonra Elenanın olduğu otağı qoxusundan tanıdı, içəri daxil oldu. Qapıdan girən kimi dodaqlar birləşdi, göy üzündə şimşəklər çaxdı, ilk dəfə bu binanın həyətində də pişik səsləri gəlməyə başladı…

Artıq Elena səslərinə mane ola bilmir, dəli kimi inləyirdi. Bu iniltini yaşamasa da çox yaxşı tanıyan yaşlı bir rahibə yuxudan oyanıb, Elenanın otağına tərəf getdi, sakitcə dinləməyə başladı. İçəri daxil olmaq əvəzinə onları izləyirdi, bədənin titrədiyini hiss elədi, kişi nəfəsi dəyməmiş sinəsini atəş basdı, özü də bilmədən içəri daxil olub, əynindəkiləri çıxarıb atdı. Elenanın üzərində olan Hansı özünə tərəf çəkib, boynundan öpməyə başladı. Elena heç nə anlamadan donub, yerində qalmış, Hans isə yaşlı rahibəni özündən uzaqlaşdırmağa çalışırdı. Rahibə isə yalvarırdı onunla birlikdə olsun deyə. Özünü toplayan Hans pəncərədən çölə atıldı və yaşadıqlarını anlamağa çalışmadan kəndlərinə doğru qaçmağa başladı.

Sabah Papaz Vilsonun və yardımcısı gənc Hansın həyatında heç nə dəyişmədi. Eyni işlər, eyni ayinlər.

Monastrda yaşananlar isə həm Elenaya, həm də yaşlı rahibəyə yuxu kimi gəldiyi üçün kimsə bu haqda danışmadı, indi sadəcə bir məsələ qalırdı o da Elenanın hamilə olması idi.

Hans və Elenanın sevgisi, bu işin sonu necə olacaqdı, onu Tanrı bilirdi, çünki insanlar düşünür, Tanrı isə öz istədiyini edirdi.

İsanı çarmıxa çəkmək insanların, göylərə ucaltmaq isə Tanrının niyyəti  idi.

Yazıya 983 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.