Akif ABBASOV – Namusu itə atıblar, it yeməyib

AKİF ŞƏKİL İYUN 2014(“Aldanma sözlərə” romanından)

Səmədlə Əzizənin nigarançılığına isə doğurdan da, əsas vardı. Ailə təhlükə qarşısında idi. Sergeylə Samvel əli silahlı həyətdə hərlənir, gəlinin onlara təslim ediləcəyini gözləyirdilər. Nizam kişi əlinin işarəsi ilə qadınlara arxa otağa keçməyi buyurub həyətə düşdü. Mərdi-mərdanə üzünü ermənilərə tutub:
- Sergey, Samvel, siz də silahlısınız, mən də. Gəlin, qan tökməyək. Onu bilin və yadda saxlayın ki, gəlini sizə verməyəcəyəm.
Samvel özündən çıxaraq:
- Ay köpək oğlu, demək, bizi aldadırdın? – deyə qışqırıb yerə tüpürdü.
Nizam kişi də səsini qaldırdı:
- Ağzını təmiz saxla. Köpək oğlunun səsi gəlir! – deyib dayandı. – Bir mənə qulaq as, sonra…
Nizam başa düşürdü ki, bunlarla atışmağın xeyri yoxdur. Çalışıb xətanı bir təhər sovuşdurmalıdır. Odur ki, Sergeyə müraciətlə:
- Sergey, sən bu Samvelə qoşulub mənim namusuma sataşmaq istəyirsən? Samvelin əməllərindən xəbər tutsan, əllərinlə onu boğarsan, ya da əlindəki tüfəngi ona tuşlayıb, bütün güllələrini başına çaxarsan.
Sergeyi maraq götürdü:
- Neyləyib bu Samvel?
- Daha bundan artıq nə edəcək? Bütün kənd bilir ki, Samvel sənin arvadın Siranuşun aşnasıdır.
Sergey Nizamı unudub Samvelin yaxasından yapışdı:
- Sənin arvadının… Ara, a dığa, a supa oğlu, mənim arvadıma… Sən ha… O-bu sənin arvadını qamarlayır…
Onlar süpürləşməyə başladılar. Nizam cəld tövlənin arxasına keçdi. Bu işin axırını gözləməyə başladı. Az sonra süpürləşmə ara verdi. Onların səsi eşidildi:
- Sergey, bu türklər söz bəzəyəndirlər. Görürsən, söz atdı, özü də aradan çıxdı. Sənin başını piyləyirdi. Sən öl, Siranuş mənim bacımdır. Adam da bacısına sataşar. Ağılsızsan, düşmən sözünə inanırsan.
Özünü birtəhər ələ alan Sergey Samvelə:
- Bu it oğlu yenə bizi aldadır, – dedi. – Onun silahı nə gəzir?! Siyahıya özüm baxmışam. Hamıdan yığıblar. Olsa-olsa bu kaftarın sapandı olar. Özünü qoru, vurub gözünü tökər, Samvel.
Sergey tüfəngi qaldırıb Nizam kişiyə sarı bir güllə atdı. Səs gəlmədi:
- Gördün əclafı. Silahı olsaydı, cavab verərdi.
Samvel:
- Ara, bəlkə gəbərib … Gedək, arvadları eşiyə çıxaraq.
O, irəli keçmək istəyəndə Sergey onu saxladı. Nizam kişiyə sarı yenə bir güllə atdı:
- Ara, düz deyirsən, Samvelcan, ya ölüb köpək oğlu, ya da başını götürüb qaçıb… Gedək arvadların dalınca…
- Ağ eləmə, biri bəsdir. Fatma qocadır, yerinə batıranın biridir.
Onlar evə keçmək istəyəndə Nizamın səsi gəldi: Allahınız olsun tökün bu daşı ətəyinizdən… Atışma başlandı. Sergey qolundan yaralandığını görüb tez Samvelə:
- Məni vurdu… Gəl, gedək, köməyə adam çağıraq.
Bu yerdə deyirlər: «Erməni qan gördü,qorxdu». Onlar yola düzəlmək istəyəndə atəş yenidən açıldı. Samvel ürəyini tutub yıxıldı. Sergey tez aradan çıxdı.
Nizam kişi cəld qadınları götürüb meşəyə sarı qaçmağa başladı. Daha kənddə qala bilməzdilər. Onları axtaracaqdılar. Üstəlik kim onlara sığınacaq versəydi, onu da, ailəsini də güllədən keçirəcəkdilər. Az sonra ermənilər – kimisinin əlində tüfəng, kimisinin əlində məşəl, balta, tapança, yaba, qumbara Nizamın evini üzük qaşı kimi dövrəyə aldılar. Onları tapa bilməyib evə od vurdular:
- Qaçıblar əclaflar. Ancaq uzağa gedə bilməyəcəklər.
Kimsə dilləndi:
- Meşəyə getmiş olacaqlar. Oturun maşınlara.
Maşın karvanı meşəyə istiqamət götürdü. Piyadalar ətrafdakı azərbaycanlı evlərinə də əl gəzdirdilər. Mal-heyvanı həyətdən çıxarıb məşəlləri evlərin damına, ot tayalarına atdılar. Yanan evlərin sayı get-gedə artmağa, qadınların, uşaqların qışqırtısı, ah-naləsi ərşə dirənməyə başladı
***
Aslanın erkəyi, dişisi olmaz.
(Azərbaycan atalar məsəli)

Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bilmədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:
- Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.
Sonra Sergey Gözələ yaxınlaşdı:
- Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin? Həmişə elədiyindən eləyəcəkdin də…
Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:
- Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı.
Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Birdən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı.
- Qancıq!
Bunu Suren dedi.
Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istəyəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi:
- Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qismət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Sergey təpiyi ilə şüşəni vurub kənara atdı:
- Qancıq sirkə içdi…
Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:
Bala dağı,
Göy dağı, Bala dağı.
Oy, xain. Balan ölsün,
Yamandır bala dağı.
Eləmi, üzüm, fələk
Sızıldar üyüm, fələk
Çəkdin sinəm üstünə,
Çal-çarpaz düyün fələk.
Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaşdılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: – dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu:
- Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar…
- Başını kəsək.
- Yandıraq.
- Gözlərini çıxardaq.
- Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin…
- Qollarını, qıçlarını baltalayaq…
- Diri-diri yerə basdıraq.
- Ağaca mismarlayaq.
- Qarnını yaraq…
Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:
- Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.
Sergey:
- Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.
Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı:
- Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaqlarından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi arxası üstə atın bunu ağacın üstünə.
Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu budağın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qollarından yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:
- İndi isə sındırın bu əbləhin belini…
Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:
- Bu da murdar oldu, – dedi.
Sergey irəli yeriyib ayağı ilə yoxladı:
- Düz deyirsən, gəbərib.
Sergey dəstəni başına yığıb təntənə ilə:
- Samvelin qanını aldıq, – dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.
Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addımladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: «Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır».
Sergey sanki yatmışdı, ayıldı. Bayaq kı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: «Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. «bir dükan-bazara dəyim» deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: «Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim.
***
Kaş sən sağ qalaydın, mən öləydim
Bu günü, bu zülmü görməmək üçün
(mahnıdan)
Ermənilər gedəndən bir qədər sonra Fatma özünə gəldi. Əvvəlcə harada olduğunu anlaya bilmədi. Sonra hadisələr yavaş-yavaş kino lenti kimi gözləri önündə canlandı və inildədi. Zarıltı səsi gəlirdi. Fatma boylandı. Nizam idi. Fatma ərinə kömək etmək istədi. Nizam kişi ağrının təsirindən bağırdı. Tərpənə bilmirdi. Beli qırılmışdı. O, birtəhər:
- Məndə işin olmasın qoy allahın ümidinə qalım. Sən tərpədirsən, ağrım daha da artır. Bu ağrı ilə məni heç yerə apara bilməzsən. Gəlinə bir əncam çək. Necə olmasa namusdur. Mənimki buracan imiş. Gör Gözəli apara bilərsən. Əvvəlcə onu abıra sal. Apara bilməsən, dişinlə, dırnağınla da olsa bir çala qaz, basdır onu. O kökdə burada qalmasın. Fatma Gözələ sarı getdi. Gəlin sinəsi, qıçları açıq yerdə uzanmış, saçları ətrafa dağılmışdı. Onun ölüsü də gözəl görünürdü. Bu gün əsl ismət, namus nümunəsi göstərmişdi. Fatma təəssüf və sonsuz kədərlə bir müddət onun sifətinə baxdı, sonra göz yaşlarını sinəsinə tökə-tökə əynindəki nazik, nimdaş plaşını soyunub bir təhər gəlinin əyninə geyindirdi. Yaxasını düymələdi. Nizama yaxınlaşıb gözlərindən öpdü. Kişi ona tələsməməyi tapşırdı. Fatma bir müddət gəlini qucağına alıb apardı. Nə yaşı vardı binəvanın?! Arıq, çəlimsiz qız idi. Bir-iki ay idi on səkkiz yaşı tamam olmuşdu. Bir doyunca həyatdan, yardan da kam almadı. Gənc yaşında qismətinə ölüm düşdü. Ancaq şərəfli ölüm idi onun ölümü. Belə ölümü tarixə yazmağa dəyər.
