Kultur.az-ın media dəstəyi ilə təqdim olunan “Körpələr evindən məktub” layihəsi daha çox cəmiyyətə,insanlara, valideynlərə, uşaqdan böyüyə hər kəsə SOS-dur. Bütün iştirakçılara təşəkkür edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Fidan OQTAY– ƏRİYƏN ÜMİDLƏR
Salam,Ana!
Bu məktubu gözləmədiyini və göndəriləcək ünvanımın olmadığını bilirəm,amma yenə də sənə yazmaqdan vaz keçmirəm.
Deyirlər, bir yaşımdan burdayam.Sən məni dayəmin qucağına verəndə səndən qopmaq istəmirmişəm. Heç üzünü də xatırlamıram,ana… Xatırl
Analı uşaqlar bahalı oyuncaqlar arzulayar,mənsə səhərlər yuxudan oyananda məni öpən,oxşayan ana arzulayıram…
Səhərlər yuxudan oyanıb anamın qucağına sığınıb bir az daha yuxulamağı arzulayıram…
İlk addımlarımı atarkən sevinən ana, ilk kəlməmi söylərkən sevincindən yerə-göyə sığmayan ana arzulayıram…
Məhz mənim üçün aldığın paltarı,mənim istəyimlə bişirdiyin yeməyi arzulayıram…
Gecələr qorxulu yuxular görəndə qoynuna sığınacaq kimsəm yoxdur,ana…Mən mənim kimi taleyin ümidinə buraxılanlarla yaşayır,böyüyürəm. Ən çətini isə “İnsanın anası olanda necə olur,görəsən? ” sualına cavab axtarıb tapmamaqdır .Mən, həm də, bu hisslərdən yetim qalmışam. Nə vaxtsa, qayıdacağına ümidim yoxdur.Bizi görməyə gələn neçə qadına ana həsrətiylə “Mənim anam ol da, nolar” demişəm… Onların kədərli gözlərinin yaşlarında əriyib mənim ümidlərim…
Sənə qarşı qəzəbli də deyiləm,ana…Varlığını hiss etmədiyim,üzünü görmədiyim,varlığından doğan hissləri yaşamadığım bir insana qarşı necə qəzəblənəcəyimi də bilmirəm. Xəyali anamın məhəbbətinə sığınmaqla keçir günlərim.Məni qucaqlayan yorğanın anam olduğunu düşünərək yuxulayıram bəzən. Analı yuxular görmək ümidiylə..
Nicat
Yazıya 866 dəfə baxılıb