Ziya Alar – “OYUNCAQ”

ziya alar(hekayə) 

Həkim onu sonuncu dəfə müayinə etdikdən sonra başini yelləyərək soruşdu
-Qohum,tanişiniz var?
-Hec kimim yoxdur-uşağa işarə ederək-bundan başqa;- dedi.
Həkim ona yaxinlaşib təmkinlə;
-Heç kiminiz yoxdursa özünüzə deməyə məcburam.Küllü miqdarda pul..yalniz pul xilas edə bilər sizi.Təcili əməliyyat olunmalisiniz..
Otağin bir küncündə qisilmiş uşaq hönkürməyə başladi və bir neçə dəqiqədən sonra qaçaraq otaqdan çixdi.Hara gedəcəyini özu de bilmədən.Bildiyi tək şey anasinin əməliyyatina lazim olan pulu tapib onu xilas etmək idi.
Həkimin səsi hələ də qulaqlarinda cingildəyirdi.Gözünün yaşi isə qurumurdu.Gecədən xeyli kecməsinə baxmayaraq həldə bir ümidlə açiq dükan axtarirdi.məqsədi əlindəki SINIQ-SALXAQ OYUNCAĞını satıb pula çevirmək,həmin pulla anasına dərman almaq idi.
Bir xeyli qaçmişdi ki,yolunun üstundə açiq bir dükan gördü.Düşünmədən özünü içəri atdi.
-Ay uşaq nə istəyirsən?-deyə qaraqabaq satici dilləndi.
Əmi,oyuncağimi satiram,alarsiz?

Satıcı qarşısındakı nimdaş geyimli uşaği başdan ayaqa süzərək dilənçi zənn etdi və qolundan tutub bayira atdi.-”rədd ol”
Kişinin səsindən qorxan uşaq kor-peşman halda oradan uzağlaşdi.Amma tutduğu yoldan dönmədi.Gecədən xeyli kecməsinə baxmayaraq hələ də axtarişda idi.Gəlib çörək bişirilən sexin qarşisinda dayandı.Sexin işığının yanılı olduğunu və içəridə iki nəfərin o yan -bu yana hərəkət etdiyimi sezdi.Tələmtələsik qapını döydü.Pəncərədən başini çixardan orta yaşli qadin təəccüblə
-Gecənin bu vaxti burada nə edirsən?Çörək hazır deyil,səhər gələrsən.
-Mənə çörək yox pul lazimdir.
-Dilənçi doyurdan deyilik,ay bala,çıx get.
-Dilənçi də deyiləm.Oyuncağimi satiram.Neçəyə alarsinz?
Qadin gülərək:
-Ay uşaq qaç işinlə məşğul ol!-deyib başını içəri saldı.
Üzünə çırpılan pəncərənin də önündə bir qədər ağlayib öz yoluna davam etdi.Ağlındasa bir fikir dolaşırdı-”necə olursa olsun oyuncaği satmalıyam”.
Ümidləri tükənmək üzrəykən bir aptekin yanan yaşil işığını gördü.Sevincindən gözləri təkrar yaşla doldu.Arxaya baxmadan yaşıl işıq tərəfə qaçdı.Aptekin qarşısında həyəcandan qıçları əsirdi.Bu yaşıl işıq son ümid yeri idi.Nə etmək gərəkirsə etməli,başqa yolu yox idi.Fikrində tutmuşdu ki,bunlar da oyuncaği almasalar onu dərmanla dəyişsin.Bu arzu ilə aptekə daxil olub növbətçi əczaçıya yaxinlaşdı;
-Xahiş edirəm bu oyuncaği məndən alasiniz.Nə qədər pul versəniz razıyam,təki alın.Anama dərman almalıyam.
-Bura oyuncaq dükani deyil,aptekdir,-əczaci qişqirdi.
-Hec olmazsa dərmanla dəyişərdiniz,nə olar?
-Ay uşaq,get buradan,onsuzda
yorulmuşam,gətirmə məni ora.Get başqa qapıya.
Sızıldaya-sızıldaya oradan çıxdı.Evə tərəf yönəldi.Yol boyu anasının ağrılarını düşünüb üzülürdü.Qayıdarkən addımlarını daha itiləşdirdi.Qacırdi…hönkürə-hönkürə…Anasına tez qovuşmaq istəyi ilə.Ürəyində-”anam ölər görə bilmərəm”,-deyirdi.Yolunun üstündə olan çaya çatdi.Yürüyüb körpünü keçəndə ayaği ilişdi.Yerə çırpıldı.Oyuncaği çaya yuvarlandı.Ayağa durub suyun uzəriylə axan oyuncağina qəmgin-qəmgin baxaraq;
- Anami itirdim:-dedi.
müəllif; Ziya Alar

Yazıya 1004 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.