Fatma yola çıxmaq istəyirdi. Burada həmkəndliləri, evindən-eşiyindən gizlincə köçüb gedən başqa azərbaycanlılara rast gələ bilərdi. Amma ehtiyatlı olmalı idi. Erməni dığaları ilə də rastlaşa bilərdi.
Fatma yorulmuşdu. Mənəvi cəhətdən də, fiziki cəhətdən də. Doğma və ən yaxın adamlarından ikisini itirmişdi. Evi dağılmışdı. Vətəndən didərgin düşmüşdü. Bu qədər qayğıların, dərd-ələmin altında qəddi bükülmüş, gücü tükənmişdi. Gəlini apara bilmirdi. Yıxılır, qalxır, bir-iki addım atır, dayanırdı. «İlahi! Mənə güc ver, qüvvə ver! Gözəli burada qoyub necə gedim, hara gedim? Ərim qaldı heç olmasa gəlini – namusu bir yana çıxaraydım, bir qarış torpağa tapşıraydım. Ata-anasına, oğluma nə cavab verəcəyəm? Fikirləşəcəklər ki, öz canım əziz olduğundan onu qurtardım, gəlini ərimi isə qoyub gəldim. Gözəli burada qoyub getsəm, qurda-quşa yem olar. Fatma gəlini qucağından yerə qoyub, plaşının ətəyindən yapışdı, arxasınca çəkməyə başladı. Bir müddət beləcə getdi. Ancaq donmuş, keyimiş əlləri sözünə baxmırdı. Yıxıla-dura yola sarı getdi ki, bəlkə köməyə bir allah bəndəsi tapa. Beş-on dəqiqə keçmişdi ki, yol göründü. Bir ağacın arxasına keçib yolu pusmağa başladı. Uzaqdan kənd görünürdü. Od vurulmuş evlərdən ətrafa tüstü yayılırdı. Hələ ki, yolda-irzdə görünən yox idi. Hərə bir tərəfə dağılmışdı. Dəstə ilə yola çıxmaq qorxulu idi.
Fatma beləcə xeyli gözlədi. Uzaqdan bir maşın gəlirdi. O, ölümü gözünün qabağına alıb yola çıxdı: «Ya pənah, azərbaycanlılar olar birdən». Həyəcandan ürəyi az qalırdı sinəsindən çıxa. Dəhşət, vəhşət, aclıq, əzizlərini itirməsi, ölüm qorxusu, gəlinə görə daşıdığı məsuliyyət, namus, irz… Maşın yaxınlaşanda başı gicəllənib yerə yıxıldı. Maşındakılar onu gördülər.
***
Acı xatirələr dil açıb danışdıqca Fatma varından yox olur, dərdi təzələnirdi. Hərdən öz-özünə təəccüb eyləyirdi. Bu qədər ağrı-acını, dərdi necə çəkir? Bütün bu hadisələrdən, faciələrdən, məşəqqətlərdən sonra necə olub ki, sağ qalıb? Görünür, allahın buyruğudur. O günlərin yeganə şahidi kimi hifz eləyib, saxlayıb ki, həmin vəhşəti, dəhşəti aləmə yaysın, düşmənin iç üzünü açsın.
Fatma özünə ölüm diləsə də, hələ yaşamağa borclu idi. Əzizənin xətrinə yaşamalıydı. Onu bu dünyada tək qoyub getməyə haqqı yox idi. Əlini bir halal südəmmişin əlinə verib canını tapşıra biləydi kaş.
Fatmanı yenə dərd, qəm və kədər çulğamışdı. İşdən qayıdan qardaşı Cavad onu danladı:
- Ay bacı yenə qəm karvanını çəkirsən? Bəsdir, sən allah. Özünü niyə belə üzürsən?! Olacağa çarə yoxdur. Tək sənin başına gəlməyib ki… Ağlamağı, sızıldamağı bizim xalq yaxşı bacarır. Hamılıqla yığılıb bu yasdan çıxmalıyıq. Özünə toxtaqlıq ver. Eşitdim, Əzizə yoldadır. Onu belə qanıqara, dərd içərisində qarşılayacaqsan?! Heç olmasa, bu gün üzün gülsün.
- Düz deyirsən, qardaş, balama canım qurban. Ata dağı, qardaş dağı çəkib. Məni belə görsə, yarası təzələnəcək. Bircə onu yerbəyer eləyə bilsəydim, dərdim olmazdı… Bir də, a qardaş, dərd birdir, ikidir? Sən də deyirsən eynim açılsın. Necə açılsın?! Əzizəni bir yaxşı oğlan istəyirdi. Qızın da gözü onu tutmuşdu. Allah onu da balama çox gördü.
- Necə yəni çox gördü? Araları dəyib?
Fatma dərindən ah çəkdi:
- Araları dəysəydi, dərd yarıydı. Dil tapıb barışardılar. Avtomobil qəzasına düşüb həlak olub…
Fatmanın gözləri doldu. Kəlağayısının ətəyi ilə göz yaşlarını silərək:
- Görürsən, qardaş, bizimki gətirmir. Allah elə bil qarğıyıb. Cavad öz təəssüfünü bildirdi:
- Hə, bu pis odu. Qızında vaxtı keçir. Ərə getməyin də öz vaxtı-vədəsi var. Sonra elçilər də qapıya yaxın düşmür.
***

