Milan Kundera “Varlığın dözülməz yüngüllüyü” romanında həyata yanaşma tərzini iki tür xarakterizə edir, yüngüllük yaradan laqeydlik və insanın ağırlığına artan bağlılıq. Fredrix Nitsçe-də “Zərdüşt belə söylədi” əsərində mükəmməl bir insanın həyatını 3 mərhələyə bölür: dəvəlik, şirlik və uşaqlıq.
Hər ikisinin fikirlərinin qısa məzmunu budur ki, insan öz varlığı hiss etmək üçün, dəvə kimi könüllü yüklənməli, ağırlaşmalı və qatlaşmalıdır, yoxsa insanın ayağı yerdən üzülür, özündən uzaqlaşır, özünə yadlaşır.
Laqeydlik əladır, ancaq sonuncu mərhələ kimi, qazanandan sonra, yoxsa ilk başlanışdan bağımsız yaşamaq, faicə ilə bitməsə də, ən azı uğurla, xoşbəxtliklə bitəcəyinə ümid yoxdur. Uşqaqlıq insan həyatının sonuncu mərhələsidir, bu başlanış deyil.
Neçə gün öncə “Qolden Qlob” kino festivalından “Gümüş ayı” ödülünü alaraq, 2015-ci ilin yarışında birinci yeri tutdu. “Uşaqlıq” (Boyhood) filminin çəkilişi 12 il davam edib, eyni oyunçular iki saatlıq bir filmdə, bir ailənin 12 illik həyatını izləyiciyə göstərirlər. Maraqlısı budur ki, hər 4 əsas oyunçu filmin ssenarisinin yazılışında bu 12 ildə mütəmadi iştirak ediblər və filmin çəkilişi qurtarandan sonra, filmə ad qoyublar: Uşaqlıq.
Filmin mənə ən çox təsir edən məqami budur ki, Amerikada yaşamadan, hətta öz uşaqlığını xatırlamadan, yaxud ata-analıq təcrübəsi keçirmədən, bu filmi dəqiq başa düşmək, hadisələrlə əlaqə yaratmaq mümkundur.
21-ci əsrdə, bu növ filmlərin çəkilişi olmayıb, ancaq keçən əsrdə, bir neçə “Uşaqlıqdan böyüklüyə qədər uzanan bir hekayə” filmi (Coming-of-age story) çəkilmişdi və daha çox seksual temalar üzərində idi, ancaq Uşaqlıq filmində heç bir erotik fraqment yoxdur.
Əsas xaraker 5 yaşlı Mason adlı oğlanın 6 yaşı var və onun həyatı 18 yaşına kimi filmə çəkilib. Bəlkə heç bir film, Uşaqlıq qədər bəddi dramı sənədli film ilə bu qədər ustacasına birləşdirə bilməyib.
Mason, bacısı və arsız atasından boşanmış anası ilə birlikdə yaşayır. Anası maddi baxımdan orta təbəqəyə aid birisidir. Atası Alaskaya işləməyə gedib, kinonun sonuna qədər məlum deyil ki, atası musiqi sahəsi, yoxsa sığorta şirkətində işləyir, yaxud ümumiyyətlə işsiz adamdır, ancaq övladlar atanı olduqca sevirlər. Anaları ilə həmişə narazi yaşayan övladların günü ataları ilə həmişə səmimi, şən və sevinc-dolu keçir.
Anaları ailə durumunu yaxşılaşdırsın deyə, başqa şəhərə köçür və universitet təhsilini davam edir. Həmən şəhərdə bir neçə dəfə yenidən ailə qurur, heç bir kişi ilə uzun eşlik edə bilmir və nəhayət uşaqlar böyüyür. Olduqca sakirt, tolerant ailədir. Övladlar anasının bu qədər evlənib-boşanması ilə problemləri yox, atalarının da bununla qəti problemi yox. 15 yaşlı Mason partidən evə qayıdır, anasının özü də evdə dostları ilə parti qurub. Çox rahat pivə içdiyi və marixuana çəkdiyini anasına deyir və yuxarı gedib yatmaq üçün icazə alır: Üzür istəyirəm ki sizin partiyə qoşula bilməyəcəyəm.
