Sevimli cizgi filmlərinizə baxarkən heç vaxt ekranın o biri tərəfinə düşməyi arzulamamısınız?
“Sehrli” şəhərlərin küçələrində gəzmək, nağıllardakı qəsrlərdə yaşamaq və ya tilsimlənmiş meşədə gəzmək… Əslində bütün bunlar həyata keçirilə bilən şeylərdir, çünki “Disney” multiplikatorları real həyatda mövcud olan yerlərdən ilhamlanıblar.
“Rapuntsel: Qarışıq hekayə” cizgi filmindən olan qəsr
2010-cu ildə çəkilən “Rapuntsel: qarışıq hekayə” cizgi filmindən olan qəsrin real prototipi var. Bu, Normandiyada yerləşən Mon-Sen-Mişel qalasıdır. Qala 8-ci əsrdə tikilib. Hər il bura 2 milyona yaxın turist gəlir.
“Su pərisi” cizgi filmindən Erikin qəsri
Arielin sevgilisi Erikin yaşadığı qəsrdən real həyatda da var – bu İsveçrədəki Şilyon qəsridir. “Disney” analoqundan fərqli olaraq o, dənizin deyil, Cenevrə gölünün sahilindədir. Mövcud olduğu müddət ərzində bu qəsr məşhur nəslin rezidensiyası, qala, həbsxana olub, eləcə də 19-cu əsrdən burada muzey fəaliyyət göstərir. Yeri gəlmişkən, bu qəsr Corc Bayronun “Şilyon dustağı” poemasında hadisələrin cərəyan etdiyi əsas yerdir.
“Ələddin” cizgi filmindən Sultanın qəsri
“Ələddin” cizgi filmində Aqrab Şərq şəhərinin sultanının qəsri – Aqa şəhərində yerləşən məşhur Tac-Mahaldır. Məhz bu möcüzə və müsəlman incəsənətinin əsas mirvarisi multiplikatorları şahzadə Jasmin üçün bu nağıl sarayının yaradılmasına ilhamlandırıb.
“Yatmış gözəl” cizgi filmindən olan qəsr
Özünüzü “Yatmış gözəl” kimi hiss etmək istəyirsinizsə, Almaniyaya gedin. Məhz burada “Yatmış gözəl” Noyşvanştayn qəsrinin yataq otaqlarından birində ayılmasını gözləyib. Bundan əlavə, 2-ci Lüdviqin göstərişi ilə ucaldılmış bu tikili Parisdəki Disnleylend qəsrinin prototipi olub.
“Yuxarı” cizgi filmindən olan cənnət şəlaləsi
Həyat yoldaşının ölümündən sonra ona verdiyi sözü yerinə yetirmək qərarı verən və Cənnət şəlaləsinə böyük səyahətə yola düşən “Yuxarı” cizgi filmindən olan deyingən baba yadınızdadırmı? Həmin qoca Venesueladakı Anhel şəlaləsinə uçur. Bu, dünyada ən yüksək şəlalədir (yüksəkliyi 1000 metrdən çoxdur) və bura ancaq uçaraq gəlmək olar.
“Gözəl və bədheybət” cizgi filmindəki şəhər
Cizgi filmində Bellin yaşadığı şəhərin küçələrində gəzmək kifayət qədər realdır. Cizgi filminin rəssamları Fransanın Elzas regionunun yaşayış məntəqələrinin küçələrini çəkiblər. Gözəl sevgi hekayəsinin pərəstişkarları Strasburqa gedə bilərlər.
“Maşınlar” cizgi filmindən Koi Kon moteli
Kozi Kon motelinin yaradılması üçün ideyanı rəssam Salli Karrera Arizonadakı Viqvam motelindən götürüb. Layihəyə görə, hər bir otaq hinduların evləri şəklində hazırlanıb. Multiplikasiya versiyasında isə onları yol konusları ilə əvəz ediblər.
“Ağbəniz və 7 сırtdan” cizgi filmindən cırtdanların evi
Ağbənizə sığınacaq verən 7 cırtdanın evciyi də real olaraq mövcuddur. Amerikada? Los-Ancelesin Los Felis rayonunda eynil’ belə kottec tapmaq olar. Ona görə də əminliklə demək olar ki, cizgi filmi qəhrəmanlarının daşınmaz əmlakı elitdir.
“Soyuq ürək” cizgi filmindən Elzanın qəsri
2013-cü ildə çəkilən “Soyuq ürək” cizgi filminin qəhrəmanı şahzadə Elza onu əhatə edən hər şeyi buza çevirmək bacarığına sahibdir. Müvafiq olaraq, onun yaşadığı qəsr də buzludur. Çoxsaylı otaqların dekoru ideyası Kanadadakı Kvebek şəhərində yerləşən Qleys buzlu otelindən alıb.
“Mulan” cizgi filmində hadisələrin baş verdiyi yer
“Mulan” cizgi filmi üçün Disney multiplikatorlarını Pekin şəhəri ilhamlandırıb. Eyni memarlıq, eyni bina planları və meydanlar – ancaq kommunist şüarları və böyük rəhbərin portreti çatmır.
Mənbə: büro 24/7
Yazıya 1344 dəfə baxılıb