Siz bir qayıqsınız, tale dənizdir,
O bəzən bulanıq, bəzən təmizdir.
Tale ağlınızdır, düşüncənizdir.
Taleyin qayığı olmayın qızlar.
(Məmməd Araz)

Cavan oğlan bayaq cavabını alandan sonra yerində sakit otur¬muşdu. Əzizəni dindirməyə ürək etmirdi. Amma gözünü qızdan ayırmırdı. Əvvəllər bu, «keçi öz hayında, qəssab piy axtarır» vəziyyətində olan Əzizəni əsəbiləşdirirdi, sonra özünü görməməzliyə vurub, ümumiyyətlə, bu barədə fikirləşmədi: «Baxır, cəhənnəmə, qara yola baxsın».
Əzizə, təbiətən, qaradinməz, qaşqabaqlı qız deyildi. Deyib-gülməyi xoşlardı. Özü də söhbətcil idi. Lakin zəmanə onu dəyişdi. Görürdü ki, həddindən artıq sadəlövh olanda bunu başqa cür yozur, bundan sui-istifadə etmək istəyirlər. Biri telefon nömrəsi almaq həvəsinə düşür, başqa birisi öz telefonunun nömrəsini vermək istəyir. Digəri onu görüşə çağırır. Onda fikirləşdi ki, böyük şəhərlərdə aldanmamaq, şərə, tora düşməmək üçün son dərəcə ehtiyatlı olmaq lazımdır. Ona neçə yerdən ona elçi düşdülər. Aralarında pullu, şöhrətli ailələrin övladları da vardı, ortabab dolanan valideynlərin uşaqları da. Namuslu, qeyrətli, işgüzar, işbacaran gənclər də ona ürəklərini açmışdılar. Onlardan birinə ərə gedə bilərdi. Lakin getməi. İş onda deyildi ki, onları bəyənmirdi, özünü çəkirdi, eqoist idi. Yox. Ürəyə zor etmək olmur. Sövq-təbii ilə hiss edirdi ki, eşqi hələ çiçək açmayıb, hələ qisməti rast gəlməyib. Məhəbbəti salam¬amağa hələ hazır deyil. Öz-özünə düşünürdü: «Sevgisiz necə ərə getmək, necə evlənmək olar? Paltardır, almısan, xoşuna gəlmir, istərsən – geyməzsən, istərsən – satarsan, istərsən – bağışlayarsan. Sev¬gini isə nə satmaq, nə dəyişmək, nə də bağışlamaq olur. Ailə məhəbbətə söykənəndə onun dayaqları möhkəm olur. Əzizə belə düşünürdü. Bu, onun inamı idi. «O»nunla rastlaşana qədər həqiqi sevginin nə demək olduğunu bilmirdi, onun necə gəldiyindən, necə boya-başa çatdığından xəbərsizdi. Nəhayət, o da sevdi. Özü də məhəbbət bütün varlığını sarsıtdı, damarlarından axdı, coşdu, çağladı bulaq təki. Əsl məhəbbət tükənmir, tükənə bilməz. O yalnız doğulur, bir də ölür. Sevgi elə hissdir ki, hər adamın könül qapısını döyür. Bir gün Əzizənin məhəbbəti də gəldi. Dünya, insanlar daha da gözəlləşdi. Hər yan, hər şey əl-əlvan rəngdə göründü. Ancaq bu xoşbəxtlik uzun sürmədi. Eşqi daşlara toxunub çilikləndi. Yalana nifrət edirdi Əzizə. Qarşısına yalan çıxdı. Sözlərə aldandı.
İnsanlar qəribədir, çox qəribə. Bir-birini ağına-bozuna baxmadan aldadırlar. Lakin gərək heç olmasa, aldadanda da baxalar görsünlər kimi aldadırlar. Aldatdı – cəzasına çatdı. Görünür, günahsız, pak, məsum, köməksiz qıza yalan satdığına görə allah verdiyi canı «O»dan aldı.
Yaradan uludur, adildir. Hər şeyi görür. Təqsirlini də, təqsirsizi də. Odur ki, deyirlər: «Allah buynuzsuz qoçun heyfini buynuzlu qoçda qoymur».
