Nurlan Malik oğlu — Kölgə

nurlan981_1064971462_n

Dəqiq deyə bilməsəm məni bağışlayın. Deyəsən,fizikada kölgəni işığın sınmasına bağlayırlar. Kölgə işığın sınmasıdır. Yəni, onda qaranlığın yanması, yaranmasıdır. İşıq sınanda kölgə yaranırmış. Təxmini belə anlayıram.

Ümumiyyətlə götürsək, Yer planetinin ən maraqlı xüsusiyyətlərindən biridir kölgəlilik. Bu dünyada hər şeyin kölgəsi var. Gördüyümüz və görmədiyimiz kölgələrdən ibarətdi yer üzü. Ən böyük kölgə Allahın kölgəsidir. Nəyinsə və kimnsə kölgəsində olanda insanın öz kölgəsi olmur. Amma Tanrı kölgəsində olanın öz kölgəsi mütləq olur.

Köıgə bizi təsdiq edən ən yaxın olanımızdı. Biz birinci kölgəmizdən tanına bilirik. Kölgəmiz bizi əvəz edə bilən ən məhrəm varlığımızdır. Biz başqa şeylərin kölgəsində olanda öz kölgəmiz içimizə düşür. Kölgəmiz içimizdə qırılır belədə.

Parlaqlığından asılı olmayaraq, içimizdə olan işıq, zərrə belə içimizə düşən kölgəmizi sındırır, onu içimizdən kənar etməyə çalışır. Biz hər şeydən və hamıdan qaça bilirik. Kölgəmizdən qaçmaq istəsək də, ondan kənarlaşa bilmirik. Kölgəmiz bizi ruhumuzdan da sonra tərk edir. Kölgə ən sədaqətlidir.

Yerin Günəşə olan vəziyyətinə görə dəyişən kölgəmiz bizə doğuluşdan bir mətləbi qandırmaq istəyir. Müxtəlif ölçüyə düşən, ikiləşən, üçləşən və hətta dördləşən kölgəmiz bizə həyatda dəyişəcəyimizin, böyüyüb kiçiləcəyimizin, ikiləşəcəyimizin, üçləşəcəyimizin və hətta dördləşəcəyimizin işarəsini verir.

Biz həyatda belə olmuruqmu? Sizə sual verirəm, belə olmayanımız olurmu bu həyatda?! Biz gölgəmiz kimi kiçik və böyük olmağa məhkumuq. İkiləşməyə, üçləşməyə və hətta dördləşməyə meylliyik. Bu kölgəmizin bizə qandırmaq istədiyi ən birinci şeydi. Kölgəlikdən qaçaq ki, öz kölgəmiz olsun!

Yazıya 679 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.