Xalq şairi Vaqif Səmədoğlu Ədəbiyyat Muzeyində anılıb

vaqif18 fevral 2015-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Qazax rayonunda yerləşən Ədəbiyyat Muzeyində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının ” Xalq şairi”, Əməkdar incəsənət xadimi, şair, dramaturq, publisist Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Barat Vüsal, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpaq, Azərbaycan Yazıçılar Birliyinin və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi Rüfət Axundlu və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, Xalq şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılığı haqqında ürəkdolusu danışıb, şairin vəfatından kədərləndiyini dilə gətirib, poeziya sevərlərin qəlbində həmişə yaşayacağını vurğulayıb.Tədbirin gedişatında Vaqif Səmədoğlunun müxtəlif illərdə qələmə aldığı şeirləri poeziya sevərlər tərəfindən səsləndirilib.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Kənan AYDINOĞLU
Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri

Yazıya 550 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.