İnsanlar cildən-cildə girərək, bir-birlərinə yalan deyə, kələk gələ bilərlər. İnandırmaq üçün hətta allahın adından da istifadə edir, ona and içirlər. Yaradan isə görür. Onu aldatmaq çətindir. O bağışlamır. Kimə hansı cəzanı verəcəyini yaxşı anlayır. Cəzalandırmağa tələsmir. Əyri yoldan çəkilmək, saflaşmaq, təmizlənmək üçün günahkara vaxt və imkan verir. İlahi səbirlidir, dözümlüdür. Lakin onun səbrinin də həddi-hüdudu var. Görür ki, bəndəsini cəzalandırmasa onun səpdiyi, əkdiyi pis toxumlar insanlara əzab-əziyyət, işgəncə, bəd¬bəxtlik, göz yaşları gətirər, onda qanadlı mələyini – Əzrayılı göndərir.
Əzizənin dərdi bir idimi, iki idimi?! Hansını yadına salıb könlü şad olsun?! «O»na rast gələndə yasdan təzə-təzə çıxırdı. Ölənə qədər unuda bilməyəcəyi bir kədər, qəm-qüssə, ağrı, ələmlə yüklənmişdi. Ata, qardaş dağı görmüşdü. «O», dərdini bir qədər yüngülləşdirmişdi. Əzizə, şən, qüssəsiz, bəxtiyar görünməyə çalışırdı. Çox vaxt buna müvəffəq olurdu. «O»nun sayəsində. Artıq özünü xoşbəxt hiss etməyə başlamışdı. Birdən-birə hər şey alt-üst oldu. «O»nu itirəndən sonra yenə beli qırılmış atası, ağaca sarılaraq burnu, qulaqları kəsilmiş, gözləri çıxardılmış, sonra isə diri-diri yandırıl\mış qardaşı, lüt-üryan soyundurulmuş, sirkə içərək özünü öldürmək məcburiyyətində qalmış gəlinləri, dərddən belə bükülmüş, göz yaşları həmişə ovcunun içərisində olan anası Fatma daim onunla idi. Beynindən, hafizəsindən silinmirdi ki, silinmirdi. Yatanda da, duranda da, yemək yeyəndə də onu izləyirdi.
- Burada düşünürsünüz?
Cavan oğlanın səsi Əzizəni qapıldığı aləmdən ayırdı. Onu belə qəlbağrıdıcı, üzücü, ağır xatirələrdən qopardığına görə əslində ürəyində oğlana minnətdar oldu, lakin dili başqa şey dedi:
- Deyəsən, düşməyimə tələsirsiniz. Yoxsa, yerinizi dar eləyirəm?!
Oğlan pərt oldu. Əzizə kobudluq etdiyini anladı. Lakin üzr istəmədi. Düşüncələrə dalanda, qanı qara olanda xoşlamırdı ki, onun daxili aləminə nüfuz etsinlər. Bayaqdan sürücünün sağ tərəfindən, ortada asılmış, salonu göstərən güzgüdən gəncin baxdığını Əzizə hiss edirdi. Onu haldan çıxaran əslində bu idi.
Avtobus dayandı. Əzizə kiçik əl çantasının kəmərini çiyninə aşırıb gəncə:
- İcazə versəydiniz, düşərdim, – dedi.
Gənc ayağa qalxdı. Əzizə pərtlik buzunu əritmək, həm də üzrxahlıq əlaməti olaraq xəfifcə gülümsədi:
- Sağ olun. Yaxşı yol.
Gəncin də dodağı qaçdı.
- Sizə də yaxşı yol, hirsli qız.
Əzizə yük yerindən çamadanını götürəndə dörd nəfərin maşına yaxınlaşdığını gördü. Onu qarşılayan anası, dayısı, dayısı arvadı və onların yeddi yaşlı qızı idi.
***
Vətənim yaralı, elim yaralı,
Ürəyim yaralı, əlim yaralı.
Qaçqınam, köçkünəm, halımı sorma
Şəhidəm, itkinəm, halımı sorma.
Qisas gününəcən halımı sorma.
(Sabir Rüstəmxanlı)