Bir epizodda, atası, yeniyetmə qızı Samantaya, Masonun yanında tapşırıq verir ki, hansınsa oğlanla intim əlaqəyə keçsə, hamiləlikdən qorunmağı unutmasın və bir xeyli bu söhbəti uzadır. Qız çəkinmədən oğlan dostu olduğunu anasına-atasına deyir. Masonun yeniyetmə yaşında sevgilisi var, anasının ərləri dəyişilir, ancaq qətiyən bu vəziyyət ailəlin pozğun olduğunu göstərmir, onlar olduqca mədəni və tolerant bir hal-ruhiyyə ilə həyatlarını davam edirlər. Filmdəki obrazların heç biri əxlaqsız deyil.Onlar nə qədər bir-birinin həyat tərzinə tolerantlıq, dözümlülük göstərirlərsə, izləyici də o qədər göstərir və hər şey normaldır.
Kinonun rejissoru Riçard Linklater bundan öncə də, təxminən eyni temada üç seriadan ibarət olan “Günçıxandan öncə”, “Günbatandan öncə”, “Gecəyarıdan öncə” kinolarını çəkmişdi. Hamısında, əsas mövzu zamanın insanın həyatına təsiridir. Eləcə də Uşaqlıq filmi.
Uşaqlıq kinosunda baxırsan ki, heç kimin məqsədi yoxdur, mentalitet ölçüsü ilə götürsək, ailə tamamilə dağınıq bir vəziyyətdədir, ana məlum deyil övladlarına görə, yoxsa özünə görə çalışır, ata yalnız hərdən peyda olub, uşaqları gəzməyə aparır və öz arsızlığını, laqeydliyini, hətta marixuana, içgi içdiyini övladların yanında açıq göstərir.
Mason yeniyetmə yaşında fotografiyaya meyillidir, bunu sevir, ancaq bundan pul qazanacağına nə özü, nə də çevrəsindəki insanlar inanmır, qızın yeniyetmə yaşından sonra tamamilə həyatı haqda heç nə görmürük, adam qalır ki, Samanta nə işlə məşğudur.
Bu arada ataları evlənib, yoldaşı və yeni doğulmuş körpəsini ilə birlikdə, keçmiş yoldaşı və övladlarını gəzməyə aparır. Heç kim, heç nəyə etiraz etmir. Maraqlısı budur ki, mən filmi izləyərək, heç də bu vəziyyətdən narahat qalmadım, yəqin heç bir izləyici də bu növ həyatı filmdə çəkilən kimi görsə, baxdığından bezməz, ən azı buna görə ki, hamı indiki zamanda yaşayır. Heç kim nə keçmişə təəssüf edir, nə gələcəyin dərdini çəkir, sırf indiki zamanda yaşayır. Filmdə fləş-bək yoxdur, yəni keçmişdə hansısa bir hadisəyə qayıtmır, gələcəyə qaçmır, hadisələr zaman ardıcıllığı ilə öz təbii axınını davam edirlər.
Maraqlıdır ki, bu qədər laqeyd həyat sürən ailə heç bir ciddi problemə tuş gəlmir. Hamı bir-birini bezmədən dözür. Bu ailədə yaşayanlar hətta bir dəfə qanunzuqluq, kobudluq, pozğunluq etmədən həyatlarını çox sakit davam edirlər və həmişə zövq almağa nəsə var.
Qadının evində təmir işləri üçün gələn bir əcnəbi yeniyetmə, onun sadə bir komplementini ciddiyə alır, gedib universitet oxuyur və filmin sonunda, həm də bir resturanın iyəsidir. Qadın ona komplement kimi “sən çox ağıllısan” demişdi, sadəcə bu. Ancaq filmin sonuna qədər, qadının nə özü, nə də keçmiş əri, nə övladlarının vəziyyəti naməlum qalır. Oğlan tələbədir, bir sevgili də tapıb, keçmiş əri hələ də boş-bekardır, qızı heç məlum deyil nə edir və özü də evini satıb, balaca bir evə köçmək qərarındadır.
Yazıya 697 dəfə baxılıb