Kənd öz həyatını yaşayırdı. Azərbaycanlılar öz əzəli torpaqlarından – hazırda Ermənistan adlandırılan yerlərdən qovulandan, silah gücünə çıxarılandan sonra millətimizin başına çox oyunlar gəlmişdi. Azəri türklərini Azərbaycandan Azərbaycana qovmuşdular. Yuxarı Qarabağ da ermənilərin tam nəzarətinə keçmişdi. Bu azmış kimi, Şuşa, Laçın, Kəlbəcər Ağdam, Füzuli, Qubadlı, Cəb¬rayıl, Zəngilan da əldən çıxmışdı. Azğın ermənilər, onların hava¬darları BMT-nin qərarlarına belə məhəl qoymurdular. BMT özü də qəti addımlar atmırdı. Dünya yaman dünyadır! Haqqı qoyub nahaq¬qa qəhmər çıxırlar! Təklədilər dövlətimizi, xalqımızı pis günə saldılar. Adına didərgin, köçkün, qaçqın dedilər.
Daşlı kəndinə əvvəlcə Ermənistandan, sonralar Qarabağın özündən didərgin düşmüş ailələr pənah gətirdi. Burada yurd-yuva saldılar. Təzədən ev-eşik düzəltməyə başladılar. Əzizə ilə anası da Cavadın həyətinə sığındılar. Bu adamlar şən, deyib-gülən görünəndə də Əzizə onların gözlərinin dərinliyində bir qayğı, nisgil, sonsuz kədər, dərd oxuyurdu. Bu zaman ilk növbədə beli qırılmış, elə beləcə də meşədə yalqız, köməksiz qalıb canını tapşırmış qoca, günahsız atası yadına düşürdü. Sonra qardaşı, gəlinbacısı…
Rastlaşdığı adamlar da çox itki vermişdilər. Kimisi oğlunu, qı\zını, kimisi ata-anasını, ərini, arvadını itirmişdi. İtki pis şeydir. Həmişə adamın gözü axtarır, gəzir, ümidini üzmür, tapacağına inamını itirmir.
Bir dəfə dayısı həmişə qayğılı görünən Əzizəyə acıqlandı:
- Cavan qızsan.Əlini yanına salıb oturmusan. Dərd çəkməklə nəyə nail olursan? Atanın, qardaşının ruhunu incidirsən. İnsan nikbin olar. Sabahını düşünər. Gəlin, hamımız ölək. Bununla işlər düzə\ləcək? Bilmirəm, ananın dərdini çəkim, yoxsa sənin… Qızım, sözlərim xətrinə dəyməsin. Deməyim budur ki, bir işin qulpundan yapış. Anan görsə ki, sən özünü ələ almısan, insanlara qaynayıb-qarışırsan, deyib-gülürsən, səndə həyat eşqi var, çalışırsan – o da cana gələcək.
Əzizə dayısını qucaqlayıb ağladı:
- Yaxşı, dayı, yaxşı …
- Ali təhsil almısan.
- Kənddə uşaq bağçası yoxdur, harada işləyim, dayı?
Cavad qəh-qəh çəkdi:
- Ay, qızım, kənddə yoxdur, rayon mərkəzində ki var. On-on beş dəqiqəlik yoldur. Sabah təhsil şöbəsinə dəyərəm.
***
Ertəsi gün Cavad təhsil şöbəsinin müdiri Adil İsrafilovla görüşdü. O, Cavadın gəlişinin məqsədini biləndə bir qədər fikrə getdi. Cavad qızın, anasının vəziyyətini ona danışdı:
- Hər ikisi sarsıntı keçirib. Onları ayaq üstə qaldırmaq lazımdır. Kömək etsəniz, bu , allaha da xoş gedər.
Adil müəllim siqaret yandırıb dərin bir qullab vurdu:
- Başa düşürəm. Kömək etmək borcumuzdur. Ancaq imkanımız yoxdur. Uşaq bağçalarının bir qismini bağlayıblar. Qabaqlar camaat işləyirdi, məcbur qalıb uşaqlarını bağçaya verirdilər. Dövlət də bağçalara avadanlıq, ərzaq ayırırdı. İndi, bilirsən, bağçalara demək olar heç nə vermirlər. Valideyn də daha nə üçün uşağı buraya qoysun. Fərli yemək yox, lazım olan avadanlıq yox. Özəl qurumlarını da əlinə girəvə düşdü. Uşaq bağçalarının çoxusunu alıb ofisə, bara, kafeyə çevirdilər. Olan-qalan isə işçi ilə doludur. Yenə sinif müəllimi olsaydı, bir əncam qılardıq. Sən allah, bağışla. İmkan düş¬sə, xəbər göndərərəm.
Cavad ayağa qalxıb xudahafizləşdi, kor-peşman kəndə qayıt¬dı. Öz-özünə: «Əzizə indi deyəcək, gördün, dayı, özünə əziyyət vermə. Bizimki belə gətirib».
Əzizə dayısının yerişindən, üzünün ifadəsindən başa düşdü ki, o, əli boş qayıdıb. Cavad Əzizənin ümidini qırmamaq üçün həqiqəti demədi:
- Qızım, bir az gözləməli olacaqsan … Amma sinif müəllimi olsaydın, problem yox idi.
Bunu eşidən Əzizə tez otağa keçib əlində bir diplom geri qayıt¬dı:
- Dayı, o diplomu da almışam.
Onun zarafat etdiyini düşünən Cavad da zarafata saldı:
- Necə yəni almısan? Satırdılar?
Əzizə ciddi:
- Doğru sözümdür, dayı. Bakıda Uşaq bağçasında işləyə-işləyə ixtisas dəyişmə institutunda bir il kurs keçmişəm. Bu da diplomum.

Cavad alıb baxdı. Sevincək:
- Səni xoş xəbər olasan, qızım. Acından mədəm sıyrılır. Nahar edib gedərəm Adil müəllimin yanına …

***

Əzizə uzağa getməli olmadı. Kənddəki məktəbdə ona iş verildi. Sinif müəllimlərindən biri təqaüdə çıxmışdı. Cavadın qızı Nazilə də onun dərs dediyi sinifdə oxuyurdu. Bu vaxta qədər Nazilə ona «Əzizə bacı» deyirdi. Bibisi qızı əlinə jurnal alıb sinfə girəndən bəri o, Nazilə üçün müəllim oldu və daha evdə onu «Əzizə müəllimə» çağırmağa başladı.
Fatma arvadın sevindiyindən uçmağa qanadı yox idi. Əzizə səhərlər ertə oyanır, idman edir, yuyunub yeməyini yedikdən sonra güzgünün qabağında dayanır, üst-başını qaydaya salır, saçlarını səliqə ilə darayırdı. O, keçirdiyi iztirablardan, üzüntülərdən sonra özünü ələ ala bilmişdi. Bir müəllim kimi öz məsuliyyətini başa düşmüşdü. Şagirdləri öz balaları kimi sevəcəyinə ürəyində and içmişdi. Uşaqlara eyni münasibət bəsləmədən, onlara bir övlad kimi yanaşmadan müəllimlik etmək olmaz. Müəllim qayğılarını, kədərini, incikliyini sinif otağına apara bilməz. Şagirdlər müəllimdən gülər üz, qayğı, məhəbbət, nəvaziş, bilik gözləyir. Əzizə bunu da bilirdi ki, uşaqları sevmək azdır, həm də onlara tələbkarlıq da göstərilməlidir. Təkcə məhəbbət əsasında uşaqları tərbiyələndirmək olmaz. Ağıllı və düzgün tələbkarlıq təlim-tərbiyə işində əsasdır. Lakin Əzizə bunu da aydın başa düşürdü ki, tələbkarlıq heç də quru rəsmiyyətçilik deyil. O, dayısı Cavada verdiyi sözə sadiq qalaraq, dərdlərini büküb bir kənara qoymuşdu. Fatma arvad da qızının işə həvəsini, uşaqlara bağlandığını, məktəbdə fəallaşdığını, valideynlərin, direktorun ondan razılıq etdiklərini görüb dərd-sərini unudurdu. O elə bil əlini bu dünyadan üzmüş, özünə ölüm diləyən dünənki Fatma deyildi.
Bacısı ilə bacı qızının günü-gündən dəyişdiyini görən Cavad da şadlanır, bığaltı gülümsəyirdi. Bu fani-dünyada ən yaxın qohumlarından bircə bacısı Fatma qalmışdı. Onun bu axır günlərə qədərki vəziyyəti, ailə faciəsi Cavada dərd olmuşdu. Bir də ki, divarın o tayında ata bir, ana bir əzizinin dərd çəkdiyini görə-görə necə xoşbəxt olmaq mümkündür Cavad sevinirdi. Əzizləri, nəhayət, özlərini ələ ala bildikləri üçün onun da kefi kökəlmişdi. Deyir-gülür, bacısı ilə zarafatlaşırdı.
Televiziyada oyun havaları verilirdi. Qarmonda Gülbahar çalırdı. Onun barmaqları qarmonun şirmayı dillərinə toxunduqca könül oxşayan, insanda nikbin əhval oyadan musiqi çələngi ətrafa səpələnirdi. Ekranda tez-tez ifaçının şən, xoşbəxt siması, gülər üzü görünürdü. Cavad bacısı ilə qızını otağa çağırıb qol götürüb oynamağa başladı. Oynaya-oynaya əvvəlcə Fatmanın, sonra Əzizənin qarşısında dayandı. Fatma arvad onun çağrışına qoşuldu. Rəqs havası sümüyünə düşmüşdü. O, axırıncı dəfə nə vaxt beləcə rəqs etdiyini xatırlamırdı. Əzizə əvvəlcə utanıb oynamaqdan boyun qaçırdı. Nazilə ilə dayısı arvadı Nabatın da oynamağa başladığını görüb o da qollarını qaldırdı.
Rəqs havası bitəndən sonra Cavad üzünü Əzizəyə tutaraq:
- Gülbaharı gördün? Sifəti işıq saçır, gözlərindən xoşbəxtlik oxunurdu. Elə bilirsən onu haldan çıxaran yoxdur? Elə bilirsən onun dərdi azdır? Amma o deyib-gülməyi, şərlə döyüşməyi bacarır. Gör necə bəxtiyar idi. Bu, onu göstərir ki, onu məğlub etmək heç də asan deyil. Qızım, sən də həyatda nikbin ol. Xoşbəxt olmağı bacar. Hər şeydən təsirlənmə. İnsan gərək hər şeyi ürəyinə salmaya. Nadanın sözünə, hərəkətinə görə təsirlənib özündən çıxmaya. Hissin yox, ağlın hökmünə qulaq asa. Həyatda bir qədər də arsız olmaq lazımdır. Pis xəbər eşitdinsə, özünü eşitməməzliyə vur, pisi gördün özünü görməməzliyə vur. Hədsiz həssas adam ömrünə balta çalır.
Əzizə bütün ağırlığını, iztirab, qəm-qüssəsini dəfn edib yeni həyata başlayırdı. Ölənlə ölmək olmazdı. Əzab verənin əzablarını çiyninə alıb daşımaq – taleyin hökmünə boyun əymək demək olardı. Əzizə varı yox edən ölümün, insanı iztiraba sürükləyən pisliyin, xeyrə qənim kəsilən şərin acığına sevinir, şənlənirdi. Zaman, şərait onu ayıq-sayıq olmağa səsləyirdi: «Aldanma sözlərə…» Daha heç kim onu aldada bilməyəcəkdi. Daha heç vaxt şirin sözlərə, yalana bələnmiş vədlərə aldanmayacaqdı.
***

Hətəm kişinin yenə kefi kökdür. Kələ-kötür taxtanı rəndələyə-rəndələyə öz-özünə züm-zümə edirdi:

Gəl mənə sən naz eyləmə,
De, görüm, neyləmişəm?!

O, Əzizəni görcək belini dikəltdi. Tək gözü hədəqəsində fırlandı. Şüşə gözü həmişə döyüküb dururdu.
- Müəllim, qurban olum. Çaşıb bizim arvadın sözündən inciyərsən ha?! Vallah kəlmə kəsmərəm. Bir qələtdir, eləyib. Axşam malcan çırpmışam. Uşaqdır oxumayıb İki vermisən. Lap əcəb eləmisən. Canı çıxsın. Ürüblükdə düzəldərsən. Eh, müəllim, qəm yemə. Qırılan toyuq olsun, itən qoyun, ölən arvad, cahanda kəllə sağ olsun. Yəni bala, deməyim odur ki, oxuyan – oxuyacaq… O heç. Oxumayan da oxumayacaq. O da heç. Mərifətli uşaq ələ düşməz, tərbiyədən kələ – kötür olan da ki… o heç .
Əzizənin dodağı qaçdı. Hətəm kişinin gözü hədəqəsində fırlandı. Şüşə gözü isə adəti üzrə döyüküb qaldı. Bu göz qırx beş il idi ki, belə döyükürdü. Söyləyirlər, Hətəm kişi (şagirdlər ona Hətəm müəllim deyirdilər) uşaqkən dəcəlmiş. Toyuq-cücəyə dinclik verməzmiş. Axırda xoruzun zavalına gəlib, vurub gözünü töküb. Amma, insafən, Hətəm kişi yaxşı adamdı. İş bilən, yerini qanan. Özü də məktəbdə təsərrüfat müdiri, yəni özü demişkən, «zavxoz» işləyirdi. Adamı min dillə dindirir. Özündən heç kimi incik salmaz. Amma bir nöqsanı var ki, o da düzələn deyil. Yəni səhər, axşam, günorta araq gillətməyi var. Çox olsa, heç «uf»da deməz. Çəkər başına. Amma sağ olsun. İçməyini büruzə verən deyil. Nə xadimələr qanar içməyini, nə də şagirdlər. Müəllimlər bir az arif adamlardır. Hətəm kişi başlasa ağır-ağır:

Harda olsam gələrəm…
Təki sən səslə məni,

- oxumağa demək yüz əlli qram içib. Yox, əgər dingildəyə-dingildəyə:
Gəl mənə sən naz eyləmə,
De, görüm, neyləmişəm, – oxumağa, demək azı iki yüz qram vurub.
Əzizə dedi:
- Hətəm kişi, mən düzlük tərəfdarıyam. Məqsədimsə uşaqlara təlim-tərbiyə vermək. İstəmirəm Əkrəmə minnətlə qiymət yazım. Bundan kar aşmaz. Gərək qiyməti özü ala. Onunla əlavə məşğul olacağam. Proqram materialını bacardığım qədər mənimsədəcəyəm. Bu, çox vaxt aparacaq. Amma nəticəsindən, şübhə yox ki, fərəhlənəcəyəm. Bağban bağa baxıb qürrələnər, Hətəm kişi.
- Nə deyirəm, müəllimə. Deyirsən, yəni darıxmayım?! Düzələr? Hə, əlbəttə, düzələr. Düzəlməyən iki şeydir: bir dəvəylə qozbelin beli, bir də Hətəm lələnin başı…
Əzizə güldü: «Yaman zarafatcıldır bu kişi» – , – deyə fikirləşdi. O, müəllimlər otağına sarı getdi. İçəridəkilərlə salamlaşanda Yavər müəllim (o, ədəbiyyat müəllimidir) dedi ki, direktoru görsün.

***

Əzizə gedəndən sonra Hətəm kişini fikir götürdü. İçdiyi arağın elə bil qazı qaçdı. Öz-özünə ürəyini boşaltmağa başladı: «Nə gözəl söz işlətdi bizim təp-təzə müəllim: «Əkrəmə minnətli qiymət yazmaq istəmirəm. Qiyməti o özü alacaq». Bax, bu, əsl sözdür. Oldu atan rəhmətlik. Əlbəttə, bağban bağıyla öyünər. Hələ lap bağ öz barıyla. Ax, bu arvada nə deyim? Axır ki, ipini bir yerə yığa bilmirəm. Deyən gərək, ay tümbətün olmuşun qızı. Bax, sənin nəyinə gərək. Mən boyda zırıltı qalıb bir yanda, kəsmisən müəllimənin qənşərini ki, bəs mənim oğlumu «padvalit» eləmisən. Nöş ayağa qaldırıb o, qədər uşağın yanında danlamısan. Nöş mənim oğluma demisən oxumağı bir yana dursun, intizamı da gözləmirsən. Yoldaşını sinifdə döyüb. Ay əbləhin qızı, bəs sənin yetimçən xalxın uşağını yumruğunun altına sala bilər, müəllim onu danlaya bilməz. Elə ərköyün böyütmüsən ki, söz demək olmur. Cin atına minir: «Nervinniyəm, qıraram hamınızı…»

 

                          

Yazıya 1078 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.